STOP

stop1

n 1. dayanma, ləngimə; without a ~ dayanmadan; to make a to come to a ~ dayanmaq; 2. fasilə; to bring smb. to a (dead) ~ bir kəsi susmağa məcbur etmək; 3. son, dayanma; to bring smth. to a ~ bir şeyə son qoymaq; 4. dayanacaq (avtobus, tramvay və s. üçün)

stop2

v 1. dayandırmaq, əyləmək, saxlamaq; to ~ a train qatarı dayandırmaq; 2. dayanmaq; to ~ to talk danışmaq üçün dayanmaq; My watch has stopped Mənim saatım dayanıb; 3. qurtarmaq; to ~ work / the game işi / oyunu qurtarmaq; 4. kəsmək, to ~ water / light suyu / işığı kəsmək; to ~ smb.’s way bir kəsin yolunu kəsmək; 5. doldurmaq; to ~ a gap yarığı doldurmaq; to ~ a tooth dişə plomb qoymaq

STOOP
STOPPER
OBASTAN VİKİ
Stop the War Coalition
Stop the War Coalition (azərb. Müharibəni Dayandırın İttifaqı‎) — Britaniyada yaranmış anti-müharibə hərəkatı.
Transatlantic non-stop (albom)
Transatlantic non-stop - Çili qrupu Altiplano və Səyavuş Kəriminin birgə layihəsi olan musiqi albomu. Albomda Altiplano qrupu və Azərbaycanın görkəmli muğam ifaçıları tərəfindən müasir miks olunmuş Çili, Ekvador və Azərbaycan xalq mahnıları yer tutub.
Don't Stop 'Til You Get Enough
Don't Stop 'Til You Get Enough — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
I Just Can't Stop Loving You
I Just Can't Stop Loving You – Maykl Cekson və Siedah Garrett tərəfindən ifa olunmuş məşhur balladadır. Mahnı Maykl Ceksonun yeddinci solo albomu olan Baddən çıxarılmıç ilk sinqldır. Mahnının ispan dilində olan versiyası "Todo Mi Amor Eres Tú" adlanır. Fransız dilində olan "Je Ne Veux Pas La Fin De Nous" adlı versiyası isə Maykl Ceksonun ölümündən sonra "Bad 25" albomunda satışa çıxarılmışdır. Mahnının söz və musiqi müəllifi Cekson özüdür. Əvvəlcə mahnının Ceksonun seçdiyi iki qadın müğənnidən biri – ya Barbra Streyzand ya da Vitni Hyustonla birgə ifa edilməsi nəzərdə tutulmuşdu. Hətta Areta Franklin və Agnetaa Feltskoqla (ABBA qrupunun üzvü) da birgə ifa edilməsi də düşünülürdü. Lakin hər dörd qadın ifaçı o zaman başqa işlə məşğul olduğu üçün təklifi qəbul edə bilməmişdi. Bu zaman mahnının müəllifi və Kuinsi Cons Ceksonun "Man In The Mirror" mahnısının bəstəkarı Garrettə mahnını Ceksonla birgə səsləndirməyi təklif etdilər. Beləcə Garret 1984-cü ildə Dennis Edvardsla olan "Don't Look Any Further" hitindən sonra növbəti hiti səsləndirmək təklifi aldı.
Ron Stoppabl (personaj)
Ron Stoppabl (ing. Ron Stoppable) – "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. Ron sevimli və nəzakətli bir gəncdir. Vəzifəsini icra edərkən Kim Possiblın paltarına bənzər bir paltar geyər. Cibində Rufus adında tüksüz köstəbək gəzdirir. Bu ev heyvanının götürmə səbəbi, atasının heyvan tüklərinə qarşı allergiyası olmasıdır. Ronun sarışın dağınıq saçları və qəhvəyi rəngli gözləri vardır. Meymun və hörümçək kimi kiçik heyvanlardan çox qorxur. Ən çox sevdiyi restoran Meksika tərzi olan Bueno Naçodur. Dördüncü mövsümdən başlayaraq Kim Possibl və Ron araslnda sevgi münasibəti yaranır.
Stopinaca
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.

Digər lüğətlərdə