is. [
ər. ] Şeir demək, musiqi yazmaq, mahnı oxumaq həvəsi, meyli; ilham.
[Rüstəm bəy Sofyaya:] Məndə təb əsla yoxdur, bircə dəfə, yadımdadır, bir qıza şeir yazmışdım, o da xoşuna gəlməmişdi. Çəmənzəminli.
Mənə deməyin ki: – Bu təb, bu ilham; Bir cüt qanad olub səni ucaldar. Ə.Cəmil.
□ Təbi açılmaq (gəlmək, cuşa gəlmək) – ilhama gəlmək, şeir yazmağa və ya deməyə, musiqi yazmağa, mahnı oxumağa ruhlanmaq, ilhamlanmaq. Kərəmin təbi cuşa gəldi. “Əsli və Kərəm”.
Şərab içdikdən sonra təb açılıb, şeir öz-özünə su kimi axacaqdır. Ə.Haqverdiyev.
Az qalıb təbim də gəlsin, indicə şeir dəyəcəyəm. Çəmənzəminli.
◊ Təbdən çıxartmaq – coşdurmaq, hirsləndirmək, özündən çıxartmaq, halını pozmaq.
Nə hədə-qorxu, nə atılan güllələr Bəndalını təbdən çıxara bilmədi. Mir Cəlal.
Təbdən çıxmaq – coşmaq, hirslənmək, özündən çıxmaq.
Şahpəri, qarının tamamilə təbdən çıxdığını görüb sarsıldı. B.Bayramov.
Təbdən-təbə düşmək – bir haldan başqa hala keçmək, əhvalı tez-tez dəyişmək, haldan-hala düşmək.
Beləliklə, Rüxsarə təbdən-təbə düşürdü. S.Rəhimov.
…Veysəl kəlmə kəsmir, təbdən-təbə düşürdü. B.Bayramov.
Təbi dəyişmək – halı dəyişmək, əhvalı dəyişmək (pozulmaq).
Heydərin rəngi qaçdı, onun təbi dəyişdi. S.Rəhimov.