TOPLANIŞ

is.
1. Müəyyən bir iş görmək üçün bir yerə toplaşma, yığılma; toplantı. Nümayişə toplanış səhər saat 8-də olacaq.
– Bu dirəyin ətrafı fəhlələrin toplanış yeridir. S.Rəhman.

2. Hər hansı bir təşkilat, kollektiv üzvlərinin yığıncağı.
Hər axşam [klubda] toplanış olurdu. S.Hüseyn.
[Reyhan:] Sabah bunu toplanışda; Gərək əzbər söyləyək biz. M.Dilbazi.

// Belə yığıncağın iştirakçıları, üzvləri. Toplanışın qərarı.
3. Hərbi mükəlləfiyyətli şəxslərin qısamüddətli təlim üçün hərbi idarənin sərəncamında olması. Zabitlərin toplanışı. Düşərgə toplanışı.
// Təlim, məşq, təlimat məqsədilə qısa müddətə bir yerdə olma. Təbliğatçıların toplanışı.
4. Dərmə, yığma, toplama.
…Bir azdan məhsul toplanışı başlanacaq, iş qızışacaqdır. S.Rəhimov.
Kəndlərdə məhsul toplanışı qızğın surətdə gedirdi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TOPLANIŞ yığıncaq — iclas — məclis
  • TOPLANIŞ yığım
  • TOPLANIŞ rüsum — vergi
TOPLANILMAQ
TOPLANMA
OBASTAN VİKİ
Zərbəçi kolxozçuların I toplanışı (film, 1936)

Digər lüğətlərdə