SOLĞUN

sif.
1. Rəngi qaçmış, rəngi solmuş, soluq. Solğun çöhrə.
[Ovçunun] solğun dodaqları əsir, bir-birindən xeyli aralı olan qövsəbənzər qaşları çatılmışdı. M.Rzaquluzadə.
[Mahmudun] solğun sifəti qızarmışdı. S.Vəliyev.

// Təravəti getmiş, təravətini itirmiş, solmuş, saralmış, ölgün. Solğun çiçək. Solğun yarpaq.
// məc. Pəjmürdə, tutqun, pərişan, dilxor.
[Gülüş:] Sevil, nə üçün belə solğunsan, yoxsa bir yerin ağrıyır? C.Cabbarlı.

2. Rəngi yaxşı bilinməyən, parıltısı nəzəri cəlb etməyən, ölgün. Solğun parça. Solğun pərdə.
[Hacı Qara:] Rus malı alıram, solğun (z.) çıxır, qızılbaş malı alıram, çürük çıxır. Ə.Haqverdiyev.

// Ağarmış, bozarmış, rəngi getmiş.
Orada-burada solğun paltarlı qocalar və arvadlar gözə çarpırdı. Çəmənzəminli.
Kosa iki əli ilə öz başına bərk bir qapaz vurdu.
Onun solğun kepkasının burnu öz burnu ilə qoşalaşdı. S.Rəhimov.

// Parıltısız, tutqun, işığı zəifləmiş, ölgün. Solğun şəfəq. Solğun işıq.
– Bəzən də göyləri gəzən solğun ay; Yarıb buludları hücuma çıxır. S.Vurğun.
Günəş solğun, üfüq də tutulmuş kimi dərdə; Orda sarı buludlar sallanır pərdə-pərdə. M.Müşfiq.

3. məc. Dili, üslubu təsirli, ifadəli olmayan; çox zəif. Solğun tərcümə. Əsərin solğun dili var.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SOLĞUN SOLĞUN Qız ara-sıra onun solğun bənizinə göz qoyurdu.. (X.Hasilova); PƏJMÜRDƏ Neçin görən o belə pərişan, pəjmürdədir; Nə düşünür, nə anır, üzündəki q
  • SOLĞUN bürüşük
  • SOLĞUN sönük — zəif — tutqun
SOLFÉCİO
SOLĞUNLAŞMA

Digər lüğətlərdə