SELAB

is. [ ər. seyl və fars. ab]
1. Sel suyu. Dağdan selab gəlir.
[Şahin:] Görəsən, selabda deyilik ki? B.Bayramov.

2. Selin axarkən yuyub əmələ gətirdiyi dərə, oyuq, arx; selin açdığı yol. Dərin selab. Dayaz selab. – Bu zaman Mehdigil [kişini] süpürüb tutdular.
Qabaqlarına qatıb selabnan yuxarı çıxartdılar. Qaçaq Nəbi”.
Dəvəboynu deyilən dağın ətəyindəki iki selab üzərindən də kiçik körpülər salınmasına başlanmışdır. İ.Əfəndiyev.

SEL-SUCAQ
SELBASAR

Digər lüğətlərdə