RUBƏRU

zərf [ fars. ] Üz-üzə, üzbəüz. Rubəru oturmaq. Rubəru dayanmaq.
– Mirzə Rəhim ağa Böyükxanımın sözlərini eşidəndən sonra bir az da yaxınlaşıb rubəru əyləşmişdi. M.S.Ordubadi.
[Rəşid:] İnanmayıram ki, bu iki ay qurtarsın və səninlə rubəru söhbət etmək bir daha mənə nəsib olsun. İ.Musabəyov.

□ Rubəru olmaq – bax üzgöz olmaq (“üz-göz”də).

Sinonimlər (yaxın mənalı sözlər)

  • RUBƏRU rubəru bax qabaq-qabağa, üzbəüz
RUBA
RUH

Digər lüğətlərdə