SƏHNƏCİK

is.
1. Səhnələşdirilmiş kiçik pyes, tamaşa. Televizor ekranında C.Məmmədquluzadənin bir neçə hekayəsinin səhnəciyi göstərildi.
// Səhnə əsərindən bir hissə, bir parça. Tamaşaçılar “Sevil” operasından bir səhnəciyə baxdılar.
2. bax səhnə 4-cü mənada.
Mən bu səhnəciyə inandım, gerçək; Var imiş həyatın xoş zamanları. S.Vurğun.

SƏHNƏ
SƏHNƏLƏŞDİRİLMİŞ

Digər lüğətlərdə