SELF

n (pl selves) mahiyyət; sifət, sima; my own / very ~ şəxsən mən özüm; one’s better ~ insana xas olan ən yaxşı xüsusiyyət; one’s former ~ insanın əvvəlki siması; to be in love with one’s own ~ özünü sevmək, özünə vurulmaq; to be conscious of ~ özü özünü dərk etmək

SELECTIVE
SELF-ABUSE
OBASTAN VİKİ
Self Control (mahnı)
"Self Control" (azərb. Özünü idarəetmə‎) – Lora Breniqanın ifa etdiyi populyar mahnılarından biridir. İlk dəfə İtaliya ifaçısı Raffaele Riefoli (qısa adı: RAF) tərəfindən ifa edilmişdir. Orijinal sinql uğur qazansa da, Lora Breniqan tərəfindən ifa edilən kaver versiya daha çox populyarlıq qazanmışdır. 7" single "Self Control" — 4:08 "Silent Partners" — 3:58 12" maxi "Self Control" (extended version) — 5:00 "Silent Partners" (extended version) — 4:10 Mahnının klipi Nyu Cersi və Nyu Yorkda çəkilmiş, ilk dəfə olaraq aprel ayında 1984-cü ildə istehsal edilmişdir. Bu mahnının remeyki "In The Night No Control" adı ilə Hind filmi olan Oyunçular kralı filmində səsləndirilmişdir.
Self Control (Lora Breniqan mahnısı)

Meymun selfisi
Meymun selfisi (ing. Monkey selfie) - dişi Kəkilli əntər tərəfindən təbiət fotoqrafı Devid Sleyderin qurduğu avadanlıq istifadə edilərək çəkilmiş şəkillər seriyasıdır. Şəkillərin Wikimedia Commonsa qoyulması heyvanlar tərəfindən düzəldilən incəsənət əsərləri üzərində müəllif hüquqlarının saxlanılması barədə 2014-cü ilin ortalarındakı müzakirələrin mərkəzi oldu. Sleyderin şəkillər üzərindəki müəllif hüquqları barədə iddiası bir çox alimlər və təşkilatlar tərəfindən müzakirə edildi və müzakirələr müəllif hüquqlarının yaradıcıya məxsusu olduğuna və insan olmayan yaradıcının müəllif hüquqlarına sahib olmamasına əsaslanırdı. 2014-cü ilin dekabrında Birləşmiş Ştatlar Müəllif Hüquqları İdarəsi bəyan etdi ki, insan olmayanlar tərəfindən yaradılmış işlər Birləşmiş Ştatlar Müəllif Hüquqlarının mövzusu deyil. 2011-ci ildə təbiət fotoqrafı Devid Sleyder Kəkilli əntərin şəklini çəkmək üçün İndoneziyaya getdi. O, hazırlaşarkən dişi makaka onun kamerası ilə birlikdə qaçdı. Çəkilmiş fotoların çoxu istifadəyə yaralı deyildi, ancaq bəziləri makakanın yaxşı çəkilmiş şəkilləri idi və Sleyter onları "Meymun selfisi" adlandırdı. Sleyder şəkli Katers Xəbər Agentliyinə lisenziyalaşdırdı. Sleyder iddia etdi ki, o, kadrı "quraşdırıb" və dedi: 'Onların kamera ilə oynamaları üçün tək buraxmaq sənət bacarığı və ideya idi və hər şey mənim nəzarətimdə idi.
Selfi
Selfi (ing. selfie) — rəqəmsal kamera, kameralı mobil telefon və ya planşet ilə çəkilən avto-portret fotoşəkli növüdür. Bu fotoşəkillər, ümumiyyətlə, gündəlik anlardan və bir kamera ilə yuxarıdan qol boyu məsafəsində ya da güzgü qarşısında çəkilir. Hamı tərəfindən böyük marağa, əyləncəyə səbəb olan selfilər daha çox Instagram, Facebook, Twitter , Google+, Linkedin, Foursquare, Picassa və s. buna bənzər sosial şəbəkələrdə daha məşhurdur. Sıravi insanlardan tutmuş, məşhur yerli və dünya siyasətçiləri, şou-biznes əhli "selfi" stilində şəkillər çəkir və onu sosial şəbəkələrdə paylaşırlar. Məsələn, çox danışılan "selfi"lərdən biri ABŞ prezidenti Barak Obamanın Afrika lideri Nelson Mandelanın anım mərasimində Danimarka və İngiltərə baş nazirləri ilə birgə çəkdiyi "selfi"si və həmin şəklin sosial şəbəkədə paylaşması olub. Əksər dillərdə elə selfi kimi deyilməsinə baxmayaraq, bununla bağlı Türkiyədə bu sözün Türkiyə türkcəsinə tərcümə olunması mövzusu da olmuşdur. Bunun üçün Türk Dil Qurumuna müraciət də olunmuşdu. Türk Dil Qurumu isə Qərb mənşəli olan bu sözün Türkiyə türkcəsinə tərcümə olunması üçün heç bir təklif irəli sürmədi.
Selfi çubuğu
Selfi çubuğu (ing. selfie stick) — smartfon və ya qol uzunluğu kənarında kamera ilə selfi tutmaq üçün bir monopod.
Selfice Çiu
Selfice Çiu (alb. Selfixhe Ciu, nikahdan sonra Selfice Broya alb. Selfixhe Broja, təxəllüsü Kolombja idi; 31 mart 1918, Girokastra[d] – 22 avqust 2003, Tirana) — Albaniya yazıçısı və tərcüməçisi. O, əsəri Albaniyada nəşr olunan ilk alban qadın yazıçısı idi. 28 noyabr 1935-ci ildə 17 yaşında ikən Selfice Çiunun şeiri, Kolumbiya təxəllüsü altında "Populli" qəzetində dərc olundu. 1918-ci ildə Girokastra şəhərində (Albaniyanın cənubunda) anadan olmuşdur. Çiu, romanı dərc olunan ilk alban qadını Musine Kokalari ilə dostlaşdı. 1930-cu illərdə Albaniyada misli görünməmiş siyasi və sosial narazılıq hökm sürdü. Lakin ədəbi yeniləşmə 1939-cu ildə Albaniyanın İtaliya tərəfindən işğalı və II Dünya Müharibəsinin başlaması ilə dayandırıldı. Bir çox gənc yazarların əsərlərinin nəşr olunması dayandırıldı, digərləri həbsxanaya düşdülər; bəziləri ölkəni tərk etdi.
Selfie
Selfi (ing. selfie) — rəqəmsal kamera, kameralı mobil telefon və ya planşet ilə çəkilən avto-portret fotoşəkli növüdür. Bu fotoşəkillər, ümumiyyətlə, gündəlik anlardan və bir kamera ilə yuxarıdan qol boyu məsafəsində ya da güzgü qarşısında çəkilir. Hamı tərəfindən böyük marağa, əyləncəyə səbəb olan selfilər daha çox Instagram, Facebook, Twitter , Google+, Linkedin, Foursquare, Picassa və s. buna bənzər sosial şəbəkələrdə daha məşhurdur. Sıravi insanlardan tutmuş, məşhur yerli və dünya siyasətçiləri, şou-biznes əhli "selfi" stilində şəkillər çəkir və onu sosial şəbəkələrdə paylaşırlar. Məsələn, çox danışılan "selfi"lərdən biri ABŞ prezidenti Barak Obamanın Afrika lideri Nelson Mandelanın anım mərasimində Danimarka və İngiltərə baş nazirləri ilə birgə çəkdiyi "selfi"si və həmin şəklin sosial şəbəkədə paylaşması olub. Əksər dillərdə elə selfi kimi deyilməsinə baxmayaraq, bununla bağlı Türkiyədə bu sözün Türkiyə türkcəsinə tərcümə olunması mövzusu da olmuşdur. Bunun üçün Türk Dil Qurumuna müraciət də olunmuşdu. Türk Dil Qurumu isə Qərb mənşəli olan bu sözün Türkiyə türkcəsinə tərcümə olunması üçün heç bir təklif irəli sürmədi.
Selfoss
Selfoss — İslandiyanın Südürland regionun mərkəzi.
Bülleten selfisi
Bülleten selfisi — fotoqrafın seçkidə necə səs verdiyini göstərmək məqsədilə onun tamamlanmış bülletenini təsvir etmək üçün nəzərdə tutulmuş selfi növü. XXI əsrdə smartfonların rəqəmsal kameralarının əlçatanlığının artması və sosial mediadan istifadə ilə yanaşı, seçki bülleteni selfiləri də populyarlıq qazanmışdır. Onlar həmçinin XIX əsrin sonu və XX əsrin əvvəllərində, xüsusən də Birləşmiş Ştatlarda səslərin satın alınmasını məhdudlaşdırmaq üçün qəbul edilmiş qanunların, xüsusən də Birləşmiş Ştatlarda mümkün pozuntuları kimi mübahisələrə səbəb olmuşdular. Buna baxmayaraq, bəzi ABŞ məhkəmələri bülleten selfilərinə qoyulan məhdudiyyətləri ABŞ Konstitusiyasının Birinci Düzəlişinin söz azadlığı ilə əlaqədar təminatlarına zidd olduğu üçün rədd etmişdir. Seçicilər adətən başqalarını səs verməyə təşviq etmək, vətəndaş iştirakını nümayiş etdirmək və namizəd seçimlərini ifadə etmək üçün bülleten selfilərini çəkir və paylaşırlar. Selfi tez-tez seçki məntəqəsi və ya yaxınlığında çəkilir, burada seçki bülleteni adətən işarələnmiş halda olur. Digərləri seçki məntəqəsində özlərini çəkmir, öz seçki bülletenlərinin və ya seçki aparatının şəklini çəkirlər. == Problemlər == Seçki bülletenlərinin məxfiliyi, seçici saxtakarlığı və seçici hədə-qorxusuna diqqət yetirən seçki bülletenləri ilə bağlı bir sıra narahatlıqlar yaranmışdır. Bunlar bəzi yerlərdə bülleten selfilərini qadağan edən və ya məhdudlaşdıran qanunlara, ya da praktikanı əhatə etmək üçün mövcud qanunların tətbiqinə və ya yenidən nəzərdən keçirilməsinə səbəb olmuşdur. Buna baxmayaraq, sözügedən tətbiq ABŞ yurisdiksiyalarında geniş yayılmamışdır.