SƏQİRƏN-KƏBİRƏN

ərəb. səqir – kiçik, balaca, azyaşlı, kəbir – böyük, yaşlı, qoca

Uşaqdan (kiçikdən) böyüyədək.

Dastanlarda fəqirən-səğirən şəklində də rast gəlinir.

Şəhər əhli səqirən-kəbirən yas keçirib, bu nakam qızı dəfn elədilər. (“Leyli və Məcnun”)

                                                                            *

Leylini geyindirib, yetmiş yeddi qələm zinət verdilər. Qazanlar asıldı. Ocaqlar yandı. O günü fəqirən-səğirən hər kim vardı, toy məclisinə gəlmişdi. (“Leyli və Məcnun”)

SƏXT FARS
SƏLSƏBİL ƏRƏB