sif. 1. Tanışlığı olan, əvvəllər görüşmüş, bir-birini tanıyan.
İndidən hər kəs ki tanış kəndlilərindən birinə rast gəlir, qaçıb kəndlinin qabağını kəsib deyir. C.Məmmədquluzadə.
[Şükür] nazir ilə tanış bir parlaman üzvü tapdı. S.Hüseyn.
// is. Tanış adam.
Rast gəlir yenə də dostlar, tanışlar; Görüşür əl verib, öpüşürük biz. S.Vurğun.
Qəhrəmanın Bakıda tanışı yox idi. Ə.Vəliyev.
□ Tanış etmək –
1) iki və ya bir neçə adamı birbirinə təqdim edərək aralarında tanışlıq yaratmaq.
[Murad] məni yoldaşı Badisəba xanımla tanış etdi. Çəmənzəminli.
[Gülsabah Qüdrətə:] Siz məni heç kəslə tanış etmədiniz, hamısını bir-bir özüm soruşmalıyam? C.Cabbarlı;
2) bir şey haqqında məlumat verərək, danışaraq, göstərərək birində təsəvvür oyatmaq, məlum etmək. Döyüşçüləri vəziyyətlə tanış etmək.
Tanış olmaq –
1) birisi ilə və ya bir şeylə tanışlıq əldə etmək, bir-birini tanımaq, aralarında ülfət yaranmaq.
[Balaş:] Xalq öz işində, gücündə, gedim tutum ki, gəl mənim arvadım [Dilbər] ilə tanış ol? C.Cabbarlı.
Siz kənarda dayanmayın, bir yaxın gəlin; Qayıqdakı üç nəfərlə tanış olaq biz. Ə.Əlibəyli;
2) bir şey haqqında məlumat almaq, bilik əldə etmək, bələd olmaq. Klassik musiqi ilə tanış olmaq.
– İş ilə tanış olandan sonra Vahidi axırıncı dəfə rəis özü dindirdi. Mir Cəlal.
2. Qabaqlar təsadüf olunmuş; məlum, bələd.
Tahir … tanış həyətlərə göz gəzdirir, qohum-əqrəbaya rast gələcəyini düşünədüşünə irəliləyirdi. M.Hüseyn.
Tanış bir səs nagahani bir zərbə kimi [Gülnazı] sarsıtdı. M.İbrahimov.
◊ Tanış gəlmək – qabaqlar tanış olduğu halda yaxşı tanıya bilməmək, tanış kimi görünmək.
Bu səs Məmmədə tanış gəldi. M.S.Ordubadi.
Qadının yerişi, bədəninin hərəkəti mənə tanış gəlirdi. S.S.Axundov.