SENSE

sense1

n 1. duyğu, hiss; the five ~s beş duyğu; ~ of hearing / of sight / of smell / of taste / of touch eşitmə / görmə / iybilmə / dadbilmə / lamisə duyğusu; 2. hiss etmə, duyma; dərk etmə; qavrama; a ~ of pain ağrı hissi; a ~ of time zamanı / vaxtı hiss etmə; a high ~ of duty yüksək vəzifə hissi; a keen ~ of humour iti yumor hissi; 3. pl şüur, düşüncə; to be out of one’s ~s d.d. ağlı başında olmamaq, dəli olmaq; 4. d.d. ağıl, dərrakə, idrak; to bring smb. to his ~s bir kəsin başına ağıl qoymaq; to come to one’s ~s ağlı başına gəlmək; 5. sağlam ağıl / düşüncə; a man of ~ ağıllı / sağlam düşüncəli adam; to show good ~ sağlam düşüncə nümayiş etdirmək; to talk ~ ağıllı / düşüncəli danışmaq; 6. məna; ~ of a word / a sentence sözün / cümlənin mənası; strict / literal ~ dəqiq / hərfi məna; in the narrow ~ of the word sözün dar mənasında; to have / to make ~ mənası olmaq; to have no ~ mənası olmamaq, mənasız olmaq

sense2

v 1. hiss etmək, duymaq, anlamaq; He sensed our hostility O bizim düşmənçiliyimizi hiss etdi; 2. başa düşmək, dərk etmək; She fully sensed the danger of her position O öz vəziyyətinin təhlükəsini tam başa düşdü / dərk etdi

SENSATIONAL
SENSELESS
OBASTAN VİKİ
Deep-Ex-Sense
Anatoliy Anatoliyeviç Semyonov (rus. Анатолий Анатольевич Семенов, 2 yanvar 1992, Georgiyevsk, Stavropol diyarı) daha çox Deep-Ex-Sense ləqəbi ilə tanınır. rusiyalı hip-hop ifaçısı və batl-reper. Russian Battle League və Slovo layihələrinin iştirakçısı olub. RBL:All Stars və RBL:Universe layihələrinin qalibi olub. Slovo:Krasnodar layihəsinin dörddə bir final mərhələsinə qədər yüksəlib. Rusiyanın ən güclü batl-reperlərindən biri hesab olunur. == Bioqrafiya == 2 yanvar 1992-ci ildə Georgiyevskdə dünyaya göz açıb. 2011-ci ildə ilk bəstələrini yazmağa başlayıb. 2013-cü ildə müxtəlif onlayn batl proyektlərində iştirak edib.
Eromanga Sensei
Eromanga Sensei (エロマンガ先生, azərb. Eromanqa-sensey‎) — Tsukasa Fuşimi tərəfindən yazılmış və Hiro Kanzaki tərəfindən illüstrasiya edilmiş Yaponiya ranobe seriyası. "ASCII Media Works" 2013-cü ilin dekabr ayından bəri "Dengeki Bunko" möhrü ilə seriyanın 13 cildini nəşr etmişdir. 2014-cü ilin may ayında Rin tərəfindən illüstrasiya edilmiş manqa adaptasiyası nəşr olunmağa başlamışdır. "A-1 Pictures" studiyasının istehsal etdiyi bir anime adaptasiyası 2017-ci ilin aprel ayından iyun ayına qədər yayımlanmışdır. == Məzmun == Ranobe seriyasının məzmunu Masamune İzumi adlı ranobe yazmağı sevən və orta məktəbdə təhsil alan bir şagirdi əhatə edir. Rəssamlıq qabiliyyəti olmayan Masamunenin ranobelərini anonim partnyoru adətən şübhə doğuran pozğun rəsmlər çəkən "Eromanga Sensei" illüstrasiya edir. Marağı ilə təhsilini balanslaşdırmağa çalışan Masamune ailəsinin yeganə üzvü – kiçik ögey bacısı Saqiri İzumiyə dayəlik etməli olur. Psixoloji cəhətdən hikikomori olan Saqiri bir ildən uzun bir müddətdir ki, öz otağından çıxmır və Masamuneyə göstərişlər verir. Buna baxmayaraq, Masamune diqqətsizlik ucbatından anonim partnyorunun Saqiri olduğunu öyrənəndə, xüsusən də araya uğurlu bir şoco manqakası olan Elf Yamada girəndə onların bir-birlərinə olan münasibəti dəyişir.
Sayonara, Zetsubou-Sensei
Sayonra, Zetsubou-Sensei (さよなら絶望先生, azərb. Əlvida, Ümidsizlik müəllimi‎) – Koci Kumeta tərəfindən yaradılan manqa seriyası. 2005-ci ildən 2012-ci ilə kimi Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında yayımlanmış və 30 tankobon cildi buraxılmışdır. Manqada hadisələr pessimist və hər şeyə ümidsiz aspektlə yanaşan müəllim Nozomu İtoşiki və onun qəribə şagirdləri ətrafında cərəyan edir. Yaponiya cəmiyyəti, siyasət və media satirik şəkildə tənqid olunur. 2007-ci ildə manqa "Ən yaxşı şonen manqası" kateqoriyasında Kodansha mükafatına layiq görülmüşdür. Manqa seriyası əsasında Shaft studiyası tərəfindən 3 mövsümlük anime serialı çəkilmiş və OVA-lar buraxılmışdır. "Sayonara, Zetsubou-Sensei" manqasında hadisələr Nozomu İtoşiki adlı, həddən artıq pessimist olan lisey müəlliminin tərafında cərəyan edir. Seriyanın ən əvvəlində özünü sakura ağacından asaraq intihar etməyə çalışır, lakin həddən artıq optimist tələbəsi Kafuka Fuura tərəfindən xilas edilir. Kafuka ona deyir ki, belə gözəl gündə, xüsusilə bu cür gözəl ağacların önündə intihar edə bilməz.

Digər lüğətlərdə