QOTAZLI

sif. Qotazı olan, qotaz bağlanmış, qotazla bəzənmiş. Qotazlı pərdə. Qotazlı bayraq. Qotazlı qaytan.
[Məşədi Məmməd] əlində başı qotazlı təsbehini çevirərək baqqal Əbdülhəsənin dükanına gəldi. B.Talıblı.
Xanım qara, ağır və qotazlı, piləkli pərdələri saldı. Mir Cəlal.
Onun başının üstündən divarda … qotazlı bir qılınc, qalxan, yay və sadaq asılmışdı. M.Rzaquluzadə.

QOTAZLAŞMAQ
QOTAZLIQ

Digər lüğətlərdə