1. Adı çəkilməyərək nəzərdə tutulan ölmüş şəxs; mərhum.
Rəhmətlik məni çox istərdi, çünki məndən savayı bir özgə övladı yox idi.
[Cahan:] İndi Allah bilir ki, nə iş görür, rəhmətlik on iki ildir ki, ölübdür.
2. Bu söz vəfat etmiş adam xatırlanarkən adının ya əvvəlinə, ya sonuna gətirilir.
[Qənbərqulu:] Rəhmətlik bibim buranın ağası olanda Cavadın atası ağsaqqal qoca bir kişi idi.
Rəhmətlik qoca nənəm demişkən, tərpənib yeriyəndə elə bilərdin o yandan bir ağmaya gəlir.
3. Yaşlı adama xitab, müraciət (tərkibdə işlənir, həm də narazılıq, məmnunsuzluq ifadə edir).
[Sərnişin:] Sən də bu basabasda tramvaya yeşik çıxardırsan, ay rəhmətlik oğlu.
Ah rəhmətlik balası, başını qoyub yatsana.