1. Çıxıb getməyə, rədd olmağa məcbur etmək; çıxıb getməsini, rədd olmasını qaba surətdə əmr etmək.
// dan. Çıxarmaq, xaric etmək. İşdən qovmaq. İnstitutdan qovmaq.
2. Bir şeylə, yaxud əl ilə uzaqlaşdırmaq, rədd etmək, çıxarmaq; çıxmağa, dağılışıb getməyə məcbur etmək. Milçəkləri qovmaq. İtləri qovmaq.
3. məc. Qəbul etməmək, geri qaytarmaq, rədd etmək. Gələn qonağı qovmazlar.
4. məc. Fikrindən, xəyalından çıxarmaq, uzaqlaşdırmaq. Pis fikirləri qov getsin.
5. Birinin arxasınca qaçmaq, izləmək, qaçıb getməyə məcbur etmək. Ovu qovmaq. Dovşanı qovmaq. Oğrunu evinəcən qovarlar.
6. Vurmaqla, ya səs çıxarmaqla heyvanı iti getməyə məcbur etmək. Atı dördayaq qovmaq.
7. Öz yerindən hərəkət etməyə, bir tərəfə getməyə, qaçmağa məcbur etmək. Qazları həyətə qovmaq.