SPILL

spill1

n 1. tökmə; axma, axıtma; tökülmə; 2. d.d. yıxılma (atdan, velosipeddən və s.); to have a ~ yıxılmaq

spill2

v 1. tökülmək, axmaq; tökmək, axıtmaq; to ~ water / milk / coffee, etc. su / süd / kofe və s. tökmək; to ~ blood qan axıtmaq / axmaq; Much innocent blood is spilt in war Müharibədə çoxlu günahsız qan axıdılır; Who has spilt / spilled the coffee on the carpet? Xalçanın üstünə kim kofe töküb? 2. axışmaq (adam haq.); The crowd spilt over from the church into the streets Camaat kilsədən küçələrə axışdı; 3. ağzından qaçırmaq (sözü, sirri), sirri açmaq / danışmaq;

◊ to cry over spilt milk ≅ kəsilən başın zülfü üçün ağlamaq; to ~ money mərcdə pul uduzmaq; to ~ the beans ağzından qaçırmaq (sözü, sirri); laqqırtı vurmaq

SPIKED
SPIN
OBASTAN VİKİ
Hazen Spiller evi
Hazen Spiller evi — Massaçusets ştatının Heyverill şəhərində, Qroveland küçəsində yerləşən tarixi evdir. Hazen Spiller evi Riçard Hazen tərəfindən 1724-cü ildə tikilmiş, dövrün kərpic ev modelinin nadir bir nümunəsidir. XX əsrin əvvəllərində Hazen Spiller evində bərpa işləri aparılmışdır. Ev iki mərtəbəlidir. Hazen Spiller evi 1911-ci ildə binaların ilk dövrün xüsusiyyətlərini ətraflı şəkildə qeyd edən Vlliam Taylor tərəfindən qeydə alınmışdır. 1915-ci ildə Teylor evi Nattinq Vollesə satdı. Volles daha sonra evdə bərpa işləri aparmış, bu proses Hazen Spiller evi ilə yanaşı erazidəki digər tikililərə də mənfi təsir göstərmişdir. Ev, Nattinqin sahibi olduğu və müstəmləkə üslubunu yaymaq üçün istifadə etdiyi "Şəkil evləri zənciri" kitabçasında nümayiş olunan seriyadan biri idi. Ev 1990-cı ildə "Tarixi Yerlərin Milli Reyestri"nə verilmişdir.