TƏSƏDDÜQ ƏRƏB

Sədəqə, qurban.

Təsəddüq olmaq (qurban olmaq) şəklində  çox işlənir.

Mələksuma dedi:

Təsəddüqün olum, mənim nə həddim var ki, səninlə çörək yeyəm? (“Tahir və Zöhrə”)

                                                                          *

Vəzir dedi:

Təsəddüqün olum, sən mal-dövlətini üç qisim elə. İki qismini fağır-füğaraya payla, bəlkə, evladın ola. (“Şah İsmayıl”)

                                                                          *

Tasaddığın olum, bu cavanı öldürmək yaxşı deyil. Onda bizə el töhmət elər ki, qonağı öldürdülər. Buyur, zindana salsınlar. (“Novruz”)

TƏRSA FARS
TƏZƏNƏ