SÜRÜLMƏK₁

məch.
1. Qovulmaq, aparılmaq. Naxır fermaya sürüldü.
2. Sürgün edilmək. [Hacı Nuru şair Səfər bəyə:] Axırda nadinc adam qələminə getdin.
Üç il divana düşdün, üç il sürgünə sürüldün, gözəl ömrün keçdi. M.F.Axundzadə.
[Kətxuda:] Bir-iki adam gərək bu kənddən sürülə, özü də sizin məhəllədən. N.Nərimanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜRÜLMƏK qovulmaq — köçürülmək — göndərilmək
  • SÜRÜLMƏK şumlanmaq — əkilmək
SÜRÜLMƏK₂
SÜRÜMƏ

Digər lüğətlərdə