Çiçəklərin artdı təravətləri; Fərəh verir qəlbə lətafətləri.
Bahar bütün təravəti və gözəlliyi ilə [Ümidin] gözləri qarşısında dayandı.
2. Təmizlik, saflıq.
Saf, səmimi, heç vaxt öz təravətini itirməyən, solmayan eşq nə gözəldir!
3. Sərinlik, təmizlik (hava haqqında).
Bundan əlavə, ağaclardan … təravət yayılırdı.
4. Sağlamlıq, sağlam görünüş (əsasən gənc yaşlarda). Gənclik təravəti.
– Əsmərin gəncliyi, təravəti Məmmədbağıra oğlan uşağı qədər lazım idi.
Ana oğlunun təravət və gəncliyini bütün vücudu ilə duyurdu.
◊ Təravət vermək – 1) gözəlləşdirmək, lətafət vermək. Yaz yağışı təbiətə təravət verir.
– Yayın günəşi, qışın şaxtası qızın yanaqlarına xoş bir qırmızılıq və təravət vermişdi. ;
2) rövnəq vermək, rövnəqləndirmək.
[Xanım] rəngsiz dodaqlarını dili ilə isladıb, əsgimiş üzünə təravət vermək istədi.
Təravətdən düşmək – 1) təzəliyini, gözəlliyini, tərliyini, lətafətini itirmək; solmaq, solğunlaşmaq.
Çöllərdəki yaşıl əkinlər lazımınca boy atmadan təravətdən düşürdü. ;
2) qocalmaq və ya xəstələnmək nəticəsində sağlamlığını, gümrahlığını, sağlam görünüşünü itirmək.
Dilbərim yorulub səyahətindən; Düşübdür o keçən təravətindən.