QƏSSABXANA

is. [ ər. qəssab və fars. …xanə] köhn. Böyük qəssab dükanı, ət satılan yer.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏSSABXANA qəssabxana bax sallaqxana
QƏSSABBAŞI
QƏSSABLIQ
OBASTAN VİKİ
Verden qəssabxanası
"Verden döyüşü" — Birinci dünya müharibəsinin gedişində 1916-cı ilin fevral-dekabr aylarında Verden qalasına hücum edən almanlarla fransızlar arasında döyüşlər başlandı. Döyüşlər uzandığından hər iki tərəfdən saysız-hesabsız ölənlər və yaralananlar olurdu. Meyitlərin çoxu parça-parça olduğundan bu vuruşma tarixə "Verden qəssabxanası" adı ilə daxil olmuşdur. Altı ay davam edən bu döyüşlərdə bir milyona qədər alman və fransız əsgər və zabit məhv edilmişdi. == Verden qələbə hədəfi olaraq == 1914-1915-ci illərdə gedən qanlı döyüşlərdə verilən itkilərə görə Almaniyanın genişmiqyaslı hərbi addım atmağa qüvvəsi qalmamışdı. Bu səbəbdən də 8 Fransız diviziyası tərəfindən qorunan kiçik rayon olan Verden Parisə daxil olmaq üçün əlverişli yol ola bilərdi. Almanlar Verdendə qazanılacaq qələbənin Fransanın təslim olmağı ilə bağlı ilk addım kimi hesab etmişdilər.

Digər lüğətlərdə