QUYRUQLU

sif.
1. Quyruğu olan. Quyruqlu at. Quyruqlu qoç. Quyruqlu heyvanlar.
2. məc. Arxasında quyruq kimi sallanan hissəsi, parçası və s. olan. Quyruqlu paltar.
◊ Quyruqlu ulduz köhn. – bax kometa.
Deyirdilər ki, bu gün, yəni ayın 17-də bir quyruqlu ulduz yerə toqquşacaq və istisinin hərarətindən Yer üzünün məxluqatı tələf olacaq. Mol. Nəsr.

QUYRUQLANMAQ
QUYRUQSUZ
OBASTAN VİKİ
Quyruqlu qaratərə
Quyruqlu ulduz
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Quyruqlu pəncər
Quyruqlu pəncər (lat. Amaranthus caudatus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü.
Quyruqlu A
@ işarəsi — elektron poçt simvolu @ işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompüter və İnternet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir. “@” işarəsini koreyalılar “ilbiz”, ruslar, ukraynalılar, moldavanlar “sobaçka” (balaca it), , türklər “qızılgül”, finlandiyalılar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası” və s. kimi adlandırırlar. Çində "@" heroqlifi həm də "ay ta" kimi oxunur və mənası "onu sev" deməkdir. @ işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ildə Francesco Lapi adlı florensiyalı bir tacirin yazdığı bir məktubda rast gəlinmişdir. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsini istifadə etmişdi. O zamanlarda, bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən @, daha sonra texnologiyalara da daxil oldu. Zaman üçün istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq "dənəsi 5 manatdan 10 məhsul" kimi bir tərif istifadə etmək yerinə "10 məhsul @ 5 manat" deməyə başladılar.
Hörümçək quyruqlu gürzə
Hörümçək quyruqlu gürzə (Pseudocerastes urarachnoides) — Yalançıbuynuz gürzələr cinsinə aid ilan növü. İranın İraqla sərhəd zonasına yaxın, Kirmanşah və İlam ostanlıqları ərazisində yayılmışdır. Bu ilan ilk dəfə 1965-ci ildə elmi araşdırma zamanı aşkarlansa da, ilanın quyruğunda olan hörümçəyə bənzər çıxıntı sadəcə bir zədə nəticəsində əmələ gəlməsi düşünülmüşdür. 2001-ci ildə bu ilanın yeni eksemplyarları aşkarlanır. Bundan sonra isə artıq 2006-cı ildə Behzad Fatini və onun asistenti yeni bir növü təsvir edərək qeydə almışlar. Onlar hörümçəyə bənzər quyruqlarını bu canlılar kimi hərəkət etdirərək quş və ya kərtənkələləri ovlayırlar. Şikarını tutan ilanın güclü zəhəri şikarı saniyələr ərzində öldürür. İlanın quyruğu balanın yumurtadan çıxmasından sonra əmələ gəlir və yetkinliyə çatanda tam olaraq formalaşır. Yerli quşlar bu gürzələrin aldadıçı hərəkətlərini çox yaxşı bildiyindən, onlar ancaq köçəri quşları ovlaya bilirlər. İlanın quyruğunun uzunluğu 55 mm, bədən ölçüsü isə təxminən 531 mm-dir.
Qızıl quyruqlu şahin
Quyruqlular
Quyruqlular (lat. Urodela və ya lat. Caudata) — Suda-quruda yaşayanlar sinfnə aid 3 dəstədən biri.
Suda-quruda yaşayan quyruqlular
Quyruqlular (lat. Urodela və ya lat. Caudata) — Suda-quruda yaşayanlar sinfnə aid 3 dəstədən biri.

Digər lüğətlərdə