TİKƏ

(Salyan)
divan, danlaq. – Mənə tutulan tikə sənə tutulsa, başu: qoymağa yer axtara:san
◊ Tikə tutmağ – divan tutmaq. – Hirssənəndə özüə bi tikə tutursan ki, tanınmalun qalmır
TİKDİR
TİKƏLƏMƏX’
OBASTAN VİKİ
Tikə kabab
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.
Tikəband
Tikəband — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1117 nəfərdir.
Tikəband şəlaləsi
Tikəband şəlaləsi — Talış dağlarının zirvəsində Azərbaycanın Lerik rayonun şəlalə. Tikəband şəlaləsi dəniz səviyədən 1300 m hundurlukə yerləşir. Şəlaləsinin eni 5 m, hündürluyü isə 10 metrdir.

Digər lüğətlərdə