SAYIQLAMA


1.Sayıqlamaq”dan f.is.
2. Huşunu itirmiş xəstənin, yaxud yuxuda olan adamın ağzından çıxan rabitəsiz, mənasız sözlər.
Hüseyn bu qayda ilə səhərə kimi yarı qızdırma, yarı sayıqlama içərisində yatdı. S.Rəhman.
O, ətrafında zəif iniltilər və sayıqlamalar eşitdi. Ə.Məmmədxanlı.
Səməndər bunun sadəcə sayıqlama olduğunu düşünüb güldü. B.Bayramov.

// Ümumiyyətlə, mənasız, məntiqsiz sözlər haqqında.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAYIQLAMA sərsəmləmə
SAYIQ
SAYIQLAMAQ

Digər lüğətlərdə