QIPQIRMIZI

sif.
1. Tünd-qırmızı, çox qırmızı, lap qırmızı. Qıpqırmızı alma.
– …Bu adamın üzü ətli, yanaqları qıpqırmızı, vücudu sapsağlam idi. A.Şaiq.
Qıpqırmızı don geyindi ellərim; Qaranlığı boğazlayıb doğdu gün. S.Rüstəm.

□ Qıpqırmızı kəsilmək – utanaraq üzü qızarmaq. Bu əsnada Kiçikbəyim içəri girdi, Vaqifi görüb utanaraq özünü itirdi.
Qıpqırmızı kəsilib salam verdi… Çəmənzəminli.

Qıpqırmızı olmaq (qızarmaq) – utanaraq, yaxud acıqdan, pərtlikdən, həyəcandan sifəti qızarmaq.
Zavallının iztirabı artmışdı və üz-gözü qıpqırmızı olmuşdu. B.Talıblı.
Zeynəbin yanaqları qıpqırmızı qızarmışdı; ürəyi də əsirdi. Qantəmir.

2. məc. dan. Tamamilə, apaçıq, açıqdanaçığa, qabacasına. Qıpqırmızı yalan.
3. zərf Həyasızcasına, utanmazcasına, yalandan. Qıpqırmızı üzünə durmaq. Qıpqırmızı danışmaq.
QIPIQ
QIPQIZIL
OBASTAN VİKİ
Qıpqırmızı qızıl (film, 2003)
Qıpqırmızı qızıl (fars. طلای سرخ‎) — Cəfər Pənahinin 2003-cü ildə dram janrında çəkdiyi film. Film 56-cı Kann kinofestivalında jürinin "xüsusi baxış mükafatı"na layiq görülüb. == Sujet == Film zərgərlik mağazasının qarəti səhnəsi ilə başlayır. Hüseyin tabe olmayan mağaza sahibinə atəş açır. Sonra isə o siqnalizasiyanın işə düşməsinə görə tələyə düşdüyünü anlayır və çıxılmaz vəziyyətdə qaldığına görə özünü öldürür. Sonra isə film qəlbində özünün cəmiyyətdəki aşağı statusuna görə sıxılan, pitsa kuryeri olan Hüseyinin həyat hekayəsini göstərmək üçün iki gün əvvələ qayıdır. == Rollarda == Hüseyin İmadəddin — Hüseyin Kamyar Şeysi — Əli Azita Rayedji — Hüseyinin həyat yoldaşı Şahram Vəziri — zərgər Ehsan Amani — çayxanadakı kişi Puranq Nakxael — varlı Kave Nəcmabadi — satıcı Sabir Safael — gənc əsgər == Çəkilişlər == Baş rolun fiaçısı olan Hüseyin İmadəddin peşəkar aktyor olmayıb və həyatda doğrudanda pitsa kuryeri işləyir. Bundan başqa o həm də paranoid şizofreniyasından da əziyyət çəkirdi buna görə də çəkilişlərin aparılması zamanı bəzi çətinliklər olur. İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi filmdə bəzi səhnələrin kəsilməsini tələb etsə də Pənahi bununla razılaşmır və filmdə heç bir dəyişiklik etmir.

Digər lüğətlərdə