[ lat. redaction – qaydaya, səliqəyə salma]
1. Mətni işləmə və düzəltmə, redaktə etmə. Protokolun son redaksiyası. Əsərin redaksiyasını mütəxəssisə tapşırmaq.
2. Hər bir nəşrin (kitabın, məcmuənin və s.-nin) nəşrinə rəhbərlik. Professorun redaksiyası altında dərslik.
// Həmin işə rəhbərlik edən heyət, orqan. Baş redaksiya. Redaksiya şurası. Redaksiya heyəti.
3. Bir fikrin, tezisin, müddəanın bu və ya digər şəkildə ifadəsi, ifadə forması. Nizamnamənin 3-cü paraqrafının yeni redaksiyası.
4. Hər hansı bir bədii, musiqi və b. əsərin, yaxud onun ayrıca bir hissəsinin variantı. Romanın yeni redaksiyası. “İldırımlı yollarla” baletinin yeni redaksiyası.
5. Dövri mətbuat orqanının çapa hazırlanmasına rəhbərlik edən əməkdaşlar kollektivi. “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyası.
// Mətnin əlyazmasını işləyib çapa hazırlamaqla məşğul olan işçilər qrupu.
6. Redaksiya əməkdaşlarının işlədiyi bina. Redaksiyanın ünvanı.