Xucuklu Mahmudbəy çoxdandı ki, Nəbinin sorağında idi. “ ”.
// Biri haqqında məlumat, xəbər.
[Ümid nazirə:] Bəs sizin sorağınız “Nərimanov” kolxozundan gəlir.
□ Sorağında olmaq – həsrətində olmaq, axtarmaq, təmənnasında olmaq.
Vaqif durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu alagözlü həmdəmdən görsünlər ona bir xəbər və əsər gətirə bilərlərmi?
Soraq almaq – bir xəbər bilmək, məlumatı olmaq. Sorağını aldım.
– [Əlyar xan] harada nadir, gözəl, diqqətəlayiq bir şeyin sorağını alardısa, hər necə vasitə ilə olursa olsun, dərhal onu ələ keçirməyə çalışardı.
Soraq etmək – axtarmaq, aramaq, ondan-bundan soruşub öyrənmək, bilmək, xəbər tutmaq, məlumat almaq. – İnəyi itən soraq edər. ( Ata. sözü ).
Haraları gəzib aramalı, kimi soraq etməli idim.
[Şahin:] [Müəllimimiz] fikirləşib ki, saatın itdiyini tələbələrdən soraq eləsəm yaxşı düşməz.
Soraq vermək – xəbər vermək, məlumat vermək.
Gələcək günlərdən verərək soraq; Oldu bir-birinə ürəklər dayaq.
[Katibədən] heç kəs bir soraq verməyirdi.