SƏKKİZBUCAQ

is. hənd. Səkkiz bucağı olan cisim, səkkizbucaqlı cisim.
SƏKKİZAYLIQ
SƏKKİZBUCAQLI
OBASTAN VİKİ
Düzgün səkkizbucaqlı
Düzgün səkkizbucaqlı ― səkkiz tərəfi olan düzgün çoxbucaqlıdır.
Səkkizbucaqlı Kiran türbəsi
Səkkizbucaqlı Kiran türbəsi — Naxçıvan-Marağa memarlıq məktəbinin nailiyyətlərini özündə əks etdirən ən vacib memarlıq abidələrindən biri. Konstruktiv həlli və memarlıq xüsusiyyətlərinə görə türbənin XII əsrin 80-ci illərində inşa edildiyi güman edilir.Səkkizbucaqlı Kiran türbəsi giriş qapılarının həlli və dizaynı, detalların profilləşdirilməsi və künclərin ornamentasiyası, fasad naxışlarının bloklara bölünməsi və konstruktiv bütövlüyü ilə Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin memarlıq xüsusiyyətlərini təkrarlayır. Bütün bu xüsusiyyətləri nəzərə alan tədqiqatçı B. İbrahimov Səkkizbucaqlı Kiran türbəsinin də Əcəmi Naxçıvaninin əsəri olması ehtimalını irəli sürür. Bu ehtimalın həqiqiliyi qəbul edilərsə, memarın yaradıcılığında Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin inşası arasında keçən 25 illik fasilənin olması məsələsi özünü doğrultmur. == Tarixi == Dövrümüzə xarabalıqları çatmış abidə ərazisində 1980-ci ildən arxeoloji tədqiqat işlərinin aparılmasına başlanılmışdır. Kiran şəhristanının dördüncü məhəlləsinin yerlşdiyi təpənin enişində inşa edilmiş abidəni ilk dəfə S. V. Ter-Avetisyan, daha sonra isə V. M. Sısoyev təsvir etmişlər. == Memarlıq xüsusiyyətləri == Səkkizguşəli Kiran türbəsi qüllə tipli mərkəzi günbəzli türbələr qrupuna daxildir. Türbə binası iki hissədən ibarətdir: səkkizguşəli olan yerüstü hissə kvadrat formalı (20x20x5 sm) kərpiclərdən tikilmişdir; yeraltı sərdabə hissəsi xaricdən kvadrat, daxildən isə xaçvari formaya malikdir. Türbənin yerüstü hissəsi yalnız cənub-qərb tərəfdə 0.8 metr hündürlükdə saxlanmış (iki sıra bişmiş kərpic hörgüsü və üzlük), qalan yerlərdə isə dağlkaraq ətrafa tökülmüşdür. === Yerüstü hissə === Türbənin divarlarının qalınlığı 1.5-0.12 metr, səkkizguşəlinin küncləri 4.72-4.78 metr, üzbəüz künclər arasındakı daxili məsafə isə 9 metrə bərabərdir.

Digər lüğətlərdə

аранжи́ровать биодиагно́стика видеомонито́р догрести́ наполни́тельница переутю́живание по-ма́ртовски почи́ночка необремени́тельно парёнка по́дволочный прого́нка снегова́л широколи́цый мугачки Achtung! anemophily enclose equinia falsify feetless gruffish magnifico sparsely царевна