RAD

is. [ ing. ] Udulan şüalanma dozasının sistemdənkənar vahidi.
RACA
RÁDA
OBASTAN VİKİ
Hokinq radiasiyası
Hokinq radiasiya və ya Hokinq işıqlanması, ingilis fizik Stiven Hokinqin 1975-ci ildə nəşr etdiyi məqaləsində qara dəliklər tərəfindən yayıldığını təklif etdiyi nəzəri bir radiasiyadır. Məqalədə qara dəliklərin hissəciklər yaydığını və beləliklə də kütlə itirdiyini bildirmişdir. Kvant sahə nəzəriyyəsinin ümumi nisbilik ilə birlikdə tətbiqi nəticəsində təklif edilmişdir. Ümumi nisbilik nəzəriyyəsinə görə, qara dəliklər daralmayacaqlar, yəni hadisə üfüqünün sahəsi azala bilməz. Hokinqin tapdığı nəticə buna görə çox təəccüblü olmuşdur. Məsələn, M kütləsi olan Schwarzschild qara dəliyindən yayılan Hokinq radiasiyasının temperaturu aşağıdakı kimi hesablanır: T = 1 8 π M ( ℏ c 3 G k ) . {\displaystyle T={\frac {1}{8\pi M}}\left({\frac {\hbar c^{3}}{Gk}}\right).} Bu ifadənin maraqlı bir nəticəsi, enerji (kütlə) qazanan Schwarzschild qara dəliyinin temperaturunun azalmasıdır. Buna görə də, belə qara dəliklərin istilik tutumu mənfi olur.
Hydrangea radiata
Hydrangea radiata (lat. Hydrangea radiata) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Həvəskar radiorabitə
Həvəskar radiorabitə — texniki bir hobbidir, qeyri professional operatorlar arasında, onlar üçün xüsusi ayrılmış radiotezliklərdə, radiorabitə keçirmək, texniki araşdırmalar aparmaq, özünü bu sahədə təkmilləşdirmək , və bundan heç bir maddi qazanc əldə etməmək və s. Bu hobbi ilə dünyada milyonlarla insan məşğul olur. Onları həm də radiohəvəskar adlandırırlar. == Tarixçəsi == Bizim ölkədə ilk radiohəvəskarlar keçən əsrin 20-ci illərində fəaliyyətə başlamışdılar. Hal hazırda ölkəmizdə 70-ə yaxın radiohəvəskar var. Onlar ölkəmizi beynəlxalq radiohəvəskar radiotezliklərində, təmsil edirlər. Bu hobbi eyni zaman həm də bir idman növüdür. Hər il minlərlə radiohəvəskar yüksək nəticə qazanmaq üçün, öz radiostansiyaları qarşısında çalışırlar. Keçən əsrin 60–80-ci illərdə yerli radiohəvəskarın sayı 200-ə çatmışdı. Bakıda, Sumqayıtda, Gəncədə, Kürdəmirdə bir neçə radioklub və kollektiv stansiyalar fəaliyyət göstərirdi.
Ingenhusia radiata
Actinoseris radiata (lat. Actinoseris radiata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin actinoseris cinsinə aid bitki növü. == Sinonimləri == Ingenhusia radiata Vell.
Inje (Vanya Radovanoviç mahnısı)
Inje (azərb. Çən‎) — Monteneqronun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Vanya Radovanoviç "Inje" mahnısı ilə Monteneqronu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Balkan balladası üslubunda olan mahnı Radovanoviçin özü tərəfindən bəstələnmişdir.
Inje (Vanya Radovinoviç mahnısı)
Inje (azərb. Çən‎) — Monteneqronun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Vanya Radovanoviç "Inje" mahnısı ilə Monteneqronu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Balkan balladası üslubunda olan mahnı Radovanoviçin özü tərəfindən bəstələnmişdir.
KBS World Radio
KBS World Radio ("KBS ümumdünya radiosu", kor. KBS 월드라디오; əvvəlki adıRadio Korea və Radio Korea International)- Cənubi Koreyada yeganə rəsmi və beynəlxalq radiostansiya. Dövlət teleradio kompaniyasına məxsusdur. 11 dildə yayımlanır, həmçinin rus dilində. == Tarixi == Radiostansiya ilk dəfə yayıma ingilis dilində 15 avqust 1953-cü ildə "Azad Koreya səsi" (ing. The Voice of Free Korea) adı ilə başlamışdır . Radiostansiya orta dalğalarda yayımlanmaqla, Koreyada olan amerikalı əsgərlər üçün nəzərdə tutulmuşdur. Verilişlər gün ərzində yalnız 15 dəqiqə yayımlanırdı. Sonrakı illərdə siqnalı Havay adalarına və Şimali Amerikaya ötürmək üçün 2 ədəd 100kVt-lıq ötürücü quraşdırıldı. Yayıma 13 fevral 1961-ci ildə rus dilində başlamışdı.
Kanada radiosu
"Radio Kanada" » (ingilis dilində:Radio Canada International, qısaldılmış şəkildə:RCI) — Kanada Televiziya və Radio Verilişləri Korporasiyasına (Canadian Broadcasting Corporation,qısaldılmış şəkildə: CBC) (məxsus beynəlxalq radio stansiyadır. Xarici ölkələr üçün nəzərdə tutulan verilişlərdə Kanadada baş verən hadisələrə daha çox diqqət yetirilir. Beynəlxalq aləmdə Kanada haqqında çox az bəhs olunduğundan "Radio Kanada" bu boşluğu aradan qaldırmağa çalışır.. == Tarixi == "Radio Kanada" 25 fevral 1945-ci ildə fəaliyyətə başlamışdır. 1961-ci ildə Qərbi Avropa ölkələri üçün nəzərdə tutulan italiya, niderland, danimarka, isveç və norveç dillərində verilişlər dayandırıldı (Fin dilində verilişlər hələ 1955-ci ildə dayandırılmışdı). Radiostansiya 1970-ci ilədək "CBC International Service" adı ilə məlum olmuşdur. Daha əvvəllər bu radiostansiya "Kanadanın səsi" ("Voice of Canada") adlandırılmışdır. 1991-ci ildə Şərqi Avropa ölkələrində yayımlanan alman, polyak, çex, slovakiya və macar dillərində verilişlər dayandırıldı. 2012-ci ilin iyununda, radiostansiya fəaliyyətə başladıqdan 67 il sonra qısa dalğalı verilişlər dayandırıldı və hazırda 1990-cı ildən 14 dildə fəaliyyət göstərən "Radio Kanada"nın verilişlərinə internetdə 5 dildə qulaq asmaq mümkündür.
Kerneria pilosa var. radiata
Bidens pilosa (lat. Bidens pilosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü. == Sinonimləri == Bidens abadiae DC. Bidens abadiae var. abadiae abadiae Bidens abadiae var. pilosoides Sherff Bidens adhaerescens Vell. Bidens africana Klatt Bidens alausensis Kunth Bidens alba (L.) DC. Bidens alba var. radiata (Sch.Bip.) Ballard ex Melchert Bidens arenaria Gand. Bidens arenicola Gand. [Invalid] Bidens aurantiaca Colenso Bidens barrancae M.E.Jones Bidens bimucronata Turcz. Bidens bonplandii Sch.Bip.
Ludwig Adolph Timotheus Radlkofer
Lüdviq Radlkofer (alm. Ludwig Radlkofer‎ 12 dekabr 1829 — 16 fevral 1927) — alman botanik, professor, mikoloq, tibb elmləri doktoru.
Luzuriaga radicans
Luzuriaga radicans (lat. Luzuriaga radicans) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin alströmeriyakimilər fəsiləsinin luzuriaga cinsinə aid bitki növü. == Təsvir == Luzuriaga radicans incə kökləri ağacların gövdələrinə yapışan həmişəyaşıl dırmaşan bitkidir. Bitkinin uzunsov, açıq-yaşıl rəngli yarpaqlarının düzülüşü növbəlidir və uzunluqları 1-4 sm, enləri isə 0,3-1 sm arasında dəyişir. Çiçəkləri hermafroditdir. 1 sm uzunluğundakı çiçəklər tək və ya 2-4 çiçəkdən ibarət qruplar şəklində yerləşir. Altı ağ ləçəyin ölçüsü qeyri-bərabərdir. Çiçəklərdə altı erkəkcik və və erkəkciklərdən daha uzun olan üslub üç ağızcığa malik bir dişicik var. Bitkinin meyvələri hamar, kürəşəkilli giləmeyvələrdir. Qırmızı-narıncı rəngli giləmeyvələr 0,8-1 sm diametrindədir və təxminən 4-mm uzunluğunda on iki yastı toxuma malikdirlər.
Lüdviq Radlkofer
Lüdviq Radlkofer (alm. Ludwig Radlkofer‎ 12 dekabr 1829 — 16 fevral 1927) — alman botanik, professor, mikoloq, tibb elmləri doktoru.
Marina Radiş
Marina Radiş (rum. Marina Radiș 2 fevral 1982, Çadır-Lunqa, Qaqauziya) — Moldovalı müğənnisi (soprano). İlk fəaliyyətinə aktrisa kimi başlayır. 11 yaşında, Çadır-Lunqda Qaqauz xalq mahnı müsabiqəsində qalib gəlir. 18 yaşında hər il keçirilən "Qaqauz Sesi" mahnı müsabiqəsində Qran Pri mükafatına layiq görülür. Dəfələrlə Kişinyovda "Viktoriya" vətənpərvərlik mahnı müsabiqəsinin laureatı olur. 2000-ci ildə orta ixtisas musiqi təhsili olmamasına baxmayaraq, Kişinyovdakı Musiqi, Teatr və Təsviri Sənətlər Akademiyasının akademik vokal şöbəsinə (İ. Kvasyuva sinfi) qəbul edilir. Sonradan Marina Svetlana Popovanın opera oxuma sinfi Marinaya böyük təsir göstərir. 2003-cü ildə Breila şəhərində H. Derkle Beynəlxalq Vokal Müsabiqəsinin laureatı olur. 2005-ci ildə Violetta (Cüzeppe Verdinin La Traviata) partiyası ilə Moldova Milli Opera və Balet Teatrının səhnəsində debüt edir.
Matvey Radayev
Matvey İvanoviç Radayev (rus. Матвей Иванович Радаев; 11 noyabr 1937, İvanovka, İsmayıllı rayonu – 14 fevral 1993) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan Respublikası Baş nazirinin müavini (1991–1992), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1989–1991). == Həyatı == Matvey İvanoviç Radayev 1937-ci il noyabrın 11-də İsmayıllı rayonunun İvanovka kəndində kolxozçu ailəsində anadan olmuşdur. Ailədə dörd qardaşın ən böyüyü idi. Orta məktəbi bitirdikdən sonra Kirovabadda (hazırkı Gəncə) Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Əmək fəaliyyətinə doğulduğu kəndində aqronom kimi başlamış, eyni zamanda Kalinin adına kolxozun komsomol təşkilatının katibi seçilmişdir. 1963-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yeni yaradılmış kənd təsərrüfatı şöbəsinin təlimatçısı, daha sonra isə bölmə müdiri təyin edilmişdir. 1967-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin ikinci katibi, 1971-ci ildə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin ikinci katibi vəzifəsinə təyin edilmiş, 1978-ci ilə qədər burada işləmişdir. Bu illərdə qiyabi olaraq Sov.İKP Mərkəzi Komitəsi yanında Qiyabi Ali Partiya Məktəbini bitirmişdir. 1978-ci ildə Matvey Radayev Azərbaycan SSR meliorasiya və su təsərrüfatı nazirinin müavini təyin edilmiş, 1982–1986-cı illərdə isə Yəməndə işləmişdir.
Mayak (radiostansiya)
"Mayak" dövlət radioyayım kompaniyası ("Mayak" DRK, "Radio Mayak") — SSRİ məkanının ən böyük və ən tanınan radiostansiyalarından biri. 1964-cü ildə Sov.İKP MK-nın qərarı ilə qurulmuşdur. 1 avqust 1964-cü ildən 14 mart 2013-cü ilə kimi bütün SSRİ və MDB ərazisində uzun və qısa dalğalarda yayımlanırdı. Hal-hazırda UKV və FM diapazonlarında Rusiyanın bir çox şəhərlərində və MDB ölkələrinin bəzi şəhərlərində yayımlanır. Bu günə kimi radionun siqnalı kimi Moskva gecələri musiqisindən istifadə olunur.
Maykl Radu
Maykl Radu(ingiliscə:Michael S. Radu )(29 aprel 1947, 25 mart 2009) ABŞ-dakı Xarici Siyasət Araşdırma İnstitutu terror mütəxəssisi. == Həyatı == Maykl Radu Rumıniyada anadan olub və Rumıniyada böyüyüb. O, Birləşmiş Ştatlara gəldikdən sonra 1981-ci ildə Kolumbiya Universitetindən beynəlxalq münasibətlərdə onun doktoranturasını aldı (qəbul etdi). O müəllif, həmmüəllif və ya 15 kitabın redaktoru, idi. O bütün dünyada terrorist qrupların ensiklopedik biliyinə sahib idi və yerli, milli və beynəlxalq mediada müntəzəm meydana çıxdı == Seçilən nəşrlər == Radu, Michael. Eastern Europe and the Third World: East vs. South. New York: Praeger. 1981. ISBN 0-275-90708-2.
Melaleuca radula
Melaleuca radula (lat. Melaleuca radula) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Mentha arvensis var. radicans
Çəmən nanəsi (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == === Homotipik sinonimləri === Calamintha arvensis (L.) Garsault Mentha arvensis var.
Mikloş Radnoti
Mikloş Radnoti (orijinal adı Mikloş Qlatter; 5 may 1909, Budapeşt – 9 noyabr 1944, 10 noyabr 1944 və ya 6 noyabr 1944) — macar müəllim və şair. == Həyatı == Mikloş Radnoti Budapeştdəki Brück & Grosz tekstil şirkətinin sahibinin övladı idi. Doğuş zamanı əkiz qardaşı ölü doğulmuşdu. Bir müddət sonra anası vəfat etmişdi. Uşaqlıq illərini xalasının ailəsi ilə birlikdə keçirmişdi. Radnoti ibtidai və orta təhsilini doğulduğu şəhərdə almış və 1927-28-ci illərdən başlayaraq Liberetsdəki tekstil sənayesi üçün açılan ali məktəbdə təhsilini davam etdirmişdi. Daha sonra isə 1930-a qədər tanınmış tekstil şirkətində kommersiya müxbiri olaraq çalışmışdı. Sonda isə başqa bir təhsil arzusunda olan Radnoti Seqed Universitetində fəlsəfə, macar və fransız dillərini öyrənməyə başladı. 1934-cü ildə “Marqit Kaffkanın bədii inkişafı” adlı fəlsəfi doktorluq dissertasiyasını müdafiə etdi. Təhsilini tamamladıqdan sonra babasının doğulduğu şəhərin adına uyğyn olaraq adını Radnoti olaraq dəyişdi.
Milli Televiziya və Radio Şurası (Azərbaycan)
Azərbaycan Respublikası Audiovizual Şurası (Milli Televiziya və Radio Şurasının xələfi) — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr taxirli Fərmanı ilə yaradılmışdır. Şuranın yaradılmasında məqsəd televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləməkdir. == Tarixi == === Milli Televziya və Radio Şurası === Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 794 saylı Fərmanı ilə — televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılmışdır. Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Şuranın fəaliyyəti "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə" ilə tənzimlənir. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"ni rəhbər tutur. Şura dövlət büdcəsindən maliyyələşdirilir və öz fəaliyyətində müstəqildir. Şura Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 üzvdən ibarət tərkibdə yaradılır. Şura üzvlərindən üçü iki il, üçü dörd il, üç nəfəri isə altı il müddətinə təyin olunur. Üzvlərin təkrar təyin olunmaq hüququ vardır.
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. == Tarixi və fəaliyyəti == 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.
Məhəmməd Əmin Rəsulzadənin Amerikanın Səsi radiosundan Azərbaycan xalqına müraciəti
Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Azərbaycanın Cumhuriyyət günü Amerikanın səsi radiosuna müsahibə zamanı Azərbaycan xalqına müraciət etmişdi. Soyuq müharibə dövrü bu, Azərbaycan xalqına müraciət üçün Məhəmməd Əmin Rəsulzadəyə verilən yeganə imkan idi. Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin səs yazısı 60 ildir "Amerikanın səsi"nin arxivində qorunub saxlanır.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi
Naxçıvan TV və ya qısaca NTV — Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycanın ilk regional televiziyası. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. == Tarixi == Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərir. 1 aprel 1932-ci il tarixdə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılmışdır. 1963-cü ildə muxtar respublikada televiziyanın fəaliyyətə başlaması ilə komitə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, 5 mart 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 5 may 1971-ci ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Televiziya və Radio Verilişləri Dövlət Komitəsi və 26 dekabr 1978-ci ildə isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılıb. 2015-ci ildə HD formatlı yayıma keçmiş, həmin ilin iyul ayının 1-də loqotipini dəyişmiş və efir müddətini 1 saat artıraraq 17 saata çatdırmışdır. Hazırda Televiziya öz rəsmi internet səhifəsi üzərindən yayıma çıxır. 2018-ci ildən Televiziyanın nəzdində Naxçıvan MR-in ilk informasiya agentliyi olan "Nuhçıxan" İnformasiya Agentliyi yaradılmışdır. 1 aprel 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Naxçıvan Televiziyası gün ərzində 16 saat televiziya verilişləri ilə yayımda olur.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri QSC

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti

Digər lüğətlərdə