SƏRSƏM

sif. [ fars. ] Ağlını itirmiş, zehni qarışmış, fikri azmış.
[Kabla Türbət:] Cənab həkim, mən bu dəli, sərsəm Heydərin atabir, anabir qardaşıyam. C.Məmmədquluzadə.
Axırı Şaban sərsəm halətinə gəldi. Ə.Haqverdiyev.

□ Sərsəm eyləmək – dəli eləmək, ağlını əlindən almaq.
Abad qaşın xəyali ilə sərsəm eyləyib; Mehrab içində bir bax onun guftügusuna. S.Ə.Şirvani.

Sərsəm olmaq – ağlını itirmək, dəli olmaq, başı xarab olmaq, fikrini azdırmaq.
[Göyçək:] …Bəhanə gətirdi ki, …sərsəm olmuşam. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏRSƏM gic — səfeh — çaşqın

Antonimlər (əks mənalı sözlər)

  • SƏRSƏM SƏRSƏM – AĞILLI Xeyr, mən nə qədər də olsam sərsəm; Kimsəyə əyləncə olmaq istəməm (H.Cavid); Amma vəzifən oldumu hamının gözündə ağıllısan, vəssalam (

Etimologiya

  • SƏRSƏM Farscadır, “başı (huşu) dağınıq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SƏRRASTLIQ
SƏRSƏMLƏMƏ

Digər lüğətlərdə