SHELL

shell1

n I 1. balıqqulağı, ilbiz qabığı; snail ~ ilbiz qabığı; 2. qabıq; chickens in the ~ yumurtadan çıxmamış cücələr; 3. zireh, dəmir geyim; 4. tısbağa;

◊ to go / to retire into one’s ~ öz qınına çəkilmək, cəmiyyətdən uzaqlaşmaq

n II 1. mərmi, güllə (top üçün); 2. mina

shell2

v I 1. qabıqdan çıxartmaq, qabığı təmizləmək / soymaq, qərzəkləmək; to ~ an egg yumurtanın qabığını təmizləmək; to ~ peas / beans / seeds / grain noxudun / lobyanın / toxumun / taxılın qabığını təmizləmək; 2. soyulmaq, qabıq vermək, qabıqdan çıxmaq

v II topa tutmaq; to ~ a town / a road şəhəri / yolu topa tutmaq

SHELF
SHELLFISH
OBASTAN VİKİ
Shell
Shell — Böyük Britaniyanın neft-qaz şirkəti. 2018-ci ilə kimi, Forbes Global 2000 reytinqinə görə dünyanın 11-ci ən böyük neft-qaz şirkətidir. Qərargahı Londonda yerləşir.
Bourne shell
Bourne shell- UNİX əməliyyat sistemində shell. İlk versiyası Stephen Bourne tərəfindən 1977-ci ildə Bell laboratoriyasında yaradılmışdır.
C shell
C shell (csh və ya inkişaf etdirilmiş versiyası tcsh) — Bill Joy tərəfindən Kaliforniya Berkli Universitetində oxuyarkən yaradılmış, Unix shelldir. C shell istifadəçi tərəfindən daxilən edilən komandları emal edir. C shell komandaları fayldan da oxuyub, icra edə bilir.
Unix shell
Unix shell (qabıq) — komanda interpretatoru olub, *nix əməliyyat sistemlərində ənənəvi istifadəçi interfeysidir. Nüfuzlu shell-lərə misal olaraq, Bourne shell və C shell-i göstərmək olar.
Z shell
Zsh(Z shell)- UNİX əməliyyat sistemində shell. Zsh-ni Bourne shell-in inkişaf etdirilmiş və genişləndirilmiş versiyası hesab etmək olar. Zsh-i bash, ksh, tcsh-nin bəzi xüsusiyyətlərinə malikdir.
Debian Almquist shell
Dash (Debian Almquist shell) — *nix əməliyyat sistemində shelldir. Bashla müqayisədə çox kiçikdir, həm də xüsusiyyətləri cəhətdən az zəngindir. Almquist shell-in xələfi olan dash, 1997-ci ildə Linux əməliyyat sisteminə port edilmiş, 2002-ci ildə isə adı dəyişdirilərək dash qoyulmuşdur.
One Shell Plaza
One Shell Plaza - Hyustonda yerləşən 218 mərtəbəli binadır. Qüllə Hyuston şəhərində 1971-ci ildə tikilmişdir.
Ghost in the Shell
Zirehdəki xəyalət və ya Yaponiyada tanınan adı ilə Ghost in the Shell (攻殻機動隊, Ko:kaku Kido:tai) Masamune Şironun 1991-ci ildə yaratdığı elmi-fantastik manqa. Adın İngilis dilinə müəllif özü tərcümə edib. Manqa Production I.G kompaniyası və rejissor Mamoru Oşii tərəfindən iki tam metrajlı film kimi ekranizasiya olunmuşdur: «Ghost in the Shell» (1995) və «Ghost in the Shell 2: Innocence» (2004). Həmçinin, Production I.G anime-serialı da çəkmişdi: «Ghost in the Shell: Stand Alone Complex» (birinci mövsüm 2002-ci ildə, ikinci mövsüm «2nd GIG» postfiksi ilə — 2004-cü ildə, rejissor Kenci Kamiyama). 1 sentyabr 2006 tarixində Production I.G-nın serialı bitirən «Ghost in the Shell: Stand Alone Complex - Solid State Society» adlı tam metrajlı anime-filmi ekranlara çıxıb. 2002-ci ildə manqanın sikvelı çıxdı - «Ghost in the Shell 2: Man/Machine Interface» (攻殻機動隊 : 2 ManMachine Interface). 22 iyun 2013-cü ildə 4 seriyadan ibarət olan «Ghost in the Shell: Arise» serialı çıxdı, hər seriya 50 dəqiqə çəkirdi. 31 mart 2017-ci ilə bədii filmin premyerası planlaşdırılıb, mayor Makoto Kusanaqinin rolunu Skarlet Yohansson, Daysuke Aramakinin rolunu isə Takeşi Kitano ifa edəcəklər. == Personajlar == === Doqquzuncu bölmə === İctimai təhlükəsizlik nazirliyi adından fəaliyyət göstərən Yaponiya DİN-nin bir bölməsi. Faktiki olaraq isə xoşagəlməz şəxslərin və polisin bacara bilmədiyi işlərin həll dilməsi üçün yaranan taktiki kəşfiyyat təşkilatı.
Ghost in the Shell (anime filmi)
«Ghost in the Shell» (攻殻機動隊, Kokaku Kidotay, ing. Ghost in the Shell) — Masamune Şinonun eyniadlı manqasının adaptasiyasısı olan tammetrajlı anime-film. Rejissor — Mamoru Oşii, ssenari müəllifi — Kazunori İto, personajların dizaynerı — Hiroyuki Okiura, bəstəkar — Kenci Kavai. Film Production I.G studiyasında çəkilib. 2004-cü ildı Innocence adlı sikvel çıxdı. == Məzmun == Hekayə antiutopik gələcəydə baş tutur. 2029-cu ildə kiber-texnologiyaların və kompüter şəbəkələrinin yayınmasıyla implantatlardan geniş istifadə olunur. Lakin bu texnologiyalar "kiber beyinlərin" qırılması və onlarla bağlı digər problemləri də özləri ilə gətirdilər. Neçə vaxtdır axtarılan Puppet Master adlı haker siyasətə qarışmağa başlayır və 9 bölmə bu işi araşdırmaq və Puppet Masteri tapmaq tapşırığlarını alır. Araşdırma zamanı insanı insan edən və insan və maşın arasında fərqin cüzi olan bu dünyada Puppet Masterin kim olduğu kimi suallar ortaya çıxır.
Ghost in the Shell 2: Innocence
Ghost in the Shell 2: Innocence (ing. Zirehdəki xəyalət 2: Günahsızlıq) və ya Yaponiyada tanınan adı ilə Innocence (yap. イノセンス; Inosensu; ing. Günahsızlıq) — Ghost in the Shell animesinin 2004-cü ildə buraxılan sikvelı. == Məzmun == Animenin məzmunu Ghost in the Shell manqasının Robot Rondo fəsilin ilə Phantom Fund fəsilinin elementləri əsasında yazılıb. 2032-ci il. Mayor Kusanagi internetin içində itirilib. Bato ilə Toqusa isə İctimai Təhlükəsizlik Bürosunun 9-cu şöbəsində işləməyə davam edirlər. Şöbə ginodların (kukla kimi seks robotların) nasaz işlərin nəticəsində baş verən bir sıra ölümü istintaq etməyə çağırılıb. == Prikvel romanı == Yasaki Yamada yazdığı Innocence: After the Long Goodbye (イノセンス After the Long Goodbye) romanı animenin prikvelıdır.
Shell Mysella stasionar qaz mühərriki yağları
Shell Mysella LA 15W-40 — təbii qaz üçün mükəmməl bir mühərrik yağıdır. O, böyük kompressorların katerlərində qarşılıqlı yağ hərəkəti ilə əla yağlamanı təmin edir. == İş prinsipi == Mysella-40 yağı qığılcımla yandırılan iki və dörd taktlı, yüksək dövriyyəli mühərriklər üçün yüksək keyfiyyətli Shell firmasının aşağı küllü yağıdır. Uzun müddətli istismar zamanı oksidləşmə və neytrallaşmaya qarşı müqavimətli porşen və mühərriklərin mükəmməl təmizliyini təmin edir. Tərkibində siyrilmə zamanı həlqələrin parçalanmasının qarşısını alan külsüz element vardır. == Növləri == Shell firmasının dörd növ Mysella yağı mövcuddur. Bu yağlar kinematik özlülük, sıxlıq və təxmini eyni alışma və donma temperaturuna malik olmaqla bir qədər qələvi ədədi, sulfat külü və aktiv elementləri ilə fərqlənir. Mysella yağlarında istifadə olunan yanacaqlar təbii yaxud yüksək kükürdlü yanacaqla işlədikdə qələvi ədədi yüksək – 8.5 mqKOH/q olan variantından istifadə edilir. Mysella LA, Mysella sırasının ən universal növüdür və ənənəvi "Low Ash" texnologiyasına görə əhəmiyyətli inkişafı təmin edən texnologiyaya əsaslanır. O, 4 taktlı mühərriklərdə əla, 2 taktlı mühərriklərdə isə məqbul məhsuldarlığı təmin edir.
Ghost in the Shell: Stand Alone Complex
Ghost in the Shell: Stand Alone Complex (攻殻機動隊 STAND ALONE COMPLEX, Kōkaku Kidōtai STAND ALONE COMPLEX, Zirehdəki Xəyalət: Təklik Kompleksi) ー Production I.G studiyası tərəfindən Masamune Şironun Ghost in the Shell manqası əsasında çəkilmiş anime serialı. Birinci mövsumu ilk dəfə Perfect Choice kanalında 2002-ci ilin oktyabrından 2003-cü ilin oktyabradək yayımlamışdı. Ghost in the Shell: S.A.C. 2nd GIG (攻殻機動隊 S.A.C. 2nd GIG, Kōkaku Kidōtai S.A.C. 2nd GIG) adlı ikinci mövsum isə ilk dəfə Animax kanalında 2004-cü ilin yanvarın 1-dən 2005-ci ilin yanvarın 8-ə dək nümayiş olunurdu. == Məzmun == Hadisələr 2030-cu ildə, əsasən Yaponiyanın Niihama prefekturasının Niihama şəhərində (新浜県新浜市, Niihama-ken Niihama-shi) baş verir. Bəzi insanlar bədənləri protezləşdirib, kiborq olurlar. Məzmun İctimai Təhlükəsizlik Bürosunun IX Şöbəsinin (公安9課, Kōan Kyūka) ətrafında fırlanır. Bu şöbə bir sıra cinayətləri araşdırır və eyni zamanda Yaponiya hökumətinin bəzi hissələrin özündə olan cinayətlərlə üzləşir. == İstehsal == Ghost in the Shell: Stand Alone Complex serialın animasiyanı yaradan Production I.G, prodüserləti isə Bandai Visual, Bandai Entertainment, Dentsu, Nippon Television Network, Tokuma Shoten, Victor Entertainment, və Manga Entertainment idilər. === Musiqi === Yoko Kanno serialın iki mövsum, tam metrajlı sikvel və OVA-ların bütün musiqi çərçivələrinin (açılış və sonluq mahnıları) bəstəkarıdır. == Yayımlama == Animax anime televiziya şəbəkəsi 2002-ci ildə animenin lisenziyanı alıb, onu Asiyanın böyük hissəsində və həm də Latin Amerikada nümayiş eləyib.
Shellcode
Shellcode (Örtük kodu və ya Qabıq kodu) — hakerlik zamanı proqram təminatı zəifliyinin istismarında faydalı yük kimi istifadə edilən kiçik kod parçasıdır. O, "örtük kodu" adlanır, çünki o, adətən təcavüzkarın pozulmuş maşını idarə edə biləcəyi bir əmr qabığını işə salır, həmçinin oxşar tapşırığı yerinə yetirən istənilən kod parçası shellcode adlandırıla bilər. Faydalı yük funksiyası sadə qabıq yaradılması ilə məhdudlaşmadığından, bəziləri hesab edirlər ki, adın qabıq kodu kifayət deyil. Bununla belə, terminin dəyişdirilməsi cəhdləri geniş rəğbət qazanmayıb. Shellcode adətən maşın kodunda yazılır. == Shellcode növləri == Shellcode, hücumçuya işlədiyi maşın üzərində (lokal) və ya şəbəkə (uzaqdan) vasitəsilə başqa bir maşın üzərində nəzarət verməsindən asılı olaraq lokal və ya uzaq ola bilər. === Lokal === Lokal örtük kodu maşına məhdud girişi olan, lakin həmin maşında daha yüksək imtiyazlı prosesdə zəiflikdən, məsələn, bufer daşması kimi istifadə edə bilən təcavüzkar tərəfindən istifadə edilir. Uğurla icra olunarsa, qabıq kodu hücumçunun maşına hədəflənmiş proseslə eyni yüksək imtiyazlarla girişini təmin edəcək. === Remote (uzaqdan) === Remote shellcode, təcavüzkar lokal şəbəkədə, intranetdə və ya uzaq şəbəkədə başqa bir maşında işləyən həssas prosesi hədəfləmək istədikdə istifadə olunur. Uğurla icra olunarsa, shellcode təcavüzkarın şəbəkə üzərindən hədəf maşına girişini təmin edə bilər.