SAYILMAQ

məch.
1. Hesablanmaq, sayı, ədədi bilinmək. Kitablar sayılıb qurtardı. Siyahılar sayıldı.
2. Hesab edilmək, bilinmək,
…kimi qiymətləndirilmək.
[Rzaquluxan] kəndlilərin içində azadiyyət sözləri danışdığı üçün başqa kənd sahibləri tərəfindən mənfur sayılırdı. M.S.Ordubadi.
…Ərə gedib boşanmaq böyük bir qəbahət sayılırdı. Çəmənzəminli.

//
…kimi tanınmaq, hesab edilmək.
Sayılırsan vətən övladlarının bir fərdi; Vətən imdadinə iştə çağırır hər fərdi. A.Səhhət.
Bibiheybət Bakının qədim neft rayonlarından biri sayılırdı. M.Hüseyn.
Oğlan indi evin böyüyü sayılırdı. S.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAYILMAQ hesablanmaq
  • SAYILMAQ hörmətlənmək
SAYILMA
SAYIR-BAYIR

Digər lüğətlərdə