QURTULMAQ

f. Xilas olmaq, azad olmaq, nicat tapmaq; canını xilas etmək.
Can nə quşdur ki, qurtula deyəsən; Ənbərin zülfünün duzağından. Nəsimi.
[Əvvəlinci ərizəçi:] …Bu gün atımı çaya suvarmağa aparmışdım; birdən əlimdən qurtuldu, qaçdı. M.F.Axundzadə.
Qızılquş pəncəsindən qurtulub özünü insan əlində əsir görən kəklik, qurtulmaq üçün həyəcanla çırpınır, əllərimizi dimdikləyirdi. A.Şaiq.
[Qorxmaz:] Biz bu ərəb yırtıcılarından, bu vəhşi elbəyilərdən qurtulmalıyıq. C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QURTULMAQ QURTULMAQ [Təpəgöz:] Oğlan, qurtuldunmu? – dedi (Anar); AZAD OLMAQ Arif çalışır ki, millət azad olsun

Antonimlər (əks mənalı sözlər)

  • QURTULMAQ QURTULMAQ – TUTULMAQ Biz bu ərəb yırtıcılarından, bu vəhşi əlbəyilərdən qurtulmalıyıq (C.Cabbarlı); Onlar Kipianinin nə üçün tutulduğunu soruşur, bu i
QURTULMA
QURTULUŞ

Digər lüğətlərdə