SƏFEH

sif. [ ər. ]
1. Gic, ağıldan kəm, axmaq, sarsaq. Səfeh adam. Səfeh iş.
[Hacı Mehdi:] Səfeh şeydir, gündə biri gəlir, çığırırbağırır, gedir. Ə.Haqverdiyev.

// İs. mənasında.
O ki Səfdərqulu ağanın oğludur, o da səfehin birisidir; veyil-veyil gəzməkdən savayı bir işi yoxdur. N.Vəzirov.

// Zərf mənasında. Səfeh danışmaq. Səfeh iş görmək.
2. Vecsiz, mənasız, boş, yaramaz. Səfeh hərəkət. Səfeh söhbətlər.
// Bəzən söyüş kimi işlənir.
Nə eyib olacaq, səfeh, sənə deyirəm ki, olmaz da! E.Sultanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏFEH SƏFEH [Mirzə Ələsgər:] O ki Səftərqulu ağanın oğludur, o da səfehin birisidir (N.Vəzirov); AĞILDAN KASIB Eh, ay oğul, sən də məndən beşbetər ağıldan k
  • SƏFEH sarsaq — axmaq — gic — başıboş — yelbeyin

Antonimlər (əks mənalı sözlər)

  • SƏFEH SƏFEH – ANLAQLI Sən niyə belə səfeh sözlər danışırsan? (Ə.Haqverdiyev); Əsgər bəy, mən səni bir anlaqlı adam bilirdim (Ə
SƏFBƏSƏF
SƏFEHCƏ
OBASTAN VİKİ
Səfeh
Səfeh və ya idiot — ağıl çatışmazlığından əziyyət çəkən insan. Səfeh — Vitebskdə çıxan ədəbi-publisistik jurnal. İdiot — Fyodr Dostoyevskinin romanı. == Filmlər == Dostoyevskinin romanı əsasında çəkilmiş filmlər İdiot — Pyotr Çardıninin filmi. İdiot — Jorj Lampenin filmi. İdiot — Akira Kurosavanın filmi. İdiot — İvan Pıryevin filmi. İdiot — Alan Bricesin teleserialı. İdiot — Aleksandra Remizovanın televiziya tamaşası. Dəlisov sevgi — Anje Julavskinin filmi.

Digər lüğətlərdə