RİQQƏT

is. [ ər. ] Ürək yumşaqlığı, ürək incəliyi, şəfqət.
İlk dəfə idi ki, Sadıq kişi oğlunun, əziz-xələf oğlunun səsindəki həzin riqqəti görüb duyur, ürəyinin başı ağrıyırdı. Mir Cəlal.

// Təsirlənmə, mütəəssir olma, acıma; təəssür.
…Tələbələrin səhnədə göstərdikləri müvəffəqiyyəti gördükcə riqqət və sevincindən gözləri yaşlar içində qalırdı. A.Şaiq.
Toplaşanlardan çoxunun gözü həyəcan və riqqətdən yaşarmışdı. R.Rza.

□ Riqqətə gəlmək – bax riqqətlənmək.
Anasının mehribanlığından riqqətə gəlmiş və ürəyi açılmış Qaraş gülümsədi. M.İbrahimov.
Bu söhbətdən sonra Ulduz riqqətə gəlmiş, artıq anasının könlünü sındırmayaraq o tibb institutuna daxil olmuşdu. Ə.Məmmədxanlı.

Riqqətə gətirmək – bax riqqətləndirmək.
Axund Fərəc, vəhşi adlandırdığı bu … xalqı ağladacaq, riqqətə gətirəcək və sonra bütün acığını çıxacağını zənn edirdi. Qantəmir.

RİKŞA
RİQQƏTLƏNDİRMƏ

Digər lüğətlərdə