SADƏTDİN
SADIQ
OBASTAN VİKİ
Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov
Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov
Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov (1855, Tuğ kəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası-?) — dövlət qulluqçusu, kollec katibi mülki çinini daşıyırdı, mülkədar, xeyriyyəçi, maarifçi. == Həyatı == Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov — (1855 - ?) Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanov ailəsindəndir. Qarabağda və Zəngəzur mahalında nüfuzlu şəxs olub. İlk təhsilini kənd mollaxanasında almışdı. Sonra rus-müsəlman məktəbində təhsilini davam etdirmişdi. == Fəaliyyəti == ● 1883-cü ildə (bəzi mənbələrdə 1885-ci il göstərilir) qardaşı Mehdi bəy Məlik-Aslanov ilə birlikdə o dövr üçün müasir hesab edilən Rus-Avropa tipli Tuğ kəndində məktəbi yaradıb açılar. Həmin məktəb Sadıx bəyin evində yerləşirdi və binanın girəcəyində daş lövhənin üzərində "1883 год" ("1883 il") yazısı var idi. Təəssüf ki, işğal zamanı bu ev tamamilə dağıdılıb. Məktəbin fəaliyyəti nəinki Qarabağda, hətta bütünlüklə Azərbaycanda maarifin inkişafına təkan verir. Məlik-Aslanov qardaşları məktəbinin kasıb şagirdlərinə tədris vəsaiti və maddi vəsaitlə kömək göstərirdilər.
Altay Sadıxzadə
Altay Oqtay oğlu Sadıqzadə (d. 27 aprel 1951, Bakı) — Azərbaycan rəssamı, Bakı Müasir İncəsənət Muzeyinin dizayneri, Azərbaycanın avanqard hərəkatının aparıcı nümayəndələrindən biri, SSRİ Rəssamlar İttifaqının üzvü (1979). == Həyatı == Altay Sadıqzadə 27 aprel 1951-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildən Ə.Əzimzadə adına rəssamlıq məktəbində, 1977-ci ildən isə İ.Surikov adına Rəssamlıq İnstitutunda təhsil almışdır. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Rəssamın ilk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir. Rəssamın yaradıcılığının primitiv görünməsinə baxmayaraq, əsərləri akvarellə işlənmiş, maddi ağırlıqdan məhrum, ruhlandırılmış və parlaq koloritlə zəngindir. Bununla boya ilə işlənmiş formalar, öz-özünə kompozisiyaya həkk olunmuş rəngarəng yazılar təəssüratını oyadır. Rəssam əsərlərində qrotestlik xas olan obyektlərini təsvir edərkən onları ümumiləşdirir. Altay Sadıqzadənin əsərlərinə dinamika, bədii ifadənin emosional gücü, parlaq kolorit, ritm, kontrast xasdır.
Cəlil Sadıxov
Cəlil Sadıxov (?-?) — Azərbaycanın Ukraynada ilk səfiri. == Həyatı == Cəlil Sadıxov Azərbaycanın Ukraynada ilk diplomatik nümayəndəsi olmuş, 10 oktyabr 1918-ci il tarixində Kiyevdə yaradılmış Azərbaycanın Ukraynada komissarlığına rəhbərlik etmişdir. Komissarlıq Kiyev şəhəri Provorovska küçəsi 15 ünvanında fəaliyyət göstərmişdir. Cəlil Sadıxovun köməkçisi Yusif Salehov, katib Mir Cəlal Mirtağıyev və diplomatik kuryer Məmməd Tağı Sultanov 1910-cu illərdə Müqəddəs Vladimir adına İmperator Universitetinin (hazırda Taras Şevçenko adına Kiyev Milli Universiteti) tibb fakültəsində təhsil almışlar. Diplomatik nümayəndəliyin ikinci katibi Cahangir Həmzəyev 1910–1914-cü illərdə Müqəddəs Vladimir Universitetinin hüquq fakültəsində təhsil almış və sonra Kiyevdə qalmışdır.
Emin Sadıxov
Emil Nəsirli (doğum adı: Əli İldırım oğlu Məmişov; 1905, Bakı – 1975, Bakı) — nasir, publisist, == Həyatı == Əli İldırımoğlu (Məmişov) 1927-ci il noyabr ayının 17-də hazırkı Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olmuşdur. Burada orta məktəbin VIII sinifdə oxuyarkən 1941–1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi başlanmışdı. VIII–IX siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatmış oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırmışdı. Məktəbin direktorluğu onun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədrisi davam etdirdilən X sinfə keçirilmişdi. Beləliklə, Əli İldırımoğlu VIII sinfi başa vurub, IX sinifdə oxumadan, birbaşa X sinfə keçmiş və həmin orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. === Əmək fəaliyyəti === Müharibənin gedişi ilə əlaqədar olaraq, kəndlərdə müəllim qıtlığı yaranmışdı. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilmişdir. Həmin kursu bitirdikdən sonra 1941–1942-ci dərs ilində ilk dəfə olaraq Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymur Musganlı yeddiillik məktəblərində müəllim işləmişdir. Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946–1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirmişdir.
Firuz Sadıxzadə
Kamil Sadıxov
Kamil İsmayıl oğlu Sadıxov (27 fevral 1927, Vladiqafqaz, Şimali Qafqaz diyarı[d] – 8 iyul 2016, Bakı) — Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü(2001). == Həyatı == Sadıxov Kamil İsmayıl oğlu 1927-ci il 27 fevral SSRİ, Şimali Osetiya MR Orcenikidze şəhərində anadan olub. O, Azərbaycan kimyaçısı və texnoloqdur, əslən Azərbaycanlıdır. 1934-cü ildə Bakı şəhərindəki 13 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1940-cı ildə həmin məktəbdə 7 illik təhsili bitirdikdən sonra 1941–1944-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsində ali təhsil almışdır. Hələ beşinci kursda oxuyarkən keçmiş V. V.kuybışev adına AETNEİ-də (indiki Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu) laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. Universiteti bitirdikdən sonra həmin institutda mühəndis vəzifəsində işləmiş və 1953–1956-cı illərdə aspiranturada oxumuşdur. 1956-cı ildə "Avtotraktor yağlarına silfonat aşqarların sintezi və tədqiqi" namizədlik və 1967-ci ildə "Avtotraktor yağları üçün yuyucu və oksidləşməyə qarşı aşqaerların sintezi, texnologiyaların işlənməsi və sənayedə tətbiqi sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Texnika üzrə elmlər doktoru , professor, Azərbaycan MEA-nın həqiqi üzvü K. Sadıxov neft kimyası sahəsində görkəmli alimlərdən biri olub, keçmiş Sovetlər İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut — Aşqarlar Kimyası İnstitutunun əsasını qoyanlardandır. Akademik K. İ. Sadıxov şərəfli yaradıcılıq yolu keçərək, sıravi laborantdan görkəmli alim səviyyəsinə kimi yüksəlmişdir.
Kazım Sadıxzadə
Kazım Sadıxzadə (23 aprel 1942, Təbriz – 2023) — əslən azərbaycanlı, tibbin analitik filosofu. Tibbi və fəlsəfəni Münhen, Berlin və Gettingen universitetlərində 1967-1971-ci illərdə öyrənib. Myunster universitetində 1982-2004-cü illərdə tibbi fəlsəfə professoru olub.
Mirzə Sadıxov
Mirzə Sadıxov (1896 – 1970) — Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki (1958). SSRİ dövlət mükafatı laureatı. == Həyatı == Mirzə Hüseyn oğlu Sadıxov 1896-cı ildə Yelizavetpol quberniyasının Miskinli kəndində kasıb ailədə anadan olub. İlk təhsilini Miskinli kəndində alan Mirzə Sadıxov 1913-cü ildən Simens qardaşlarına məxsus misəritmə zavodunda fəhlə işləyib. 1920-ci ildən 1923-cü ilədək siyasi işlərdə çalışan Mirzə Sadıxov 1923-cü ildə Bakıdakı Politexnik İnstitutuna daxil olub, 1927-ci ildə ali təhsil alıb. O, 1970-ci ilin fevralında qəflətən vəfat etdi. Doğma yurduna, elinə, obasına qəlbən bağlı olan görkəmli alim hər il məzuniyyətini doğma kəndində — Soyuqbulaqda (keçmiş Komintern) keçirər, sadə xalq arasinda olmaqdan həzz alar, kəndlilərlə unsiyyətdən doymazdı. Sonuncu dəfə 1996-cı ildə doğma vətəni Gədəbəydə görkəmli alimin 100 illik yubileyi təntənəylə qeyd olundu. Mirzə Sadıxovun tələbələri olmuş kəndimizin professorları Müseyyib Əliyev və İsmayıl Sadıqov da etiraf edirlər ki, onların alim kimi yetişməsində Mirzə Sadıxovun böyük zəhməti olub. Soyuqbulaqdakı dəyirman və hamam onun göstərişi və yaxından köməyi ilə inşa edilib.
Məhluqə Sadıxova
Məhluqə Ələsgər qızı Sadıqova (28 aprel 1917, Şuşa – 15 avqust 2003, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib.
Nüşabə Sadıxlı
Sadıxlı Nüşabə Ağabala qızı — filologiya üzrə fəlsəfə doktoru, Müsavat Partiyası Məclisinin sədri. == Həyatı == Nüşabə Sadıxlı 1949-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri 190 N-li məktəbdə alıb. 1972-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 1984-cü ildə həmin fakültənin aspiranturasının əyani şöbəsini bitirib. 1972-ci ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində çalışır. Fəaliyyəti dövründə fakültə elmi şurasının üzvü olub və universitetin elmi, ictimai həyatında yaxından iştirak edib. Bu fəaliyyətinə görə BDU-nun rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Dünya ədəbiyyatı kafedrasının dosentidir. Dünya ədəbiyyatı fənnini Filologiya və Jurnalistika fakültələrində tədris edir. 1984-cü ildə "Azərbaycan-Bolqarıstan ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
Nəcməddin Sadıxov
Nəcməddin Hüseyn oğlu Sadıkov və ya Sadıqov (24 may 1956, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik (2005). == Həyatı == Nəcməddin Hüseyn oğlu Sadıkov 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Ailəlidir, 3 övladı var. == Təhsili == 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini "Qızıl medalla" bitirib; 1988-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirib; 1991-ci ildə Sovet İttifaqı Marşalı B. M. Şapoşnikov adına "Vıstrel" ("Atəş") Ali Zabit Hazırlığı kursunu bitirib; == Fəaliyyəti == 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib; 1 fevral 1992-ci ildə Azərbaycan Ordusuna gəlmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib; Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb; Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib; Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası və hərbi doktrinası ilə bağlı sənədlər hazırlayan və Milli Təhlükəsizlik Siyasəti Komissiyasının üzvü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 858 nömrəli Sərəncamı ilə N. Sadıkov general-polkovnik rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin iyulunda Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması iddiası barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb. 2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi zamanı adı Müdafiə Nazirliyinin rəsmi saytının struktur bölməsindən çıxarılıb. 2021-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.
Rahid Sadıxov
Rahid Sadıxov (13 fevral 2001, Saratov – 28 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahid Sadıxov 13 fevral 2001-ci il ildə Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Azərbaycana, Sumqayıt şəhərinin Saray qəsəbəsinə köçüb. 2007–2016-cı illərdə Saray qəsəbəsinin M. Ələkbərov adına 1 nömrəli tam orta məktəbində təhsil alıb. Təhsilini 9-cu sinifə kimi bu məktəbdə davam etdirib. Daha sonra Maştağa qəsəbəsində yerləşən Cümə Məscidinin mədrəsəsinə daxil olub və iki il dini dərslər alıb. Orta ümumi təhsilinin son 6 ayını Cəlilabad rayonunda tamamlayıb. == Hərbi xidməti == 2019-cu il aprel ayının 1-də Masallı Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra Goranboy rayonu və Tərtər rayonlarında hərbi xidmətdə olub. 28 sentyabr 2020-ci il tarixində Suqovusan və Talış kəndi ətrafında gedən döyüşlərdə şəhid olub.
Rövşən Sadıxov
Sadıxov Rövşən Oqtay oğlu — Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini. == Həyatı == Rövşən Sadıxov 26 iyun 1960-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 62 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Heydər Əliyevin göndərişi ilə 1977-ci ildə S. Orconikidze adına Moskva İdarəetmə İnstitutuna daxil olmuşdur. 1982-ci ildə həmin institutu bitirmişdir. 1996-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1999-cu ildə həmin universiteti bitirmişdir. 1982-ci ilin noyabr ayından 1986-cı ilin fevral ayına kimi Azərbaycan Sənayetikinti Nazirliyi "Sənayetikintimexanizasiya" trestinin 1 saylı Xüsusiləşdirilmiş Mexanizasiya İdarəsində usta, iş icraçısı vəzifələrində çalışmış. 1986–1994-cü illərdə 1 saylı Xüsusiləşdirilmiş Mexanizasiya İdarəsinin Həmkarlar İttifaqı komitəsinin sədri, "Azərtəmirtikintiməişət" trestinin Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan Respublikası Tikinti Materialları Sənayesi nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində işləmişdir. 1994–2000-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində, Kassa Aparatlarının Nəzarəti və Tətbiqi şöbəsinin rəisi, İnzibati və Maliyyə Təminatı İdarəsinin rəis müavini, sonradan isə Nağd Hesablaşmaların Aparılması Qaydalarına Nəzarət İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
Rəhim Sadıxov
Rəhim Sadıxov (18 iyul 1996, Moskva) — Azərbaycan futbolçusu. == Karyera == Moskva "Spartak"ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində paytaxtın "Solyaris" (16 oyun) və "Torpedo" (71 oyun, 23 qol) klublarında çıxış edib.
Teymur Sadıxov
Teymur Sadıqov — NASA-da çalışmış azərbaycanlı mütəxəssis, gənc alim. == Həyatı == Teymur Sadıqov 1987-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.İstanbul Texniki Universitetində Aviasiya və Kosmik Elmlər fakültəsininin Aviasiya mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsində təhsil almışdır. O, 2008-ci ildə İstanbul Texniki Universitetindən Aviasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə universitet birincisi olaraq məzun olmuş və universitetin 1773-cü ildə qurulmasından etibarən 4.00 üzərindən 4.00 ortalama qiymətlə məzun olan ilk tələbə olaraq tarixə keçmişdir. Teymur Sadıqov dünyanın aerokosmik tədqiqatlar mərkəzi hesab olunan NASA-da elmi tədqiqatla məşğul olan ilk və yeganə azərbaycanlıdır. O, hazırda NASA-nın Reaktiv hərəkət laboratoriyasıda Robotik sistemlərin qiymətləndirilməsi, qərar və nəzarət qrupunda elmi tədqiqatçı, Mars planetində olan Curiosity Rover-in avtonom idarə olunması, eləcə də JPL yüksək mobilli çoxməqsədli təkərli nəqliyyat vasitəsinin avtonom, insansız idarə olunması layihələrinin iştirakçısıdır. İstanbul Texniki Universitetində Aviasiya və Kosmik elmlər fakültəsinin Aviasiya mühəndisliyi ixtisası üzrə təhsil alan Teymur Sadıqov hələ tələbə ikən dik və qısa məsafədə havaya qalxan və enən nəqliyyat vasitələrinin simulyasiyası və nəzarəti ilə bağlı elmi araşdırmalar aparıb. Bundan başqa o, yanacaq hüceyrəsi ilə çalışan yarış avtomobilinin manual nəzarətdən avtonom idarəetməyə keçirilməsi üzərində işləyib. 2008-ci ildə Kaliforniya Universitetinin San-Diyeqo kampusunda Mexanika və Aerokosmik Mühəndislik Fakültəsində "Powell" fondu təqaüdçüsü olaraq elmi təhsilə başlayan Dr. Sadıqov çoxrobotlu sistemlərin kooperativ və paylaşımlı nəzarəti üçün alqoritmlər üzrə elmi tədqiqat aparıb.
Vaqif Sadıxov
Vaqif Sadıqov və ya Vaqif Sadıxov; Vaqif Sadıqov (məşqçi) — azərbaycanlı futbol mütəxəssisi. Vaqif Sadıqov (diplomat) — Azərbaycan diplomatı, Azərbaycanın Belçikada fövqəladə və səlahiyyətli səfiri. Vaqif Sadıxov (cazmen) — Azərbaycan cazmeni.
Vaqif Sadıxov (cazmen)
Vaqif Sadıxov (6 iyun 1946, Bakı) — Azərbaycanlı cazçı. == Həyatı == 1946-cı il iyun ayının 6-da Bakı şəhərində anadan olub. Hələ Bülbül adına məktəbdə təhsil alarkən, Vaqif Sadıxovu ona görə vunderkind adlandırırdılar ki, o, çox çətin əsərləri öz yaşına uyğun olmayan bacarıq və asanlıqla ifa edir və musiqini mütləq qavrama qabiliyyətinə malik idi, və eləcə də onun çox gözəl xarici görünüşü bu ada layiq idi. Ağ sifətli, toppuş, tamamilə ev uşağı, saçının səliqə ilə daranması buna sübut idi. Vaqifin atası — məşhur həkim, oğlunun nailiyyətlərinə hədsiz sevinir və oğlunu babası, məşhur tar ifaçısı Sadıxcanın davamçısı kimi görürdü. Lakin Vaqifin əmisi oğlu, caz həvəskarının maqnitofon kasetini qulaq asmaq üçün gətirməsi ilə hər şey dəyişdi. Oskar Piterson… Mən onun musiqisini eşidəndə başım gicəlləndi, və sonralar mən özümü onsuz təsəvvür etmirdim. Vaqif məktəbdə simfo-caz təşkil edir və bununla da atasını məyus edir. O konservatoriyada oxuyarkən cazı ifa edirdi. Ümumiyyətlə, Vaqif haqqında "konservatoriyada oxuyarkən" ifadəsi o qədər də düzgün olmazdı, belə tələbə Vaqifə qədər və ondan sonra da olmamışdır.
Xaqani Sadıxov
Xaqani Sadıxov (10 aprel 2000-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Qarabağ-2 klubunda hücumçu kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Xəzər Lənkəran === Sadıxov Xəzər Lənkəran akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 11 may 2016-cı ildə İnter Bakı klubuna qarşı oyunda etmişdir. O, 87-ci dəqiqədə Orxan Səfiyaroğlunu əvəz etmişdir. Azərbaycan Premyer Liqası görüşündə Xəzər Lənkəran rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. === Qarabağ === Sadıxov 2017-ci ilin iyul ayında Qarabağ klubu ilə müqavilə imzalamışdır. O, Qarabağ-2 klubu ilə debütünü 27 avqust 2018-ci ildə Turan Tovuz klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Nicat Süleymanovu əvəz etmiş və 67-ci dəqiqə qolla yadda qalmışdır. Azərbaycan Birinci Liqası görüşündə Qarabağ-2 rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 28 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Yusif Sadıxov
Sadıxov Yusif Mədət oğlu (1918, Tovuz rayonu – 11 iyun 1971, Tovuz) — Sovet İttifaqı Qəhrəmanı (31 may 1945). == Həyatı == 1918-ci ildə Tovuz rayonunun Ağdam kəndində anadan olmuşdur. 18 fevral 1942-ci ildə müharibəyə səfərbər olunmuşdur. Starşina rütbəsi ilə 1-ci tank ordusunun 19-cu mexanikləşdirilmiş briqadanın artilleriyası dəstəsinin komandiri olmuşdur. Moskva şəhərinin müdafiəsində, Ukrayna və Belorusiyanın azad edilməsində iştirak etmişdir. 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyası üzvülüyünə qəbul edilmişdir. Berlinə hücumda, Reyxstaqın alınmasında iştirak etmişdir. Berlin şəhərinin alınması uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 31 may 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" və "Qızıl Ulduz" (№ 7071) ordenləri ilə təltif edilmişdir. Müharibədən sonra Tovuz şəhərində "Netbaza"nın direktoru vəzifəsində çalışmışdır.
Zemfira Sadıxova
Zemfira Emin qızı Sadıxova (17 iyun 1939, Bakı) — Azərbaycanın kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == Zemfira Sadıxova 17 iyun 1939-cu ildə Bakıda anadan olub. O, 1961–1965-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Zemfira Sadıxova 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. O, bu kinostudiyanın nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmış və burada 30-dan çox filmdə rollar yaratmışdır. Aktyor Yusif Vəliyevin həyat yoldaşı olmuşdur. == Mükafatları == "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1 avqust 2007 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31 iyul 2019 == Filmoqrafiya == İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film) (rol: tibb bacısı) Torpaq. Dəniz. Od. Səma (film, 1967) (tammetrajlı bədii film) (rol: Fatma) Dəli Kür (film, 1969) (tammetrajlı bədii film) (rol: Mələk) Noktürn (film, 1970) (rol: Rəna) Gecə söhbəti (film, 1971) (qısametrajlı sənədli-bədii film) (rol: ana) Ulduzlar sönmür (film, 1971) (tammetrajlı bədii film) (rol: Firuzə) Xatirələr sahili (film, 1972) (tammetrajlı bədii film) (rol: Əminə) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) (rol: Haşımın arvadı) Dörd bazar günü (film, 1975) (tammetrajlı bədii film) (rol: Sevda) Tütək səsi (film, 1975) (tammetrajlı bədii film) (rol: Xədicə) Çətirimiz buludlardır (film, 1976) (tammetrajlı bədii film) (rol: Firəngiz bacı) Dünən, bu gün, sabah (film, 1977) (rol: Dolores) Şir evdən getdi (film, 1977) (tammetrajlı bədii film) (rol: şəhər sakini) Üzü küləyə (film, 1977) (tammetrajlı bədii film) (rol: Nazlı xanım) Vulkana doğru (film, 1977) (üçseriyalı bədii film) (rol: Nisə) Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film) (rol: Anaxanım) Evin kişisi (film, 1978) (tammetrajlı bədii film) (rol: ana) Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film) (rol: Nərimanın anası) Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) (rol: Eyvazın arvadı) Anlamaq istəyirəm (film, 1980) (tammetrajlı bədii film) (rol: Fəridə) İşgüzar səfər (film, 1982) (tammetrajlı bədii film) (rol: Gülsüm) Asif, Vasif, Ağasif (film, 1983) (tammetrajlı bədii film) (rol: bağça müdirəsi) Evlənmək istəyirəm (film, 1983) (tammetrajlı bədii film) (rol: Gülsümün anası) Park (film, 1983) (tammetrajlı bədii film) (rol: katibə) Qara gölün cəngavərləri (film, 1984) (tammetrajlı bədii film) (rol: Fatma) Arşınmalçı (film, 1985) Bağ mövsümü (film, 1985) (tammetrajlı bədii film) (rol: Ağabacı) Yataqda siqaret çəkməyin (film, 1986) (qısametrajlı sənədli-bədii film) Don Kixot (film, 1988) (tammetrajlı bədii film) (rol: Qulluqçu) Qətl günü (film, 1990) (tammetrajlı bədii film) (rol: Zəminə) Tələ (film, 1990) (tammetrajlı bədii film) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) (rol: hakim) Girişmə, öldürər!
Çingiz Sadıxov
Çingiz Hacı oğlu Sadıqov (5 aprel 1929, Bakı – 30 dekabr 2017, San-Fransisko, Kaliforniya) — pianoçu, Azərbaycan SSR xalq artisti (1987), Bakı Musiqi Akademiyasının professoru (1991–1994) == Həyatı == Cingiz Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olmuşdur. İlk təhsilini 1939–1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almışdır. 1939–1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində (X), 1951–1953-cü illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır. 1953–1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971–1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981–1990-cı illərdə "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, 1973–1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, 1983–1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991–1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərmişdir. Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət etmişdir. 1994-cü ildən ABŞ-də San-Fransisko şəhərində yaşayırdı. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunmuşdur. Azərbaycanın tanınmış musiqicisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıqova təbrik məktubu göndərmişdir. Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 30 dekabr 2017-ci ildə Amerikada vəfat etmişdir. == Mükafatları == "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 dekabr 1987 "Şöhrət" ordeni — 28 oktyabr 2009 == Filmoqrafiya == Onu bağışlamaq olarmı?
Şəmistan Sadıxov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Əliövsət Sadıxov
Əliövsət Şirəli oğlu Sadıqov (21 dekabr 1906 – 17 noyabr 1970) — 2 dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş muğam operalarında baş rolların mahir ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1943) və xalq artisti (1956). == Həyatı == 21 dekabr 1906-cı ildə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əliövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur. Əliövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir. Yaradıcılıq nailiyyətlərinə görə Əliövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb. 17 noyabr 1970-ci ildə Bakıda vəfat edən Əliövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub.
Əvəz Sadıxov
Əvəz Şiri oğlu Sadıxov (18 avqust 1942, Blaband, Lerik rayonu – 9 noyabr 1999, Bakı) — talış əsilli Azərbaycan dilçi-alimi, professor, "Tolışi sədo" qəzetinin ilk redaktoru. Əvəz Sadıxov talış xalqına verdiyi ciddi töhfələrlə tanınır. == Həyatı == Talış dilçi-alimi, professor Əvəz Sadıxov 1942-ci ildə Lerik rayonunun Bilaband kəndində anadan olub. Əvəz Sadıxov uzun müddət Elmlər Akademiyasının Dilçilik İnstitutunda çalışıb. Talış və Azərbaycan dillərindən əlavə olaraq ərəb və fars dillərini bilib. Müasir dövrdə talış dilinin qrammatikasını tərtib edən ilk şəxs olan Əvəz Sadıxov, eyni zamanda "Tolışi sədo" qəzetinin ilk redaktoru olub. Universitetə imtahan verərkən onun bildiyi talış dili haqqında qrammatika kitabı olmadığından dil biliyi kimi qəbul olunmayıb. Əvəz Sadıxov bu dilin qrammatikasının olduğunu və bu qrammatikanı beynində daşığıdığını söyləsə də, Talış dilində qrammatika kitabı olmadığı təkrar xatırlanaraq onun istəyi qəbul olunmayıb. O, uzun müddət bu haqsızlığı aradan qaldırmaq üçün çalışmış, tələbəlik illərində tərtib etdiyi talış dilinin qrammatikasını çap etməyə çalışsa da, bəzən siyasi, bəzən isə maddi səbəblərdən bu baş tutmayıb, onun yazıları uzun zaman əlyazma şəklində qalıb. Əvəz Sadıxov rəhmətə getdikdən sonra onun əlyazmaları kitab şəklinə salınaraq çap edilib.
Zülfi Sadıxov
Zülfi Kazım oğlu Sadıxov (1942, Qarabulaq, Gədəbəy rayonu – 25 mart 2023, Sumqayıt) — Azərbaycanın istehsalatçı-kimyaçısı, Azərbaycanın Əməkdar mühəndisi, Respublika Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü. == Həyatı == Zülfi Sadıxov 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində anadan olub. Orta təhsilini 1959-cu ildə Miskinli kəndində orta məktəbi bitirib. 1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Sumqayıt Sintetik Kauçuk zavodunda əmək failiyyətinə başlasada sonralar Sumqayıt "Kimyasənaye" İB-də əmək failiyyətini davam etdirib. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) axşam şöbəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almışdır. Daha sonra Moskva İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 25 mart 2023-cü ildə vəfat etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Sumqayıt "Kimyasənaye" İstehsalat Birliyində çalışmışdır. 1980-ci ildə Zülfü Sadıxovun rəhbərlik etdiyi sulfanol istehsalatında iki aydan artıq davam edən geniş həcmli rekonstruksiya işlərinə başlanılmışdı. İstehsalatın gücünün artırılmasının nəticəsi olaraq müəssisədə həmin il çox böyük iqtisadi gəlir əldə edilməsinə nail olunmuşdu.