RİZ

is. [ fars. ] dan. Cığır, iz.
Böyük gəmiləri, dəmir yolları; Keçidləri, rizləri var ölkəmin. C.Cabbarlı.
Biçinçilərdən bəzisi açdığı rizi düz apara bilmədiyindən cərgələr hərdən bir-birinə qarışırdı. Ə.Əbülhəsən.

◊ Riz itirmək – bax iz itirmək (“iz”də).
[Kərbəlayı Rəcəb:] Ay xanım! Güldəstə özü yaxşı bilir ki, mən nə usta Xəlili tanıyıram və nə də İran əhlindən bir kəsi… Güldəstə riz itirir, vəssalam. N.Vəzirov.

RİYAZİYYATŞÜNAS
RİZA
OBASTAN VİKİ
Riz
Riz— İranın Buşehr ostanının Cəm şəhristanının Riz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,802 nəfər və 415 ailədən ibarət idi.
Riz Uizerspun
Lora Cin Riz Uizerspun — ABŞ aktrisası, Oskar mükafatı laureatı (2005-ci il "Xətti keçmək" filminə görə). Ən çox maaş alan Hollivud aktrisalarından biri. Həyat yoldaşı Rayan Filippdir.
Riz qras
Riz qras- Burkina-Faso mətbəxinə aid əsasını düyü və ət təşkil edən yemək. Bu yemək Seneqal və Qvineya kimi ölkələrdə də yayılmışdır. Bu yemək tiebou djen adlı yeməkdən yaranmışdır. Həmin yemək Seneqal mətbəxinə aiddir və tərkibinə balıq və ət qatılır.
Funny Girl (Laura Rizzotto mahnısı)
Funny Girl (azərb. Məzəli qız‎) — Latviyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Laura Rizzotto "Funny Girl" mahnısı ilə Latviyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.
Fəxrülmülk Rizvan
Fəxrülmülk Rizvan (XI əsr – ən tezi 1113 və ən geci 1114) — 1095-ci ildən vəfatına qədər Hələbin səlcuq əsilli əmiri. Rizvan qardaşı Böyük Səlcuqlu sultanı I Məlikşahın göstərdiyi xidmətlərə görə bir mükafat olaraq bölgəni və ona bitişik əraziləri verdikdən sonra Suriyada bir bəylik quran Tutuşun ailəsində anadan olmuşdur. Məlikşahın ölümündən sonra Tutuş Səlcuqlu tacına iddiasını qalmışdır, ancaq İranın Rey şəhəri yaxınlığında qardaşı oğlu Börküyarıqın qüvvələri tərəfindən qılıncdan keçirilmişdir. Bunun ardınca Rızvan Hələb şəhərinə getmiş və özünü ərazinin yeni əmiri elan etmişdir. Qardaşı Dukakın Dəməşq şəhərində yeni bir əmirlik elan etməsi ilə Suriya Səlcuqlu Dövləti iki hissəyə bölünmüş və qardaşlar arasında rəqabət başlamışdır ki, bu da 1097-ci ildə Birinci Səlib yürüşü başladıqdan sonra belə davam etmişdir. Rızvan səlibçiləri qızılla qovmağa çalışmış və 1098-ci ildə Antioxiyanın mühasirəsinin bitməsindən sonra qurulan bir səlibçi dövləti olan Antioxiya knyazlığına qarşı vuruşmuşdur. I Boemund Rızvanın idarəsindəki ərazisini işğal etmiş, Hələbin ətraflarına qədər irəliləmişdi. Boemondun xələfi Antioxiya regenti Tankred də Rizvana qarşı vuruşmuşdur. Buna baxmayaraq, onlar daha sonra Edessa qrafı II Balduin və Telbəşir hakimi I Joslenin dəstəklədiyi Mosul əmiri Çavlu Sakavuya qarşı müttəfiq olmuşdur. Rizvanın şəxsiyyəti müəmmalı idi.
Hüsen Rizazadə
Hüseyn Rzazadə (fars. حسین رضازاده; d. 12 may 1978, Ərdəbil, İran) - İran idmançısı, ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dörd dəfə dünya çempionu. Ərdəbildə anadan olmuşdur, əslən azərbaycanlıdır. == Olimpiadalarda iştirakı == 2000 və 2004 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış və indiyədək dünyanın rəsmi rekordunu saxlamışdır. 2004 Yay Olimpiya Oyunlarında Türkiyə yığmasına dəvət edilsə də "Mən İranlıyam və öz vətənimi və xalqımı sevirəm" deyərək bu təklifdən imtina etmişdir . Rzazadənin dünya rekordunu Səyid Əli Hüseyni adlı bir başqa gənc və Ərdəbilli idmançı, vurmuşdur və bu 19 yaşlı oğlana Super Rzazadə ləqəbi vermişlər. Hazırda İran ağırlıqqaldırma federasiyasının sədridir. Qeyd etmək lazımdır ki, keçən əsrin 50-ci illərində üç dəfəyə 500 kq. qaldırmış Paul Anersonu ABŞ-də, 60-cı illərdə isə bir dəfəyə 212 kq.
Kərim Rizayev
Kərim Novruz oğlu Rizayev (Rzayev) (25 dekabr 1914, Ordubad, Naxçıvan qəzası – 1 avqust 1995, Bakı) – metallurq, təsərrüfat rəhbəri, Sosialist Əməyi Qəhrəmanı (1980). == Həyatı == 1912-ci il dekabr ayının 25-də Ordubad şəhərində anadan olmuşdur. 1941-ci ildə Moskvada Əlvan Metallar və Qızıl İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1941-ci ildə RSFSR Sverdlovsk vilayətinin "Ural qızıl" trestində mühəndis kimi başlamışdır. Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısıdır. Ordudan tərxis olunduqdan (1946) sonra Kalininqrad vilayətindəki Kəhrəba zavodunun direktoru (1946–1950), Kəhrəba fabrikinin rəisi, emal fabrikinin baş mühəndisi (1950–1953), Kəhrəba kombinatının baş mühəndisinin müavini (1953–1955) və kombinatın direktoru (1955–1962) olmuşdur. 1962-ci ildən Azərbaycan xalq təsərrüfatı sistemin də müxtəlif vəzifələrdə çalışmış, dağ-mədən və metallurgiya idarəsinin rəisi (1962–1965), Azərbaycan SSR Nazirlər Soveti yanında Əlvan Metallurgiya Birliyinin (1965–1979) və Azərbaycan Respublikası Əlvan Metallurgiya İdarəsinin (1979–1987) rəisi işləmişdir. Yüksək ixtisaslı mütəxəssis və bacarıqlı təşkilatçı olan Rizayev Azərbaycanda əlvan metallurgiyanın inkişafı üçün çox iş görmüş, bu sahədə səriştəli və hazırlıqlı mütəxəssislərin hazırlanmasına böyük əmək sərf etmişdir. Azərbaycan SSR Ali Sovetinin (9–10-cu çağırış) deputatı seçilmişdir. 1995-ci il yanvar ayının 1-də Bakı şəhərində vəfat etmişdir.
Laura Rizzotto
Laura Rizzotto (d. 18 iyul 1994, Rio-de-Janeyro, Braziliya) — Latviya-Braziliya müğənnisi və bəstəkarı. Onun 2011-ci ildə Universal Music Brazil albom şirkəti ilə əməkdaşlığı sayəsində Made in Rio adlı debüt albomu işıq üzü görmüşdür. 2014-cü ildə ifaçının ikinci studiya albomu Reason to Stay, 2017-ci ildə isə RUBY adlı mini-albomu satışa buraxılmışdır. Rizzotto "Funny Girl" mahnısı ilə Latviyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Laura Rizzotto 18 iyul 1994-cü ildə Braziliyanın paytaxtı Rio-de-Janeyro şəhərində anadan olmuşdur. Onun atası Latviya və Braziliyanın ikili vətəndaşıdır. Rizzottonun Portuqal mənşəli Braziliyalı anası isə Latviyanın Liepaya şəhərində anadan olmuş və Riqada böyümüşdür. Onun ailəsi 2005-ci ildə Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında yerləşən Edina şəhərinə köçmüşdür. Onun uşaqlığı Rio-de-Janeyro və ABŞ-də keçmişdir.
Linda Co Rizzo
Linda Co Rizzo (ing. Linda Jo Rizzo) - İtalyan əsilli ABŞ ifaçısı, prodüseri, bəstəkarı və aktrisasıdır. == Həyatı == Linda Co Rizzo 1 aprel 1955-ci il tarixində ABŞ-nin Nyu-York ştatında dünyaya gəlmişdir. 18 yaşında Nyu-York şəhərinə fotomodel kimi işləməyə dəvət alır. Bu zaman İspaniyanın Milan və Portuqaliyanın Lissabon şəhərlərində fotomodel kimi fəaliyyət göstərir. Eyni zamanda Linda musiqi karyerasını da davam etdirir. Məşhur İtalyan aktyoru və ifaçısı Adriano Çelentanonun veb-vokalisti olur. Linda 23 yaşında yenidən Nyu-Yorka geri qayıdır. Bu zaman dietoloqluğu öyrənməyə başlayır. 25 yaşında Bobbi Orlando tərəfindən yaradılan "The Flirts" qrupunda ifaçı kimi çalışır.
Linda Jo Rizzo
Linda Co Rizzo (ing. Linda Jo Rizzo) - İtalyan əsilli ABŞ ifaçısı, prodüseri, bəstəkarı və aktrisasıdır. == Həyatı == Linda Co Rizzo 1 aprel 1955-ci il tarixində ABŞ-nin Nyu-York ştatında dünyaya gəlmişdir. 18 yaşında Nyu-York şəhərinə fotomodel kimi işləməyə dəvət alır. Bu zaman İspaniyanın Milan və Portuqaliyanın Lissabon şəhərlərində fotomodel kimi fəaliyyət göstərir. Eyni zamanda Linda musiqi karyerasını da davam etdirir. Məşhur İtalyan aktyoru və ifaçısı Adriano Çelentanonun veb-vokalisti olur. Linda 23 yaşında yenidən Nyu-Yorka geri qayıdır. Bu zaman dietoloqluğu öyrənməyə başlayır. 25 yaşında Bobbi Orlando tərəfindən yaradılan "The Flirts" qrupunda ifaçı kimi çalışır.
Məhəmməd Riza Bayramı
Məhəmməd Riza Bayramı (d. 1965, Ərdəbil) — yazıçı. Məhəmməd Riza Bayramı 1340 nəci ildə, Savalanın ətəyində yerləşən Latıran kəndində dünyaya göz açdı. o gənclik çağlarında Səməd Bəhrəngi nin yazılarına maraqlandı. Bayramı savalan öykülərindən "dağ məni səsləndi" ilə Almanianın qızılı ayı mükafatını və İsveçrə il kitabı ödülünü qazandı. Yuta Həmil Rayş , dağ məni səsləndi öyküsünü almancaya çevirib. bayramı son 25 ildə İranın ən yaxşı öykü yazanlarından biri dir. o indi İran öykü evi nin məsuludur. Yaşıl bağın ölüləri adlı ruman, Məhəmməd Riza Bayramının Azərbaycan tarixinə yazdığı önəmli əsərdir. bu roman, İranda çeşidli davranışlarla qarşılandı.
Məhəmməd Riza Golzar
Məhəmmədrza Gülzar (21 mart 1977, Tehran) — İranlı gitaraçı və kinoaktyor.Tehranda doğulmuş azərbaycanlı aktyordur.
Məhəmməd Rəşid Riza
Məhəmməd Rəşid Riza (ərəb. محمد رشيد رضا‎; 23 sentyabr 1865 və ya 18 oktyabr 1865 – 22 avqust 1935, Qahirə) — misirli dini və ictimai xadim. Əsli Liviyadan olmuş Riza 1898-ci ildə Misirə gəlib Qahirədə tanınmış "Əl-Mənar" (Mayak) jurnalında çalışmışdır. Rəşid Rıza, Cəmaləddin Əfqanini və Məhəmməd Əbdunun fikirlərini inkişaf etdirmiş, Qərb müstəmləkəçiliyinə qarşı çıxmış, Xilafətin bərpa olunmasının tərəfdarı kimi tanınmışdır. 1340/1922-ci ildə Riza "Xilafət və ya böyük imamət" yazınını yayımlamışdır. Orada o, Xilafətin prinsiplərini açıqlamış, xəlifənin seçilməsi ideyasını irəli sürmüşdür. Rizaya görə xəlifə ölkəsini qorumalı, ölkədə şəriət qanunlarının işləməsini təmin etməlidir. Xilafətin krallığa çevrilməməsi üçün xəlifə özəl bir qurum qarşısında sorumlu olmalıdır. Ölkə başçısı şəriət qanunlarını pozarsa, bu qurum onu vəzifəsindən çıxara bilər. 1342/1924-cü ildə Türkiyədə respublikaçılar Osmanlı xilafətinə son qoyduqdan sonra M. R. Riza Xilafətin dirçəldilməsi istəklərinin reallaşmayacağını anlamışdır.
Məşhəd Rizə
Məşhəd Rizə — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Miyan vilayət bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,307 nəfər və 1,808 ailədən ibarət idi.
Nazim Rizvan
Rizvanov Nazim Abbas oğlu (Nazim Rizvan) — şair, ədəbiyyatşünas, yazıçı, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi. Nazim Rizvan 1951-ci il mayın 12-də Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini,1981-ci ildə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat institunun aspiranturasını bitirmiştir. 1981-1987-ci illərdə institutun "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsində kiçik elmi işçi, 1987-2003-cü illərdə isə böyük elmi işçi vəzifələrində çalışmışdır. 1985-ci ildə "Məhəmməd Hüseyn Şəhriyar yaradıcılığında vətənpərvərlik" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1996-2003-cü illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyətinin ağsaqallar şurasının sədri olmuşdur. 2003-cü il oktyabrın 3-də Bakıda vəfat etmişdir. Bədii yaradıcılığa 1963-cü ildə "Göy-göl" şeiri ilə başlamışdır. İlk mətbu şeiri 1967-ci ildə Azərbaycan Demokrat Firqəsinin organı olan "Azərbaycan" qəzetində dərc olunmuşdur. Bundan sonra "Çinar pöhrələri", "Odlu misralar", "Azərbaycan", "Yaşıl budaqlar", "Yeni səslər" ədəbi almanaxlarında, qəzet və jurnallarda çıxış etmişdir.
Novruz Rizayev
Novruz Kərim oğlu Rizayev (1883 və ya 1886, Ordubad, Naxçıvan qəzası – 30 iyul 1941) — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929), Bakı Şəhər Soveti sədrinin müavini. Novruz Rizayev 1886-cı ildə Azərbaycanın Naxçıvan vilayətinin Ordubad şəhərində qulluqçu ailəsində anadan olub. 1905-ci ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb. 1905-ci ildən inqilabi fəaliyyətə başlayan Novruz Rizayev həmin ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb, məhz bu dövrdə İran Azərbaycanında baş verən proseslərdə iştirak edib və həm də çar rejiminin təqibləri ilə üzləşib. Novruz Rizayev 1927-ci il mayın 22-dən Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə başçılıq etmişdi. O, 1929-cu ilin oktyabrında Dövlət Siyasi İdarəsinin rəhbərliyindən kənarlaşdırılır. Novruz Rizayevin sonradan partiya-təsərrüfat orqanlarında yenidən yüksək vəzifələrə irəli çəkilməsi təsdiqləyir. 30-cu ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının razılığı ilə Rizayev Perm şəhərinə getmiş və orada Meşə Sənaye Təsərrüfatının direktoru vəzifəsində işləmişdi. 1931-ci ildə Sverdlovsk şəhərində trest müdiri təyin edilir. 1933-cü ilin fevralında Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi tərəfindən Cənubi Qazaxıstan Vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə göndərilir.
Ramiz Rizayev
Ramiz Həsən Qulu oğlu Rizayev (2 noyabr 1939, Naxçıvan) — Azərbaycan alimi, kimya elmleri doktoru, AMEA-nın həqiqi üzvü. Ramiz Rizayev 1939-cu il noyabrın 2-də Naxçıvan şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. R. Rizayev "Neft və neft-kimya sintezi" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1983-cü ildə AMEA-nın müxbir üzvü seçilib. 2001-ci ildən AMEA-nın həqiqi üzvüdür. Azərbaycan Dövlət Universitetində fiziki-kimya fənni ilə dərs demişdir. AMEA-nın Kimya Problemləri İnstitunun baş mütəxəssisdir. 1993-cü il 3 iyul tarixindən Ramiz Rizayev Rusiya Federasiyası fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir, Azərbaycan Prezidentinin Fərmanı ilə Moskvada, 1994-cü 15 avqust tarixindən səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib. 2005-ci ildə vəzifəsindən geri cağırılıb.
Riza Fazıl
Riza Emir oğlu Fazıl (30 may 1929 – 26 noyabr 2016, Simferopol) — krım tatar yazıçısı və jurnalisti. Krım Tatar Yazıçılar Birliyinin sədri (2008—2016). Özbək SSR-nin əməkdar mədəniyyət işçisi (1973). Krım Muxtar Respublikasının Əməkdar İncəsənət İşçisi (2010). 1944-cü ildə Krımdan deportasiya edilən Krım tatarlarının bir hissəsi ilə birlikdə Kostroma vilayətinin Makarevski rayonuna köçürüldü. 1955-ci ildə Kostroma Sovet Ticarət Texnikumunu bitirmişdir. 1959-cu ildə Səmərqənd Sovet Ticarət İnstitutunun İqtisadiyyat şöbəsini bitirdi. Təhsilini bitirdikdən sonra bir müddət Qırğızıstanın Oş şəhərində müfəttiş və baş mühasib kimi işlədi. 1965-1980-ci illərdə Daşkənddə mərkəzləşən "Lenin bayrağı" adlı krım tatar qəzetinin tərcüməçi və şöbə müdiri vəzifələrində çalışmışdır. Krıma qayıtdıqdan sorna 1980-1994-cü illərdə "Yıldız" (Ulduz) jurnalının nəşriyyatında poeziya şöbəsinə rəhbərlik etmiş və məsul katibi olmuşdur.
Rizalit
Rizalit və ya rezalit - binanın bir hissəsi, binanın ana gövdəsində çıxıntı şəklində olan və tam hündürlüyü ilə gedən hissəsidir. Bu memarlıq elementləri, binanın mərkəzi hissəsi ilə ümumilikdə simetrik olur . Orta, yan və künc rizalitləri də vardır . Rizalit fasadın məkan təşkilinə müxtəliflik gətirir. Yan gövdələrdən fərqli olaraq, binanın əsas həcmi ilə bütünlük təşkil edirlər. .
Rizaəddin bin Fəxrəddin
Rizaəddin bin Fəxrəddin və ya tam adı Rizaəddin bin Fəxrəddin bin Seyfəddin eş-Şirdani (tatar. Ризаэтдин Фәхретдин; 4 yanvar 1859, Kiçüçat[d], Buqulma qəzası[d], Samara quberniyası[d], Rusiya imperiyası – 11 aprel 1936 və ya 12 aprel 1936, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — tatar tarixçisi, ədib, pedaqoq, ilahiyyatçı, dini və ictimai xadim. Dini, siyasi və pedaqoji mövzularda yazdığı çoxsaylı əsərlər ilə cədidçilik hərəkatının tərəfdarı olmuş və nəşr etdiyi "Şura" jurnalı ilə Rusiya imperiyasındakı müsəlmanlar üçün siyasi müzakirə üçün əhəmiyyətli bir orqana çevirmişdir. Rizaəddin bin Fəxrəddin Samara quberniyasının Kiçüçat kəndində molla ailəsində anadan olub. O, atasının rəhbərlik etdiyi kənddə məktəbdə, daha sonra yaxınlıqdakı Şelçeli kəndindəki mədrəsədə oxuyub. 30 yaşında molla olub və İlbek kəndindəki mədrəsəyə rəhbərlik edib. 1891-ci ildə qazı seçildi, yəni Rusiyada müsəlmanlar üçün dini idarəetməyə üzv oldu. Bu səbəbdən geniş dini fəaliyyətini göstərə biləcəyi Ufada məkanına köçdü. 1905-ci il Birinci rus inqilabı zamanı, o, Müftilər yığıncağında geniş bir islahat proqramı təqdim etdi. Bu proqram digər məsələlərlə yanaşı idarəçiliyin Qazaxıstan müsəlmanları üzərindəki məsuliyyətinin uzadılmasını da əhatə etmişdir.
Rize
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Rizokarpason
Dipkarpaz (yun. Ριζοκάρπασο / Rizokarpazo) ― Şimali Kipr Türk Respublikasında, Karpaz yarımadasında yerləşən kiçik şəhər. De jure olaraq Kipr Respublikasının Flamaqusta rayonunda, de fakto olaraq Şimali Kipr Türk Respublikasının İskələ rayonundadır. Əhalisinin böyük hissəsini türklər təşkil etsə də az sayıda yunan da yaşayır. 2011-ci ilin siyahıalmasına əsasən əhalisi 2.349 nəfərdir. Dipkarpazda yunanların tez-tez ziyarət etdikləri Apostopolos Andreas monastırı yerləşir. Finikiyalıların burada yaşadığı dövrdə — IV əsrdə tikilmiş kilsə yerli əhalini xristiyanlaşdıran Müqəddəs Filonun adını daşıyır. Əslində kilsə Roma və Yunan dövründən qalma xarabalıqlar üzərində tikilmişdir. Hazırda da fəaliyyət göstərən ortodoks monastırıdır. Əsası 15-ci ildə kiçik kilsə şəklində qoyulmuşdur.
Rizomastiqida
Rizomastiqida (lat. Rhizomastigida) — İbtidailərin eukariotlar üst tipinə daxil olan dəstədir. Bir, iki və ya bir neçə qamçısı olan rəngsiz qamçılılardır. Ölçüsü 5–120 mkm arasında dəyişir. Rizomastiqidlər özlərində sarkodinlərin və qamçılıların əlamətlərini birləşdirirlər; yəni həm qamçıları var, həm də psevdopodiya əmələ gətirirlər. Nüvəsi birdir, bədənin ön ucunda yerləşir. Yığılıb-açılan vakuol daha çox bədənin arxa ucunda yerləşir. Həm üzən, həm də sürünən formaları vardır. Hər yerdə: şirin və duzlu sularda, torpaqda yayılıb. Azərbaycanda Rhizomastigidae və Cercobodanidae fəsilələrinə daxil olan Mastigamoeba cercobodo cinslərinin nümayəndələri məlumdur..
Rizosfer
Rizosfer - bilavasitə bitki köklərinə yapışmış və yüksək miqdarda mikroorqanizmlərə malik olan qatı (2-3 mm). Rizosferin mikroflorasının tərkibi torpaq tipindən, bitkinin növü və yaşından asılıdır. Onlar torpaqda bitki tərəfindən çətin mənimsənilən birləşmələəri asan mənimsənilən hala çevirir Bioloji aktiv maddələrin sintez edir, bitkilərlə simbioza girir, toksinlər ayırır, denitrifikasitada iştirak edir və s. Rizosfer nedir?
Rizul
Rizul (fr. Risoul, oks. Risós) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. INSEE kodu — 05045. 2008-ci ildə əhalinin sayı 649 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 459 nəfər (15-64 yaş) arasında 338 nəfər iqtisadi fəal, 121 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə 71.3%). 338 aktiv adamdan 330 nəfəri (178 kişi və 152 qadın), 8 nəfəri işsizdir (4 kişi və 4 qadın). Fəal olmayan 121 nəfər arasında şagird və ya tələbə, 51 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə hərəkətsizdir.

Digər lüğətlərdə