STAJ

[ fr. ]
1. Hər hansı bir işin, fəaliyyətin davam etdiyi müddət. Əmək stajı. İstehsalat stajı.
// Hər hansı ictimai təşkilatda olma müddəti.
Otuz illik stajı olan Murad “Yeni həyat” kolxozunda briqadir işləyir. Ə.Vəliyev.

2. Tələbənin istehsalat təcrübəsi, yenicə işə başlamış şəxsin öz ixtisası üzrə təcrübə qazanması. Təcrübə stajı keçmək.
STAXANOVÇU
STAJÇI

Digər lüğətlərdə