QORXUTMAQ

f.
1. Qorxmasına səbəb olmaq, qorxu vermək, xoflandırmaq, çəkindirmək.
Noldu qəmimə gətirmədin tab? Qorxutdu məgər səni bu girdab? Füzuli.
Başında nişanə aldım almanı; Qorxutmadı hədəf, nişanə səni. Koroğlu”.
…Kərbəlayı Cəfər bərk çığırıb, Məhəmməd Həsən əmini lap qorxutdu. C.Məmmədquluzadə.

// Təşvişə salmaq, canına qorxu salmaq.
2. Hədələyərək qorxuya salmaq, hədələmək. Uşaqları qorxutmaq.
[Heydər bəy:] Onu birdən çıxdı, qorxutdum, hamısı qaçdı, getdi. M.F.Axundzadə.

3. Hürküdüb qaçırmaq. Toyuqları qorxudub qaçırmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QORXUTMAQ 1. QORXUTMAQ (müxtəlif mənalarda) ..yaşıl otlar Nazlının nəzərində böyüyür, hərəsi bir adam kimi onu qorxudurdu (M
  • QORXUTMAQ hürkütmək
  • QORXUTMAQ hədələmək
  • QORXUTMAQ xoflandırmaq — çəkindirmək
QORXUTMA
QORXUZMA

Digər lüğətlərdə

иглово́й кальма́р обогаще́ние пово́йничковые сарга́н чёска аттестова́ться вы́травка мохообра́зный надса́дный по-сосе́дски притво́р растранжи́рить вакса cantabank limina object ball panda pizza unpack безудержный возместить известить капитель спустя