SƏRDABƏ

SƏRDAB(Ə)

f. 1) zirzəmi; 2) yeraltı su anbarı; 3) bir və ya bir neçə ölünün basdırıldığı iri qəbir.

SƏRDAB
SƏRDADƏ
OBASTAN VİKİ
Sərdabə
Sərdabə — farsca sərdab – zirzəmi, yeraltı otaq deməkdir. Daxilində bir və ya bir neçə məzarın olduğu memarlıq abidəsi, tikilidir. Belə sərdabələrdə əsasən yüksək rütbəli şəxslər və onların ailə üzvüləri dəfn olunurdu.
Sərdabə (Ərdəbil)
Sərdabə (fars. سردابه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 11 nəfər yaşayır (4 ailə).
Axund Əbil sərdabəsi
Axund Əbil sərdabəsi — Novxanı kəndində yerləşən qəbirstanlığında qəbirlərin əhatəsində yerləşən sərdaba. Sərdabə kürsü üzərində inşa edilmişdir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili səkkiz bucaqlı piramida şəkilli günbəzlə tamamlanır. Abşeronda səkkiz bucaqlı çadıra bənzər günbəzlə tamamlanmış sərdaba nadir tapıntıdır. Ölçüləri 3.80 x 3.80 m-dir. Tikilinin təxminən 1850-1870-ci illərdə inşa edilməsi ehtimal edilir. Burada kəndin axundu Axund Əbil dəfn olunmuşdur.
Koquryo sərdabələri kompleksi
Koquryo sərdabələri kompleksi — Çinin dünya əhəmiyyətli tarixi abidələrindən biri. Koquryo hökmdarlığı e.ə. 37-ci ildə meydana gəlmiş və eramızın 668-ci ilinədək mövcud olmuşdur. Bir vaxtlar Koquryo çarlığı Dunbeyede – yəni Şimal-Şərqi Çində ən nüfuzlu qeyri-xan dövləti olmuşdur və Şimal-Şərqi Asiyanın tarixi inkişafı prosesində mühüm rol oynamışdır. Koquryonun mərkəzi Lyaonin əyalətinin indiki Xuanjen-mancur muxtar mahalının ərazisində yerləşirdi, eramızın 3-cü ilində saray Qoneyçenə (indiki – Tszilin əyalətinin Tszian şəhəri), 427-ci ildə isə Çanana (indiki – Koreya Xalq Demokratik Respublikasının Pxenyan şəhəri) köçmüşdür. Beləliklə, Xuanjen və Tszian 465 il ərzində Koquryonun siyasi mərkəzi olmuşlar. Bu rayonlar Koquryo mədəni irsi abidələrinin cəmləşdiyi yerdir. XX əsrin 90-cı illərində arxeoloqlar burada bir sıra Koquryo əyanlarının qəbirlərini və tikinti qalıqları aşkar etmişlər. Qəbir konstruksiyalarının bərpasının həyata keçirilməsi nəticəsində bu gün Koquryoda qədim sivilizasiyanın konturları daha aydın üzə çıxmaqdadır. 2002-ci ildən Tszian şəhərində Koquryo nekropolu və saray tiklilərinin mühafizəsi Proqramı həyata keçirilir.
Min və Tsin imperatorları sərdabələri
Min və Tsin imperatorları sərdabələri — Çinin dünya əhəmiyyətli abidələrindən biri Minsyanlin sərdabəsi – Çju Yuy və onun arvadının məqbərəsidir. Çju Yuy Çju Tszyanşenin (Min sülaləsi imperatoru Syantszun) ikinci oğlu, Çju Xoytsunun (Tszyatszin adı ilə hakimiyyətdə olmuş Min sülaləsi imperatoru Şitszun) atası idi. Çju Yuy imperator olmamış və Tszyatszinin taxta oturmasından əvvəl ölmüşdür, amma ölümündən sonra onu "imperator Sinsyan" adlandırırdılar. Onun varisi – imperator Tszyatszin – ona Sinsyandi (imperator-əcdad Sinsyan), onun arvadına isə - Qunjuyxuan (imperatriça Qunjuy) deyə müraciət edirdi. Çju Yuy öz həyat yoldaşı ilə birlikdə Xubey əyalətinin Çjunsyan qəzasındakı Sunlinşan dağında ("Şam meşəsi") dəfn edilmişdir. Sərdabə Sunlin ("Şam") adını daşıyır, xalq arasında isə ona Syanlin deyirlər. Sərdabənini hündür divarı ilə əhatə olunmuş sahəsi – 136,47 ha-dır. Onun başqa adı – Xuançendir ("İmperatorlar qalası"). Sərdabənin tikintisi Çjede erasının 14-cü ilində (1519-cu il) başlamış, Tszyatszin erasının 19-cu ilində (1541-ci il) qurtarmışdır. Tikinti işləri 22 il davam etmişdir.
Mumiya: Əjdahalar imperatorunun sərdabəsi (film, 2008)
Mumiya : Əjdaha İmperatorunun Qəbri (ing. The Mummy: Tomb of the Dragon Emperor) — 2008-ci ildə istehsal olunmuş Mumiya seriyasının üçüncü seriyasıdır. Qəddar Çin əjdaha-imperatoru Sin Şi Xuandi cadugər tərəfindən lənətlənmişdir. İmperator on min döyüşçüdən ibarət Terrakota ordusu ilə həmişəlik olarak sükuta qərq olunub. Bir dəfə macərapərəst Aleks O'Konnell qəflətən onları həmişəlik yuxudan oyadır. Nəticədə o, dirilmiş ölülərlə mübarizə aparmağı bilən yeganə şəxslər olan valideynlərinə müraciət etmək məcburiyyətində qalır. İmperator həyata qayıdır və qəhrəmanlar başa düşür ki, min illər ərzində onu gücü daha da artıb. Onun qarşısı alınmasa onda yeni dirilmiş İmperatorun Mumiyası bütün Asiyanı dünya ağalığı uğrunda mübarizəyə qaldırmağa hazırdır... Mumiya: Əjdaha imperatorunun sərdabəsi — Internet Movie Database saytında.
Pir Hüseyn sərdabəsi
Pir Hüseyin türbəsi, Cəfərabad türbəsi, Pir Hüseyn sərdabəsi və ya Əmir Səəd məqbərəsi — Ermənistan'in Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztinli türbə. XV əsrə aid müsəlman abidəsi. Türbədə əsas Qaraqoyunlu tayfalarından biri olan Saadlu (Səədli) türk tayfasının başçısı, Çuxur Sədin ilk hakimi Əmir Saad dəfn edilmişdir. Qaraqoyunlu əmirinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəd vilayətinin Saadlu türk tayfasından olan əmirləri Pir Hüseyin və Əmir Səədin (1411 – ci ildə vəfat etmişdir) adları çəkilmişdir. Başqa sözlə kitabədə yazılıb ki, "Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allah ... Allahdan başqa Allah yoxdur, diri (və ya) həqiqi. Nə yuxu, nə də mürgü onu tuta bilməz. Göylərdə və yerdə olan hər şeyə sahibdir.
Saltaq sərdabəsi
Sаltаq sərdаbəsi — Qəbiristаnlığın mərkəzində dаşdаn tikilmiş sərdаbə хüsusilə diqqəti cəlb еdir. О, хаçşəkilli plаnlı оlub kiçik həcmli dаşlаrdаn əhəng məhlulu qаtılmış gəclə tikilmişdir. Sərdаbənin tаvаnı tаğvаri fоrmаdа tаmаmlаnmışdır. Оnun girişi хаricə dоğru çıхıntılıdır. Qаpının tikintisində bişmiş kərpicdən də istifаdə еdilmişdir. Bişmiş kərpiclərin ölçüsü 23 х 23 х 5 sm; 20 х 10 х 5 sm-dir. Sərdаbənin içərisi gəclə suvаnmış, lаkin bəzi yеrlərdə uçub tökülmüşdür. Оnun içərisində tахtа tаbut və insаn skеlеtinin qаlıqlаrı vаrdır. Tаbutun tахtаlаrı əldə düzəldilmiş dördkünc-yаstı mıхlаrlа bərkidilmişdir. Lаkin tахtаlаrın üzərində müаsir mıхlаrа dа təsаdüf оlunur ki, bu dа оnlаrın vахtilə bərpа еdildiyini göstərir.
Sivilizasiya sərdabəsi
Sivilizasiya sərdabəsi (ing. Crypt of Civilization) – 1937-1940-cı illərdə ABŞ-nin Corciya ştatında yerləşən Oqltorp Universitetində tikilən möhürlü, havakeçirməz otaq. 57 m3 həcmə malik otaqda bir çox artefakt və sənəd saxlanılır və 8113-cü ildə açılması planlaşdırılır. Otağın yaradılma məqsədi hazırkı dövrün mədəniyyətini gələcək dövrlərə çatdırmaqdır. Sivilizasiya sərdabəsi gələcək nəslə mədəniyyəti çatdırmaq üçün edilən ən yaxşı cəhd kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. Zaman kapsulası funksiyası daşıyan otağı yaratmaq ideyası universitetin keçmiş rektoru Tornvell Yakobsa məxsusdur. T.Yakobs keçmiş mədəniyyətlərin gələcək nəsillərə çox az məlumat buraxdığından şikayətçi idi. Buna görə də bu cür otağın yaradılmasını çox istəyirdi. Otaq dünyada ilk zaman kapsulu hesab olunur. Yakobs bu işdə ona kömək etməsi üçün ABŞ kinematoqrafı, fotoqrafı və ixtiraçısı Tomas Pitersə müraciət etmişdir.
Yurdçu sərdabəsi
Yurdçu sərdabəsi — Kəngərli rayonunun Yurdçu kəndinin şimal-qərbində yerləşən Dəmir dövrünə aid arxeoloji abidə. Abidə dördkünc formalı olub, şimal-cənub istiqamətində yönəlmişdir. Divarlar boyunca gil məhlul istifadə olunmadan altı cərgə üst-üstə iri sal daşlar hörülmüşdür. Sərdabənin uzunluğu 3 metr, eni 1,6 metr, hündürlüyü 1,8 metrdir. Şərq və qərb divarlarının hərəsində iki, şimal divarında isə 40x40x40 ölçüdə bir taxça vardır. Giriş yolu xaricdən bütöv daş pilitə ilə qapadılmışdır. Sərdabənin içərisindəki skelet sağ böyrü üstə, yarı bükülü, sağ əli başının altına doğru qatlanmış vəziyyətdə idi. Skeletin arxasında boz, qırmızı, qonur rəngli 4 ədəd küp yerləşdirilmişdir. Qablardan arxada heyvan sümükləri var. Sərdabədən tunc və gümüşdən yüksək sənətkarlıqla hazırlanmış bəzək əşyaları (üzük, sırğa, bilərzik, sancaq, pilək, asma, müxtəlif minerallardan düzəldilmiş muncuqlar), silahlar (nizə ucluqları, dəmir xəncər) və sair tapılmışdır.
Mumiya: Əjdaha imperatorunun sərdabəsi
Mumiya : Əjdaha İmperatorunun Qəbri (ing. The Mummy: Tomb of the Dragon Emperor) — 2008-ci ildə istehsal olunmuş Mumiya seriyasının üçüncü seriyasıdır. Qəddar Çin əjdaha-imperatoru Sin Şi Xuandi cadugər tərəfindən lənətlənmişdir. İmperator on min döyüşçüdən ibarət Terrakota ordusu ilə həmişəlik olarak sükuta qərq olunub. Bir dəfə macərapərəst Aleks O'Konnell qəflətən onları həmişəlik yuxudan oyadır. Nəticədə o, dirilmiş ölülərlə mübarizə aparmağı bilən yeganə şəxslər olan valideynlərinə müraciət etmək məcburiyyətində qalır. İmperator həyata qayıdır və qəhrəmanlar başa düşür ki, min illər ərzində onu gücü daha da artıb. Onun qarşısı alınmasa onda yeni dirilmiş İmperatorun Mumiyası bütün Asiyanı dünya ağalığı uğrunda mübarizəyə qaldırmağa hazırdır... Mumiya: Əjdaha imperatorunun sərdabəsi — Internet Movie Database saytında.

Digər lüğətlərdə