// məc. Həyəcan, təlatüm.
□ Tüğyan etmək məc. – şiddət etmək, qaynamaq, coşmaq, azğınlıq etmək, qızışmaq.
[Vaqif İbrahim xana:] …Fətəli xan bir az çəkinirdi, indi qorxuram, o da tüğyan eləyə.
Hava yenə də tüğyan elədi.
Tüğyana gəlmək – bax tüğyan etmək.
Coşdum zaman-zaman, gəldim tüğyana.
Qoca aşığın könlü sanki tüğyana gəldi.