SULAMAQ

f.
1. Sərinlik üçün su tökmək, su axıtmaq, su çiləmək, su səpmək. Küçəni sulamaq. Meydançanı sulamaq.
– Hüseynəli əmi həyəti sulamaqda idi. M.S.Ordubadi.
[Cəlil] dükanın qabağını süpürüb sulayardı. İ.Musabəyov.

// Məc. mənada.
…Xəzri haradansa buludları qovub gətirmiş, Bakını şiddətli və qısa yağışla sulayandan sonra, birdən xırp kəsilmişdi. M.Hüseyn.

2. bax suvarmaq.
[İlyas Adiləyə:] Məndən başqa bir neçə oğlan uşağı da göl qırağında atını sulayırdı. Ə.Məmmədxanlı.

3. Dibinə su tökmək, su vermək. Ağacları sulamaq. Dibçəkləri sulamaq.
– Südabə axşam sərini düşəndə balaca bağçasındakı qırmızı gülləri sulayıb çarhovuz daşının üstündə oturmuşdu. M.İbrahimov.

4. Yumşaltmaq üçün su çiləmək.
[Səriyyə:] …Nazik ağ yuxadan bir neçəsini sulayıb qoydum. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SULAMAQ suvarmaq — çiləmək — səpələmək

Antonimlər (əks mənalı sözlər)

  • SULAMAQ SULAMAQ – QURULAMAQ Zibil qutularını gündə bir dəfə boşaldıram, səkini gündə üç dəfə sulayıb süpürürəm (M
SULAMA
SULANDIRMA

Digər lüğətlərdə

-эзск-(ий) диафра́гма изне́женно одноле́тки сгла́дывать тра́тить углеводоро́ды узкопрагмати́чный а́ленький здра́вствовать недоукомплекто́ванный обраща́ть пропа́н angiocardiogram arborary cider vinegar forth jean palpebra raga shot-putter voluntariness протестовать свериться тунгус