SİLKİNMƏK


1. qayıd. Silkənərək üstündəki tozu-torpağı və s.-ni düşürmək.
[Səfər kişi] divarın dalına çəkilib silkinər, ətəklərini çırpıb tez qaçardı. Mir Cəlal.

2. Bütün bədəninin cəld hərəkəti ilə üstündəki şeydən azad olmağa çalışmaq; çırpınmaq.
İslanmış qoyun, üşüyən at silkinər. (Məsəl).
Sonatək silkinib gərdən çəkəndə; Bənzəyirsən quya, qaza, Müşkünaz! Aşıq Ələsgər.

3. məc. Hərəkətə gəlmək, ayılmaq (adətən köməkçi feillərlə).
Silkinib çıxmasa qadın mətbəxdən; Nə azad ana var, nə azad Vətən! S.Vurğun.
Silkin, qoy dağılsın başının üstdən; Sənə gün verməyən qara buludlar. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SİLKİNMƏK çırpınmaq — silkələnmək
SİLKİNMƏ
SİLKMƏ

Digər lüğətlərdə