SÜRİ

Sürü, heyvan dəstəsi, toplusu. (“Kitabi-Dədə Qorqud” leksikası)

SÜRƏYYA ƏRƏB
SÜRİMƏK
OBASTAN VİKİ
Qrasshopper Sürix FK
Qrashoppers Klub Sürix — İsveçrənin futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 35 dəfə Avropa kuboklarında iştirak edib.
Sürix
Sürix (alm. Zürich‎) — İsveçrənin şimal-şərqində, Sürix gölünün sahilində yerləşən şəhər. İsveçrənin eyniadlı alman kantonunun paytaxtı. Ölkənin ən böyük şəhəri olan Sürixin 1,09 milyon əhalisi vardır. Şəhər ətrafında Kloten beynəlxalq aeroportu yerləşir. Rəsmi dili almancadır. İsveçrənin ən böyük bankları məhz bu şəhərdə yerləşir.Dünyanın ən bahalı şəhərlərindən biridir. == Kilsələr == Sürix şəhəri Qrossmünster, Fraumünster və Müqəddəs Pyotr Kilsəsi ilə seçilir. Protestant-reformasiya kilsəsi olan Qrossmünsterin xarakterik qüllələri Sürixin əsas görməli yerlərindən biridir. Onun tikintisi 1090-cı ildə başlanıb və əsası 853-cü ildə Böyük Karlın nəvəsi tərəfindən qoyulmuş Fraumünster qadın monastırından fərqli olaraq əvvəlcə kişi monastırı olub.
Sürix (kanton)
Sürix (alm. Zürich‎, fr. Zurich; it. Zurigo; romanş Turitg) — İsveçrənin şimal-şərqindəki almandilli kanton. İnzibati mərkəzi eyniadlı şəhərdir. Əhalisi 1 504 346 nəfərdir (kantonlar arasında 1-ci yer; 2017-ci ilin məlumatları). == Coğrafiya == Sürix kantonu Alp dağlarının şimalında yerləşir. Kantonun sahəsi 1729 km² (kantonlar arasında 7-ci yer). Bu torpaqların 43,4% -i kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur, 30,7% -i meşələrdir. Torpağın 20.1% -i binaların və ya yolların altındadır və 5.8% -i heç bir şəkildə istifadə edilmir.
Sürix FK
Sürix FK — İsveçrənın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 23 dəfə Avropa kuboklarında iştirak edib.
Sürix Universiteti
Sürix Universiteti — 29 aprel 1833-cü ildə mövcud ilahiyyat məktəbinə, hüquq, tibb və fəlsəfə ixtisasları əlavə olunaraq qurulan, bu gün 7 fakültəsi 25.000 şagirdi ilə İsveçrənin ən böyük universiteti. Sürix Universiteti, kilsə və krallara aid universitetlərdən sonra Avropada qurulan ilk dövlət universitetidir. Universitet qurulduğu illərdə qadın şagird qəbul etmədiyi kimi, qadınların hər hansı bir şəkildə dərs dinləmələrinə də icazə vermirdi. Ancaq 1847-ci ildə qadınların fəlsəfə dərslərinə dinləmələrinə icazə verən Sürix Universitetində, ilk qadın həkim şagirdi 1866-cı ildə təhsilə başladı. 1901-ci ildə baytarlıq fakültəsi əlavə olunan universitet 1914-cü ildə memarlığını Karl Moserin etdiyi yeni binasına köçdü.
Sürix kantonu
Sürix (alm. Zürich‎, fr. Zurich; it. Zurigo; romanş Turitg) — İsveçrənin şimal-şərqindəki almandilli kanton. İnzibati mərkəzi eyniadlı şəhərdir. Əhalisi 1 504 346 nəfərdir (kantonlar arasında 1-ci yer; 2017-ci ilin məlumatları). == Coğrafiya == Sürix kantonu Alp dağlarının şimalında yerləşir. Kantonun sahəsi 1729 km² (kantonlar arasında 7-ci yer). Bu torpaqların 43,4% -i kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur, 30,7% -i meşələrdir. Torpağın 20.1% -i binaların və ya yolların altındadır və 5.8% -i heç bir şəkildə istifadə edilmir.
Sürix protokolları
Sürix protokolları — 2009-cu il oktyabrın 10-da Ermənistan və Türkiyə tərəfindən imzalanmış ikitərəfli sazişlər. Müqavilələr iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin başlanmasını nəzərdə tutur. Sonradan nəticəsiz qalan müqavilə ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə bağlanmışdır. 10 oktyabr 2009-cu ildə Sürixdə ABŞ dövlət katibi Hillari Klinton, Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana, Fransanın xarici işlər naziri Bernard Kuşner və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da iştirak etdiyi mərasimdə hər iki ölkənin xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan arasında iki protokol imzalanıb. Qüvvəyə minməsi üçün bu protokol hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməli idi. Məsələləri bir-birindən ayırmağa çalışaraq, protokollarda Ermənistan-Azərbaycan münaqişəsi qeyd olunmayıb, ratifikasiya müddəti də göstərilməyib. 2010-cu il yanvarın 12-də Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan-Türkiyə protokollarını ölkə konstitusiyasına uyğun olub-olmmasını ölkə müzakirəyə çıxarır və bu, Türkiyə hökumətinin bu sazişlərdən imtina etməsinə səbəb olur. 2015-ci ilin fevralında erməni tərəfi Türkiyə tərəfinin siyasi iradəsinin olmadığını əsas gətirərək parlamentin protokollarını geri götürür. Daha sonra 2017-ci ilin dekabrında Türkiyənin addım atmamasına istinad edərək, erməni tərəfi onları etibarsız elan edəcəyinə söz verir. və 2018-ci il martın 1-də Ermənistan prezidenti Serj Sarkisyan onların denonsasiyası haqqında fərman imzalayır.
Sürixdə islam mərkəzinə silahlı hücum (2016)
Sürixdə islam mərkəzinə silahlı hücum - 2016-cı ilin 19 dekabr tarixində İsveçrənin Sürix şəhərində yerləşən İslam mərkəzinə qarşı törədilmiş silahlı hücum. Hadisə nəticəsində həlak olanlar barəsində məlumat verilməsə də, üç nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. == Arxa plan == Silahlı hücum 2016-cı ilin 19 dekabr tarixində Sürix şəhərində axşam saatlarında törədilmişdir. Dəmiryolu vağzalının yaxınlığında yerləşən İslam Mərkəzinin hədəf alındığı silahlı hücumun bir nəfər tərəfindən törədildiyi ehtimal olunur. Hadisədən dərhal sonra Sürix polisi ərazisini nəzarətə götürsədə cinayətin ilkin motivlərini müəyyənləşdirilə bilməmişdir. 20 Minuten qəzeti yerli əhalinin hadisədən sonra dəmiryolu vağzalının yaxınlığında sürətlə qaçmaqda olan bir şəxsin müşahidə etdiklərini bildiriblər.
Sürix qnomları
Sürix qnomları İsveçrə bankirlərinin ünvanına istifadə edilən aşağılayıcı bir termindir. İsveçrə bankirləri xalq arasında son dərəcə məxfilikləri ilə fərqlənirlər və onlar kimi sehirli nağıllardakı qnomlar da yerin altında gizli yaşayır, sərvətlərini hesablayırlar. Sürix İsveçrənin ticarət mərkəzidir. == Tarix == İkinci Dünya Müharibəsindən sonra Britaniya Leyboristlər Partiyasının nümayəndələri funt-sterlinqə qarşı iqtisadi rejimi sarsıdan spekulyasiyalardan narahat idilər. Böyük Britaniyada iqtisadi artım aşağı idi. Funt sterlinqə tələb azalmağa başlamışdı. 1950-ci illərdən bəri Britaniyada İsveçrə bankirləri tənqid olunsa da, "Sürix qnomları" termini 1964-cü ilin noyabrında Leyborist siyasətçilərin böhranla bağlı yığışdıqları toplantıda yaranmışdır. Siyasətçilər İsveçrə bankirlərini funt sterlinqə qarşı spekulyasiyada günahlandırırdılar. Görüş zamanı siyasətçi Corc Braun isveçrəli bankirləri tənqid edərək, “Sürix qnomları yenidən iş başındadır” demişdir. "Sürix qnomları" termini o zaman dövrün bir çox başqa siyasətçiləri tərəfindən də istifadə edilmişdir.
Sürix (dəqiqləşdirmə)
Sürix