TIXAC

is.
1. Şüşə və s. bu kimi boğazlı qabların ağzını və ya müxtəlif cihazların deşiklərini qapamaq üçün dairəvi mantar və ya başqa şey; probka.
[Musa kişi:] parçadan tikilmiş və nazik iplə kuzənin qulpuna bağlanmış tıxacı açdı. M.İbrahimov.
Tıxac sıçrayıb qapıya dəydi, konyak yerə çiləndi. İ.Hüseynov.

2. məc. Normal hərəkətə, axına mane olan şeylərin toplusu; probka. Maşınlardan küçədə tıxac əmələ gəlmişdi.
3. Neft quyularında borunun içinə yığılan və nasosun normal işləməsinə mane olan parafin və s. qatı.
Borunu dəyişmək lazımdır, – deyə qoca usta, nəhayət qamətini düzəltdi: – Yoxsa yenə tıxac bağlayacaq. Y.Əzimzadə.
Çıxmalıdır quyudan; Tıxac tutmuş borular. Ə.Əlibəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TIXAC mantar — qapaq
TIX
TIXACÇIXARDAN
OBASTAN VİKİ
Anal tıxac
Anal tıxac — cinsi zövq almaq məqsədilə anal dəliyə yeridilən (daxil edilən) müxtəlif material, ölçü və dizaynlarda hazırlanmış seks oyuncağıdır. Anusa rahat daxil ola bilməsi üçün daralmış (küt konusvari) uca sahib olan anal tıxaclar mərkəzə qədər genişlənir və mərkəzdən başlayaraq yenidən daralır. Anal dəlik tərəfindən udulmaması üçün anal tıxaclar tutacaq hissəyə sahibdir. == Növləri == == İstifadəsi == Anal tıxacların istifadəsindən əvvəl tıxacın və anus dəliyinin xüsusi vasitələr ilə sürüşkən hala gətirilməsi tövsiyə olunur. Bu, arzuolunmaz qıcıqlanmanın və yaralanmanın qarşısını almaqda kömək edir. == Təmizlənməsi == Anal tıxaclar adətən sabun və su ilə və ya müxtəlif seks oyuncaq təmizləyiciləri ilə təmizlənə bilər. Bununla belə anal tıxac alan zaman qutunun içərisindəki təlimatlar mütləq oxunmalıdır.

Digər lüğətlərdə