QURAQ₁

sif.zərf Yağmursuz, quru, rütubətsiz. Quraq il. Bu il yaz quraq keçdi.
– Bəzən də ruzigar dəyişir, hava elə quraq keçir ki, cücü əlindən yollardan ötmək olmur. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QURAQ yağmursuz — quru

Omonimlər

  • QURAQ QURAQ I is. Paltarın bir yerinə artırılmış parça. QURAQ II zərf Yağmursuz, quru. Bəzən də ruzigar dəyişir, hava elə quraq keçir ki, cücü əlindən yoll

Antonimlər (əks mənalı sözlər)

  • QURAQ QURAQ – YAĞAR Göy xəsis, yer ondan betər; Quraq yerdə toxum yanar (A.Şaiq); Yağar aylarda yerə şitil basdırmaq çətin olur
QURAQ₂
QURAQLI
OBASTAN VİKİ
Quraq iqlim
Quru və ya arid iqlim (lat. aridus – quru) — rütubət əmsalının vahiddan çox kicik olduğu, torpaqda rütubatin kəskin çatişmadğı iqlim şəraiti. Yayı isti və quru keçən illik yağıntının miqdarı isə 450 mm-dən artıq olmayan iqlimdir. Mülayim enliklərin çöllərində qış soyuq, subtropik və tropik zonaların çöllərində isə mülayim isti keçir. Təkcə tranzit çaylar (Nil, Amudərya və b.) arid iqlim zonasını kəsib keçir, az sulu çaylar isə axımsız göl və şoranlıqlar əmələ gətirirlər. Bitki örtüyü ya olmur, ya da çox seyrək və quraqlığa davamlı formalardan ibarətdir. Quru kövrək süxurlar küləklə asanca aşınır və alevrit hissəcikləri səhra hüdudlarından kənara aparılaraq, qumsal süxurda eol relyef formaları əmələ gətirir. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Yayı quraq olan mülayim-isti iqlim (iqlim tipləri)
Quraqlıq
Quraqlıq — yazda və payızda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövr. Quraqlıqda torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması quraqlığa məruz qalan yerlərdə quraqlığa davamlı bitkilərin əkilməsi də yaxşı nəticə verir.
Quraqlıq (1971)
Quraqlıq (film, 1971)

Digər lüğətlərdə