QOTLAR

cəm tar. Qədim alman tayfalarından biri. III əsrdə Qara dəniz sahillərinin cənub çöllərindəki tayfalar yenidən birləşdilər, bu tayfalar “qotlar” adı ilə məşhur idilər.
QÓTİKA
QOTMAN
OBASTAN VİKİ
Qotlar
Qotlar (Qot dilində: Gut-þiuda yaxud Gutans; Qədim şimal dilində: Gutar/Gotar; alm. Goten‎; lat. Gothi; yun. Γότθοι, Gótthoi) — Şərqi German tayfası idi. Onlar Roma İmperiyasının dağılması və Orta əsrlərə keçiddə böyük rol oynamışdı. Onlar haqda ən önəmli mənbələrdən biri olan İordanın VI əsrdəki, yarı-əfsanəvi Getica əsərində Qot tarixinin onların şimal Skandzadan Qotiskandzaya köçməsi ilə başladığını bildirir. Skandzanın Skandinaviya, Qotiskandzanın isə Pomeraniya olduğu düşünülür. III əsrdə Qotlar dənizlə yaxud Dunayı keçərək Kiprə, Afinaya, İstanbula və Spartaya qədər gedib çıxmışdılar. IV əsrdə Daçiyanı fəth edib iki hissəyə bölündülər. Balti sülaləsi tərəfindən idarə olunan Tervinqilər və Amali sülaləsi tərəfindən idarə olunan Qreutingilər.
Krım qotları
Krım qotları — Qara dəniz ətrafındakı torpaqlarda, xüsusən də Krımda yaşamış qot tayfasıdır. Onların dili olan Krım qot dili XVII-XVIII əsrlərdə tarix səhnəsindən silinmişdir. V əsrdən başlayaraq, digər qot xalqları kimi xristianlaşan Krım qotları da 500-cü illərdə Konstantinopoldakı pravoslav kilsəsinə tamamilə bağlandılar. Xəzərlər 787-ci ildə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını ələ keçirdilər və bununla da Krımda qotların hökmranlığına son qoydular.

Digər lüğətlərdə