TƏRXAN

I
(Bakı, Kürdəmir, Şərur)
ərköyün
II
(İmişli, Kürdəmir)
1. zərif
2. gözəl, təravətli. – Tərxan mahudu koldakosda geymək olmaz (Kürdəmir); – Bi yaxşı tərxan arvadı var (İmişli)
TƏRHALVA
TƏRKİMLƏMƏX’
OBASTAN VİKİ
Rüstəm Tərxan
Rüstəm Tərxan (tam adı : Rüstəm ibn Tərxan) — Qaraqoyunlu sərkərdəsi. Qızılbaşlar tarixi əsərinə görə Rüstəm Tərxan Qaraqoyunlu Sultan Cahanşahın yaxın adamlarından idi. Rüstəm Tərxan Qara Yusifin oğlu Əmir İsfahanın əmirlərindən olmuşdur. O, Qara İsgəndər dövründən başlayaraq Bağdatda müstəqil hakimiyyət sürürdü. 1446-cı ildə Əmir İsfahanın ölümündən sonra Rüstəm Tərxan da daxil olmaqla Qaraqoyunluların Bağdat əmirlərindən olan bir neçə əyan və Ağqoyunlulardan bir neçə əyanın məşvərəti ilə onun oğlu Məzidi hakimiyyətə gətirdilər. Bu dövrdə Sultan Cahanşah ordu toplayaraq Bağdada yürüş təşkil etdi. Qala uğrunda döyüşlərin getdiyi əsnada Ağqoyunlulardan Mahmud bəy və Ömər Şeyx Rüstəm Tərxan ilə razışlaşaraq qalanı Cahanşaha təslim etdilər. Cahanşah Bağdadın "Ağca qapu"sundan şəhərə daxil oldu. O, oğlu Məhəmməd mirzəni şəhərə vali təyin etdi. Həmçinin Mosulun idarəsini qardaşı oğlu Əlvəndə, Rüstəm Tərxana, və digər əyanlara tapşıraraq yaylağa (qeyd) doğru hərəkət etdi.
Tərxan Batiraşvili
Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) — Suriya vətəndaş müharibəsinin iştirakçısı, keçmiş Ceyş əl-Mühacirin vəl-Ənsar qruplaşmasının komandiri, 2013-cü ilin yayından bəri İraq və Şam İslam Dövlətinin şimali Suriya əmiri. Daha çox Əbu Ömər əl-Şişani və yaxud Ömər əl-Çeçen adları ilə tanınır. Milliyətcə kist, yəni çeçendir. Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) 1986-cı ildə çeçenlərin subetnik qrupu sayılan kistlərin yaşadığı Gürcüstanın Pankisi dərəsində yerləşən Birkiani kəndində anadan olub. Atası xristian olsa da, özü müsəlmandır. Bu haqda atası Teymuraz Batiraşvili deyir: Həmçinin atasının dediyinə görə, Tarxan Suriyaya getdikdən sonra yalnız bircə dəfə atasına zəng vurub və həmin telefon danışığı zamanı Şişani çeçen qızı ilə evləndiyini, qızının doğulduğunu, ona Sofiya adının verildiyini, qızının cizgilərinin babasının cizgilərini xatırlatdığını deyib. Telefon bağlantısı zamanı Şişani atasının namaz qılıb-qılmaması ilə də maraqlanıb, atası isə ona əvvəlki kimi xristian kilsəsinə getdiyini deyib. Bunu eşidən oğlu telefonunu qapadıb və bir daha atasına zəng etməyib.
Tərxan Qurbanov
Tərxan Zabit oğlu Qurbanov (29 iyun 1996, Kiçik Dəhnə, Şəki rayonu – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Qurbanov Tərxan Zabit oğlu. 29.06.1996-cı il Şəki rayonunun Kiçik dəhnə kəndində anadan olmuşdur.2004-cü ildə Moskva şəhərində 1-ci sinifə gedib. Sonra isə 2005-ci ilde Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin rus bölməsinin 2-ci sinifində Fəal şagird olaraq təhsilini əla qiymətlərlə davam etdirib. Həmçinin məktəbdə keçirilən tədbirlərdə və hərbi hazırlıq təlimlərində və hərbi hazırlıq tədbirlərində fəal iştirak etmişdir. 2015-ci ildə isə məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Mingəçevir şəhər 3 nömrəli məktəbin məzunu olub. Elə həmin il 2015-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olur . Universitetdə bir çox debatlarda iştirak edərək sertifikat qazanmışdır. Tərxan universitetin Sevilən şagirdlərindən biri olmuş və ən çoxda müəllimələr və qrup yoldaşları arasında Böyük hörmət qazanmışdır. 2019 -cu ildə həmin Universitetdən Məzun olduqdan sonra 05.07.2019- cu ildə Ağcabədi rayonun N saylı hərbi hissəsinə hərbi xidmətə çağırılmışdır..
İlyas Tərxan
İlyas Tərxan — krım tatar dramaturq, "Yaş kuvet" qəzetinin redaktoru, SSRİ Yazıçılar İttifaqının üzvü, 1931-1937-ci illərdə Krım Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi İcraiyyə Komitəsinin sədri. 17 aprel 1938-ci ildə "əksinqilabçı millətçi pantürk təşkilat"ın üzvü olmaqda ittiham edilərək güllələnib. 24 noyabr 1956-cı ildə ölümündən sonra bəraət qazanıb. İlyas Ömər oğlu Tərxan 1900-cü ildə torpaqsız kəndli ailəsində anadan olub. 1913-1917-ci illərdə Kazanda yaşadığı üçün tatar məktəbində təhsil alıb. Bağçasarayda Zəncirli mədrəsədə təhsilini bitirib. 1919-cu ildə Kommunist Partiyasına üzv olub. Krımda "ağlara" qarşı partizan hərəkatında iştirak edib. Daha sonra Türkiyədə yeraltı kommunist hərəkatının iştirakçısı olub. 1920-ci ildə sovet hökuməti tamamilə qurulduqdan sonra onun atası Korbek kəndinin inqilab komitəsinin sədri olur.
Mehmet Xeyri Tərxan
Mehmet Xeyri Tərxan (türk. Mehmet Hayri Tarhan) (d. 1880 – ö. 11 noyabr 1934, Ankara, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1899-ci ildə hərbi məktəbə daxil olmuş və 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1905-ci ildə kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ilin 21 iyununda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. 30 avqust 1929-cu ildə general-mayor rütbəsinə yüksəlmiş və Paşa olmuşdur.
Məhməd Xeyri Tərxan
Mehmet Xeyri Tərxan (türk. Mehmet Hayri Tarhan) (d. 1880 – ö. 11 noyabr 1934, Ankara, Türkiyə) — Türk əsgəri. 1899-ci ildə hərbi məktəbə daxil olmuş və 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1905-ci ildə kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ilin 21 iyununda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. 30 avqust 1929-cu ildə general-mayor rütbəsinə yüksəlmiş və Paşa olmuşdur.
Tüp-Tərxan yarımadası
Tüp-Tərxan (ukr. Тюп-Тархан, krımtat. Tüp Tarhan, Тюп Тархан) — Krımın şimal-şərqində yerləşən yarımada. İnzibati cəhətdən Krım Muxtar Respublikasının Canköy rayonu ərazisinə daxildir. Yarımadanın səthi hamardır. Sivaş körfəzinin suları ilə yuyulur. Sahillərində şoranlıq vardır. Ən hündür nöqtəsi 8,2 metrdir. Sahil xəttində dərinlik 0,4 metr, şimal-şərqində isə 0,1 metrdir. Sahilləri düzəndir.
Tərxan Qut yarımadası
Tərxan Qut yarımadası (ukr. Тарханкутський півострів, krımtat. Tarhan Qut yarımadası, Тархан Къут ярымадасы) — Krım yarımadasının qərb qutaracağını təşkil edən yarımada. Sahillərini Qara dənizin suları yuyur. Yarımadanın adı krım tatarlarının dilində işlənən krımtat. Тархан sözlü ilə əlaqədardır. Bu isə vergidən azad bölgə mənasını verir Qərb qutaracağı Priboyski burnu ilə bitir. 1953-cü ilə qədər krımtatar dilində olan Qaramburun adlanırdı. Bu nöqtə Krım yarımadasının ucqar qərb nöqtəsini təşkil edir. Cənub-qərbində isə Tərxan Qut burnu yerləşir.
Əbdülhaq Hamid Tərxan
Əbdülhaq Hamid Tərxan — Türk ədəbiyyatının nümayəndlərindən biri, şair Əbdülhaq Hamid Tərxan 1852-ci ildə anadan olmuşdur. 1937-ci ildə vəfat etmişdir. Əbdülhaq Hamid XIX əsrin ikinci yansı — XX əsrin birinci yansmda Türkiyənin ən böyük şairlərindəndir. Türkiyə ədəbiyyatma Şinasinin, Ziya Paşanm, Namiq Kamalm gətirdiyi yenilikləri davam etdirmək yoluyla gedən Ə. Hamid bu yeniləşmədə daha yüksək zirvəiərə qalxmış, türk şerini həm məzmun, həm formaca zənginləşdirmişdir. Divan ədəbiyyatı ənənələrindən bəhrələnən, hətta şerlərini ərəb-fars tərkibləriylə qəlizləşdirən Hamid eyni zamanda Qərb ədəbiyyatımn da bir çox dəyərlərini yaradıcı surətdə mənimsəmiş, türk poeziya və dramaturgiyasmda yeni bir səhifə açmışdır. XX əsrin əvvəllərində Hamid sənəti Azərbaycan ədəbiyyatma, özəlliklə Hüseyn Cavid kimi müqtədir bir sənətkann yaradıcılığma təsir göstərmişdir. Gənc yaşlarmda itirdiyi həyat yoldaşmın xatirəsinə həsr etdiyi "Məqbər" poeması şairin şah əsərlərindən, ümumtürk ədəbiyyatının poetik zirvələrindəndir. Böyük şair Əbdülhaq Hamid Tərxan Qərbin, xüsusilə, Fransa ədəbi mühitinin təsiri ilə "Sənət sənət üçündür!" deyir, bu inamla yazıb-yaradırdı.
Tərxanlar (Həştrud)
Tərxanlar (fars. ترخانلار‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (38 ailə).
Tərxanlı
Tərxanlı — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd. Tərxanlı kəndi Qarabağ silsiləsinin ətəyindədir. Mənbələrin məlumatına görə, Eyvazuşağı kəndinin (hazırda mövcud deyil) əhalisinin bir hissəsi Təbrizə gedərək, Cənubi Azərbaycanda Səttarxanın rəhbərlik etdiyi demokratik hərəkatda (1905–1911) iştirak etmişdir. Buna görə də hərəkat yatirıldıqdan sonra kənd camaatının çar hökuməti bütünlüklə sürgün etmiş və yaşayış məntəqəsi tamamilə dağıdılmışdır. Sovet hakimiyyəti illərində onların bir hissəsi Azərbaycana qayıdaraq az müddət Qubadlı rayonunun Başarat inzibati ərazi vahidində yaşamiş, sonralar isə kohnə kəndlərinin yaxınlığındakı Tərxanyalı adlı indiki sahəyə köçərək Tərxanlı kəndini salmışlar. Kənd salındiği ərazinin adını daşıyır. Tərxanlı komponentli coğrafi adlara başqa xalqların toponimiyasında da rast gelinir: Tarxam kəndi (Rusiya, Penza vilayəti), Tarxam kəndi (Rusiya, Saratov vilayəti), Darxan kəndi (Özbəkistan), Tarkan kəndi (Macarıstan), Darxan-Xandağı, Darxan şəhəri (Monqolustan) və s. Əksər tədqiqatçilar tərxan sözünün Orxon-Yenisey abidələrindən başlayaraq, "yüksək rütbə, titul, ləyaqət, əsli-nəcabət" mənaları kəsb etdiyini qeyd edirlər. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tərxanyalı
Tərxanyalı — Laçın rayonu ərazisində dağ. Baldırğanlı kəndindən şimaldadir. Bəzi mənbələrdə Tarxanyalı formasında da işlənir. Dağ vaxtilə burada Tərxan adlı şəxsə məxsus binə olduğuna görə belə adlandırılmişdır. Tarxan qədim türklərdə, sonralar isə Elxanilər (XIII əsr) dövründə titul olmuşdur. Sonralar həmin titul şəxs adı kimi işlənmişdir. Azərbaycan xalqının qəhrəmanı Babəkin ən yaxın silahdaşlarından birinin adı da Tərxan olmuşdur. Oronim Tərxan antroponimi və yal coğrafi terminindən ibarət olub, "Tərxana məxsus yal, Tərxanın yalı" mənasındadır. Dağın adı həmçinin Tərxanlı kimi de qeyd olunur.

Digər lüğətlərdə