SALİH

xeyirxah, yaxşılıq edən, saf əxlaqlı.
SALİFƏ
SALİHƏ
OBASTAN VİKİ
Bərhəm Salih
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Salih (Avurğazı)
Salih (başq. Сәлих, rus. Салихово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Türümbət kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (Türümbət): 2 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 22 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (90%) üstünlük təşkil edir.
Salih Bozok
Saleh Bozok (1881, Saloniki – 25 aprel 1941, İstanbul), Türk hərbçisi və siyasətçi. Mustafa Kamal Atatürkün uşaqlıq dostu idi və daha sonra yavəri oldu. Atatürkün ən yaxın adamı olaraq bilinir. Mustafa Kamal Atatürkün Selanikdən qonşusu və məktəb yoldaşı, eyni zamanda yaşda bir dostu idi. Hərbi məktəbi eyni ildə bitirdilər. Mustafa Kamal Hərbi Akademiyanı oxuyaraq kurmay oldu, Salih Bozok isə jandarma sinfini seçddi. Mustafa Kamal Paşa, "Baş Müvəffəq" olaraq vəzifəsinə Salih Bəy adlı "Milli Mübarizəni" təşkil etmək üçün Anadoluya hərəkət etmədən öncə Suriya cəbhəsində olarkən Salih Bozoku baş yavəri təyin etdi. Mustafa Kamal Paşa məclis başçısı olarkən Məclis başqanlığı yavəri oldu və sonra Atatürk prezident seçildikdən sonra da prezidentin yavəri vəzifəsini icra etdi. Polkovnik-leytenant rütbəsində istefa verdikdən sonra TBMM-nin 2-ci (Yozgat, Bozok) dövründə millət vəkili seçildikdən sonra da Mustafa Kamalın yanında idi. 4 dövr qədər Yozgat və daha sonra Bilecikdən millət vəkilli seçildi.
Salih Omurtak
Salih Omurtak (1889, Selanik - 23 iyun 1954, Ankara ) Türk əsgəri. Türk Silahlı Qüvvələrinin 4. Baş Qərargah rəisidir . Salih Omurtak 1889-cu ildə Salonikidə anadan olmuşdur. 1907-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin il daxil olduğu Hərbi Akademiyanı 1910-cu ildə bitirdi və Kadr oldu. Birinci Dünya müharibəsinin başlaması ilə, Azərbaycanı və Şimali Qafqazı xilas edəcək II. Qüvvəyi-Səfəri kadrlarında xidmət etdi. 1920-ci ilə qədər müxtəlif qərargahlarda və bölmələrdə xidmət etmişdir. 22 yanvar 1920-ci ildə vəzifə yerinə yetirdiyi Ankarada qalaraq Milli Orduya qatıldı. Türk Qurtuluş Müharibəsi dövründə Baş Qərargah Əməliyyatlar Şöbə Müdiri vəzifəsində çalışmış və Qazi Mustafa Kamal Atatürkün qərargahında olmuşdur.
Salih Salihov
Salih Salihov — tibb elmləri doktoru, professor, Yəmən Krallığının həkim-terapevti (1960). Salih Salihov 1909-cu ildə Ağdaş rayonunda anadan olub. 1922-ci ildə Bakıya gələrək fəhlə fakültəsinə qəbul olmuş və pedaqoji təmayüllü orta təhsil almışdır. 1933-cü ildə ali pedaqoji təhsil alan S Salihov bir müddət orta məktəb və texnikumlarda fizika-riyaziyyat fənləri üzrə müəllimlik etmişdir. Lakin təbabət elminə olan böyük həvəs onu 1939-cu ildə N. Nərimoanov adına Azərbaycan Tibb İnstitutuna gətrimişdir. 1943-cü ildə müalicə-profilaktika sahəsini bitirən S. Salihov institutda saxlanmışdır. S.Salihov 1950-ci illərdə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun Azərbaycan kurortlarının öyrənilməsində mühüm xidmətləri vardır. O, 100-dən artıq elmi məqalənin və üç monoqrafiyanın müəllifi olmuşdur. S.Salihov 1976-cı ildə vəfat etmişdir.
Salih Uçan
Salih Uçan (6 yanvar 1994, Marmaris, Muğla ili) bir türk futbolçudur . Super Liqa komandalarından biri olan Alanyaspor'da oynayır.
Tayib Salih
Ət-Tayyib Əs-Salih(ərəb. الطيّب الصالح‎) (1929 - 18 fevral 2009) — ən görkəmli Sudan yazıçılarından biri. Sudanın şimalında dünyaya gəlmişdir. Xartum Universitetini bitirdikdən sonra İngiltərədə London Universitetində təhsilini davam etdirmişdir. Kiçik fermer və dindar müəllim ailəsindən olan Ət-Tayyibin ilk məqsədi kənd təsərrüfatı sahəsində işləmək olmuşdur. Lakin, İngiltərəyə gəlməmişdən öncə radio verilişləri sahəsində çalışmışdır. O, həm roman, həm də kiçik hekayələr müəllifidir. Onun ən məşhur əsəri 1966-ci ildə Beyrutda nəşr etdirdiyi "Şimala köç fəsli" romanıdır ki, burada sudanlı tələbələrin İngiltərədən vətənlərinə qayıdış dövrünün gəlib çatması təsvir olunur. 2001-ci ildə əsər Dəməşqdəki Ərəb Ədəbiyyatı Akademiyası tərəfindən "XX əsrin ən məşhur ərəb romanı" elan olunmuşdur. Əsər ərəbcə yazılmış, sonradan isə, ingilis və fransız dillərinə tərcümə olunub.
Ət-Tayyib Əs-Salih

Mehdi Seyid Salihi
Mehdi Seyid Salehi (27 iyul 1981, Tehran) — İran futbolçusu, hücumçu. Seyid Salehi 2012-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulub. O Traktor Sazi gələndən öncə İsfahanın Sipahan klubunda oynamışdır.
Saliha Dilaşub Sultan
Salehə Dilaşub Sultan (Serbiya – 3 yanvar 1690, Ədirnə Sarayı, Ədirnə, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin xanımı və II Süleymanın anası, Validə sultan. Əsli və doğum tarixi bilinməsə də, serb əsilli olduğu və təxminən 1627-ci ildə dünyaya gəldiyi güman edilir. Saraya necə alındığı bilinməsə də, Sultan İbrahimin taxta çıxdığı ilk günlərdə hərəminə alındığı ehtimal olunur. 15 aprel 1642-ci ildə yeganə övladı olan Şahzadə Süleymanın dünyaya gəlməsiylə Sultan İbrahimin ikinci hasəkisi oldu. Bu dövrdə 1300 axca günlük məvacib alan Dilaşub Sultana, bundan başqa Bolu sancağının da bütün gəlirləri hədiyyə edilmişdi. Bir çox tarixi mənbədə olduqca mülayim, gülərüz və sakit təbiətli olaraq xarakterizə olunur. 8 avqust 1648-ci ildə Sultan İbrahimin taxtdan endirilərək öldürülməsinin ardından onun Turhan Sultandan doğulan oğlu IV Mehmed taxta çıxarıldı. Ancaq yeni sultan hələ 7 yaşında idi və Validə sultan olan Turhan Sultan taxt naibəsi olmaq üçün çox təcrübəsiz idi. Bu səbəblə dövlət adamları və saray əyanları yeni sultanın nənəsi Mahpeykər Kösəm Sultanın taxt naibəliyinə gətirilməsini istədilər. "Valide-yi kəbir" ünvanıyla hakimiyyəti yenidən ələ alan Mahpeykər Kösəm Sultanın istəyilə, Sultan İbrahimin bütün hərəmi Köhnə saraya göndərilsə də, Şahzadə Süleymanın anası Dilaşub Sultan və Şahzadə Əhmədin anası Müəzzəz Sultan Topqapı sarayında övladlarıyla birlikdə qaldılar.
Saliha Dilaşub Validə Sultan

Saliha Sebkati Sultan
Salehə Sultan (1680, Konstantinopol – 21 sentyabr 1739, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın xanımı və I Mahmudun anası, Validə sultan. Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1680-ci il olaraq qəbul edilir. Əslən yunan olub, İstanbulda dünyaya gəldiyi, kiçik yaşlarında saraya alınaraq Sultan Mehmedin xanımı Validə Əmətullah Gülnuş Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra Sultan Mustafaya təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Mahmudu 2 avqust 1696-cı ildə Ədirnə sarayında dünyaya gətirdi. Ancaq 1703-cü ildə baş verən Ədirnə hadisələri nəticəsində Sultan Mustafa taxtdan endirildi və padşahın bütün hərəmiylə birlikdə Salehə Sultan da Ədirnə sarayında otaq həbsinə alındı. Taxta çıxan Sultan Əhməd isə qardaşı oğlu olan Şahzadə Mahmud və Şahzadə Osmanı alaraq İstanbula geri döndü. Ancaq çox keçmədən 5 ay sonra Sultan Mustafa əziyyət çəkdiyi böyrək çatışmazlığı səbəbilə Ədirnədə vəfat etdi və bütün hərəmi İstanbuldakı köhnə saraya daşındı. 27 il boyunca köhnə sarayda yaşayan Salehə Sultan bu müddət ərzində Darüssəadə ağası Hacı Bəşir ağanın vasitəsiylə Topqapı sarayındakı Şimşirlik bölümündə tutulan oğlu Şahzadə Mahmudu qorudu.
Saliha Sebkati Validə Sultan

Saliha Sultan

Saliha Sultan (III Əhmədin qızı)
Saliha Sultan (21 mart 1715, Topqapı sarayı, Konstantinopol – 11 oktyabr 1778, Konstantinopol) — 23. Osmanlı padşahı III Əhmədin qızlarındandır. 21 mart 1715-ci ildə Topqapı sarayında dünyaya gəldi. Atası Lalə dövrünün məşhur Osmanlı sultanı III Əhməd, anası isə onun xanımlarından Hatəm Qadınəfəndidir. Doğum xəbəri, o əsnada Ədirnədə olan atası Sultan Əhmədə sədrəzəm Şəhid Əli Paşa tərəfindən verildi. Dünyaya gəlişi səbəbilə dönəmin validə sultanı Gülnuş Sultan tərəfindən sarayda şənliklər təşkil edildi və həm anasına, həm də yeni dünyaya gələn Saliha Sultana dəyərli hədiyyələr verildi. İlk dini təhsilinə atasının nəzarəti altında Topqapı sarayında başlayan Saliha Sultan bununla yanaşı, hüsnxətt dərsləri aldı. Əmisi oğlu I Mahmudun taxta çıxması münasibətiylə yazdığı təbrik məktubundakı əl yazısı və istifadə etdiyi ifadələr bunu bir daha sübut edir. 1728-ci ildə sədrəzəm Nevşəhərli İbrahim Paşanın təklifi və atası Sultan Əhmədin təsdiqiylə Dəli Hüseyn Paşanın nəvəsi olan İrəvan bəylərbəyi Sarı Mustafa Paşayla evlənməsinə qərar verildi. Cütlüyün nigahı 28 may 1728-ci ildə Topqapı sarayında baş tutan toy mərasimi əsnasında dövrün şeyxülislamı Yenişəhərli Abdullah Əfəndi tərəfindən kəsildi.
Saliha Sultan (II Mahmudun qızı)
Salehə Sultan (16 iyun 1811, Konstantinopol – 19 fevral 1843, Konstantinopol) — 30. Osmanlı padşahı II Mahmudun və Aşubican Qadınəfəndinin qızı və Xəlil Rüfət Paşanın xanımı. Salehə Sultan 1811-ci ildə İstanbulda dünyaya gəlmişdir. O, Xəlil Rüfət Paşa ilə 24 may 1834-cü ildə nikah bağlayır. 8 il, 8 ay, 12 gün davam edən bu evlilikdən Ayşə Sidiqə Sultan, Sultanzadə Cavid və Sultanzadə Əbdülhəmid dünyaya gəlir. Salehə Sultan 1843-cü ildə İstanbulda 32 yaşında ikən vəfat etmişdir.
Saliha Sultan (Əbdüləzizin qızı)
Saliha Sultan (10 avqust 1862, Çırağan sarayı, Konstantinopol – 1941, Qahirə) — 32. Osmanlı padşahı Sultan Əbdüləzizin qızlarındandır. 10 avqust 1862-ci ildə Çırağan sarayında dünyaya gəldi. Atası Osmanlı sultanı Sultan Əbdüləziz, anası isə onun xanımlarından Dürrünəv Qadınəfəndidir. Sultan Əbdüləzizin taxta çıxmasından sonra dünyaya gələn ilk övladı olması səbəbilə dünyaya gəlişinin ardından dönəmin validə sultanı Pərtəvniyal Sultan tərəfindən sarayda şənliklər təşkil edildi və həm anasına, həm də yeni dünyaya gələn Saliha Sultana dəyərli hədiyyələr verildi. Buna baxmayaraq atasının şahzadəliyi dövründə dünyaya gələn və özündən 5 yaş böyük olan İzzəddin Əfəndi adlı bir qardaşı vardı. Uşaqlıq illəri də məhz qardaşıyla birlikdə Dolmabağça sarayında keçən Saliha Sultan mükəmməl saray təhsiliylə birlikdə, fransızca dərsləri də aldı. 1876-cı ildə hələ 14 yaşında ikən atası Sultan Əbdüləziz taxtdan endirilərək öldürüldü və Saliha Sultan digər ailə fərdləriylə birlikdə bir müddət Çırağan sarayına göndərildi. Əmisi oğlu V Muradın taxtdan endirilməsi və yeni taxta çıxan II Əbdülhəmidin dövlət idarəsini Ulduz sarayına köçürməsinin ardından Saliha Sultan digər ailə fərdləriylə birlikdə Dolmabağça sarayına köçürüldü. Həmin il Sultan Əbdülhəmidin bacıları Mədiha Sultan, Nailə Sultan və Səniha Sultanla birlikdə evləndirilməsi müzakirə edilsə də, bu evlilik cəhdi nəticəsiz qalır.
Salihə Sera Kadıgil
Sera Kadıgil (29 noyabr 1984, İstanbul) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Sera Kadıgil 29 noyabr 1984-cü ildə İstanbul şəhərində anadan olub. Orta təhsilini Vəfa liseyində alıb. 2007-ci ildə İstanbul Universitetinin Hüquq bölməsindən məzun olub. 2010-cu ildə həmin universitetdə özəl hüquq üzrə magistr dərəcəsi alıb. Magistr dissertasiyası London Kraliça Meri Universitetində film əsərləri haqqında apardığı tədqiqatlar nəticəsində hazırlanıb. Hazırda İstanbul Universitetində PhD dərəcəsi üzrə təhsilini davam edir. İstanbul Vəkillər Kollegiyasının Heyvan hüquqları Komissiyasının İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. İngiliscə bilir. Evlidir.
Salihə Aydəniz
Salihə Aydəniz (1973, Ergani, Diyarbəkir ili) — tibb bacısı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Salihə Aydəniz 1973-cü ildə Diyarbəkir ilinin Ergani ilçəsində anadan olub. Peşə Sağlamlıq Liseyinindən və Anadolu Universiteti Açıq Təhsil Bölməsindən məzun olub. Mardin ilinin Dargeçit ilçəsində tibb bacısı olaraq çalışıb. DBP, HDP və DEM üzvü olub. 2019-2023-cü illərdə Bölgələr Partiyasının (BDP) həmsədri olub. 2018-ci ildə Diyarbəkir ilindən, 2023-cü ildə isə Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü, 28-ci çağırışda isə TBMM İnzibati nəzarətçisi vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq anasıdır.