Sword Art Online: Ordinal Scale
Sword Art Online: Ordinal Scale (ソードアート・オンライン -オーディナル・スケール-, Sōdo Āto Onrain -Ōdinaru Sukēru-, azərb. Onlayn Qılınc Sənəti: Sıra şkalası) – abec-in rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan "Sword Art Online" ranobe seriyası əsasında çəkilmiş 2017-ci il istehsalı elmi fentezi anime filmi. Film A-1 Pictures studiyası tərəfindən çəkilmişdir. Rejissoru Tomohiko İto, ssenaristi Reki Kavahara, personaj dizayneri Şinqo Adaçı, bəstəkarı Yuki Kaciuradır. Yaponiya, Almaniya, Cənub-şərqi Asiyada 18 fevral 2017-ci ildə, Meksikada 4 mart 2017-ci ildə, ABŞ-də 9 mart 2017-ci ildə buraxılmışdır.
2026-cı ildə yeni virtual reallıq sistemi Augma təqdim olunur. Augma NerveGear və AmuSphere-dən sonra virtual reallıq texnologiyalarının 3-cü nəslidir. Bu iki texnologiyadan fərqli olaraq Augma tam dalış etmir, artırılmış reallığa əsaslanır. Augma əsasında buraxılmış yeni oyun isə "Ordinal Scale" (OS) adlanır. "Ordinal Scale" oyununda oyunçular bacarıqlarına əsasən sıralanırlar.