QOLTUQLAMAQ

f.
1. Bir şeyi qoltuğuna vurmaq, qoltuğuna almaq, qoltuğuna keçirmək.
2. Qolunu başqasının qoluna keçirmək, birinin qoluna girmək.
Adamların hay-küyü yaxınlaşır… Hacı Həsən bir tərəfdən və Şeyx Əhməd bir tərəfdən, Şeyx Nəsrullanı qoltuqlayıb gətirirlər içəri və oturdurlar döşəyin üstündə. C.Məmmədquluzadə.
Süfrə başından durdular, hərə bir tərəfə çəkildi, yenə də Sərdar Rəşid məni qoltuqladı. M.S.Ordubadi.

QOLTUQLAMA
QOLTUQLANMA

Digər lüğətlərdə