SÖYÜŞ

is. Nalayiq, qaba, təhqirli söz(lər).
Bu söz Qurban üçün söyüşdən də pis oldu. T.Ş.Simurq.
Hacı Aslan söydükcə qızışır, qızışdıqca söyüşünü qəlizləşdirirdi. S.Hüseyn.

□ Söyüş söymək – qaba, nalayiq, təhqiredici sözlər söyləmək.
Nəzarətçi söyüş söydü və sağında dayanmış növbətçinin qırmızı yanağına əlinin tərsilə ağır bir sillə vurdu. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÖYÜŞ SÖYÜŞ Bu da bir tərəfdən qarğış və söyüşdən döşədi (Çəmənzəminli); FÖHŞ (köhn.) [Hacı Qəmbər:] Nədən ötrü və nə cürət edib bu föhşləri mənə deyirsən,
  • SÖYÜŞ danlaq — məzəmmət
SÖYÜLMƏK
SÖYÜŞCÜL

Digər lüğətlərdə